Ölkəmiz beynəlxalq kitab sərgisində

Ölkəmiz beynəlxalq kitab sərgisində
24 aprel 2019
# 16:07

Qazaxıstanın paytaxtı Nur-Sultanda IV Beynəlxalq Avrasiya Kitab Sərgisi (Eurasian Book Fair-2019) keçirilir.

13 ölkədən 90 şirkətin iştirak etdiyi sərginin açılışında çıxış edən Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muxamedulı hər il ənənəvi təşkil edilən sərgisinin əhəmiyyətini vurğulayıb.

Sərgidə ölkəmizin Qazaxıstandakı səfiri Rəşad Məmmədov 650 illik yubileyi qeyd olunan Azərbaycan şairi Nəsimi haqda danışıb.

Sərgidə Qazaxıstan Milli Akademik Kitabxanasında saxlanılan nadir kitablar və əlyazmalar nümayiş olunub. Bunlardan ən çox maraq doğuran antropodermik cildləmə - (insan dərisindən hazırlanan kitab cildləmə) XVI əsrə aid olan əlyazmadır.

Qazaxıstan Milli Akademik Kitabxanasının nadir kitablar bölməsinin müdiri Daurenbekova Dariqa Azərtaca müsahibəsində bildirib ki, üz qabığı insan dərisindən olan kitab 2004-cü ildə kitabxanaya kitabsevər tərəfindən təqdim olunub. Qədim latın əlifbası ilə yazılan bu kitab molekulyar ekspertizadan keçdikdən sonra üz qabığının insan dərisindən olduğu təsdiqlənib. Kitabın 16 səhifəsinin oxunduğunu söyləyən D.Dariqa digər səhifələrin oxunması üzərində iş aparıldığını bildirib. Əlyazısı olan kitabın oxunması üçün Fransada Mətnlərin Öyrənilməsi Tarixi İnstitutuna müraciət olunub. Məlum olub ki, kitaba Şimali İtaliyada notariat məntəqəsinin qeydləri yazılıb.

Milli Akademik Kitabxana 325 səhifədən ibarət olan bu kitabın kağızının ekspertizasını etdirməyi planlaşdırır. Dünyada 10 ədəd olan bu kitablar məşhur kitabxanalarda saxlanılır ki, onlar tibb, anatomiya elmi əsərlərində istifadə edilib.

Sərgi çərçivəsində sabah Azərbaycan guşəsinin açılışı olacaq.

# 2060 dəfə oxunub

Oxşar xəbərlər

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər