Sovet İttifaqını qorxuya salan pişik

Sovet İttifaqını qorxuya salan pişik
24 avqust 2013
# 07:15

Kulis.Az heyvan obrazlarının yer aldığı bədii əsərlərin siyahısnı təqdim edir.

“Heyvanıstan”– Corc Oruell: Siyasi alleqoriyanın şah əsərlərindən hesab edilən “Heyvanıstan” Stalin dövrünün amansızlığı, rus inqilabının uğursuzluqlarından bəhs edir. Kitabda sovet dövrünü donuzlar, ölkələri isə insanlar təmsil edirlər.

“Kuco”– Stiven Kinq: Kinqin 1981-ci ildə çap olunmuş qorxu romanında yarasa dişləyəndən sonra quduzlaşan itin törətdiyi dəhşətlərdən bəhs olunur. 1983-cü ildə kitab əsəsında film də çəkilib.

“Conatan Livinqston adlı qağayı”– Riçard Bax: Kitab azadlıq və kamilliyə can atan Qağayı barəsindədir. Burada hər gün yemək üstündə mübahisələrdən, dava-dalaşlardan, adiliklərdən bezmiş üsyankar ruhlu Conatan Livinqston adlı qağayıdan bəhs edilir. Uçuş haqqında köhnə təsəvvürlərlə barışmayan, yemək əldə etməkdən daha çox uçmağı sevən Conatan digər qağayılardan fərqləndiyinə, ümumi qanunlara tabe olmadığına görə Dəstədən qovulsa da, əzmlə məşq uçuşlarını davam etdirir və qarşısına qoyduğu məqsədə nail olur.

Kitab 1972-ci ildə bir milyondan artıq tirajla çap edilib.

“Siçovullar kralı”– Çayna Miyevil: Bir dəfə səhər Sola Qaramondun qapısı döyülür. Polis onu atasını qətlə yetirməkdə təqsirli bilərək həbs edir. Amma həbsxana kamerasında qəfildən Siçovullar kralı peyda olur, Solanı ordan xilas edərək özü ilə birlikdə Londonun kanalizasiya şəbəkəsinə aparır. Burada özünün də siçovullar nəslindən olduğunu öyrənən Sola fantastik macəralarla qarşılaşır.

"Maus: Sağ qalanın hekayəsi" - Art Şpiqelman: Amerikalı rəssam-yazarın bu roman-komiksində İkinci Dünya müharibəsində nasist düşərgələrində yəhudilərin başına gələnlərdən bəhs olunur. Əsərdə sıçan siçovullar yəhudi kimi, pişiklər isə nasistlər kimi təqdim olunublar.

Əsər 1992-ci ildə Pulitzer mükafatı qazanıb.

“Əcdadların harayı” – Cek London: Yəqin çoxunuza tanış olan bu əsər canavarla qarışı olan Bak adlı bir itin taleyindən bəhs edir. Bak bütün məhrumiyyətlərə baxmayaraq Alyaskanın amansız soyuğunda sağ qalmağı bacarır. Baş qəhrəmanı bir heyvan olsa da bu əsər də Cek Londonun digər əsərləri kimi insanı mübarizəyə səsləyir.

“Bruno Litlmorun təkamülü”– Benjamin Heyl: Amerikalı yazar bu ilk romanında Bruno Litlmor adlı şimpanze meymunun sahibiylə cinsi əlaqədən sonra başına gələnlərdən bəhs olunur.

“Ustad və Marqarita”– Mixail Buqakov: XX əsrin ən önəmli əsərlərindən sayılan “Ustad və Marqarita”da İblis Sovet İttifaqına səyahətə çıxır. Əsərdə olduqca ağlasığmaz hadisələr baş verir. Əsərin əsas qəhrəmanlarından biri də Begemont adlı pişikdir. Bu mistik romana uzun illər vətənində qadağa qoyulmuş, yalnız Avropada çap edildikdən sonra ünü vətəninə yayılmışdır.

# 8582 dəfə oxunub

Oxşar xəbərlər

Varaqları oxunmaq üçün ağrıyan romanlar - Cavanşir Yusifli

Varaqları oxunmaq üçün ağrıyan romanlar - Cavanşir Yusifli

15:00 10 yanvar 2026
"Mən o kişidən yaxşı insanam..." - Kim sol düyməni basmaq cəsarətini gözə alır?

"Mən o kişidən yaxşı insanam..." - Kim sol düyməni basmaq cəsarətini gözə alır?

12:00 7 yanvar 2026
"Bu dünya sizi öpərək boğmağa çalışan kişilərlə doludur..." - Məşhur iranlı rejissor Füruğ Fərruxzadı necə adlandırmışdı?

"Bu dünya sizi öpərək boğmağa çalışan kişilərlə doludur..." - Məşhur iranlı rejissor Füruğ Fərruxzadı necə adlandırmışdı?

15:00 5 yanvar 2026
Qarabağ həsrəti ilə dünyadan köçən Şahmar Əkbərzadə - Bəxtiyar Vahabzadə onun haqqında nə yazmışdı?

Qarabağ həsrəti ilə dünyadan köçən Şahmar Əkbərzadə - Bəxtiyar Vahabzadə onun haqqında nə yazmışdı?

12:00 28 dekabr 2025
Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?

Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?

17:00 22 dekabr 2025
"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

15:00 22 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər