Sabir Əhmədlinin qızından Ədəbiyyat İnstitutuna sərt reaksiya

Sabir Əhmədlinin qızından Ədəbiyyat İnstitutuna sərt reaksiya
14 noyabr 2016
# 14:14

Kulis.Az Xalq yazıçısı Sabir Əhmədlinin qızı Yaqut Quliyevanın atasının Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun nəşr etdirdiyi “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabına daxil edilməməsi barədə yazdığı “Davam edir...” məqaləsini təqdim edir.

Ədəbiyyat və ədəbi proses hansı dövrdə və hansı “izmdə” yaranmağından asılı olmayaraq, həmişə bu ya digər mənada, cəmiyyətin güzgüsü olub. Bu gün də belədir. Bu gün istər yazılan bədii ədəbiyyat, istərsə də ədəbi tənqid günümüzü - bugünkü Azərbaycan reallığını, onun sadə və yaradıcı insanının keçirdiyi hissləri, yaşadığı təbəddülatları və sairəni və sairəni əks etdirir. Bu mənada, Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun bu yaxınlarda nəşr etdirmiş olduğu “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” adlı ikicildlik kitab və tənqidçi İradə Musayevanın bu kitab haqqında dediyi fikirlər də bu qəbildəndir. Məsələni çox uzatmadan və deyəcəyim fikirlərə giriş vermədən, ilk növbədə İradə Musayevaya atam, Xalq yazıçısı Sabir Əhmədli haqqında, onun yaradıcılığı barədə dediyi xoş sözlərə, bildirdiyi cəsarətli fikirlərə görə, övlad olaraq, təşəkkürümü bildirmək istəyirəm.

Sabir Əhmədli artıq yeddi ildən çoxdur ki, həyatda yoxdur, haqq dünyasındadır. Amma bu zaman ərzində ictimai və ədəbi fikirdə onun adının tez-tez çəkilməsi mənə elə gəlir, onun hələ də həyatda olduğunun göstəricisidir. Mənə elə gəlir ki, başqa cür də ola bilməz. Nə qədər Azərbaycanda şəhidlərimizin qanı və Sabir Əhmədli kimi şəxsiyyətlərin, yazıçıların əsərlərindən çıxan ideyalarla qazanılmış müstəqillik varsa, Sabir Əhmədli yaradıcılığı da olacaqdır.

Artıq 25 ildir ki, müstəqilik. Atam sovet dövlətini bəyənmədi. Həmişə müstəqilliyə can atdı, Azərbaycanın müstəqil olmasını istədi. Nəhayət, müstəqil olduq. Amma sovet dövründə də atamın kitabları, əsərləri çətinliklə çap olunur, adı yazılan ədəbiyyat tarixlərinə, ədəbi proses məcmuələrinə salınmırdı. İndi də adını çəkməyə belə qorxurlar, ehtiyat edirlər. Bu faktlara baxanda düşünürəm, bu gün doğrudanmı müstəqilik? Bu mənada, ikicildliyin adında olan müstəqillik sözü dövrümüzə, bu kitabın adına və müəlliflərə nə qədər yaraşır?

# 2353 dəfə oxunub

Oxşar xəbərlər

"Tutdum yıxılmağa qorxduğum yerdən..." - Salam Sarvanın şeirləri

"Tutdum yıxılmağa qorxduğum yerdən..." - Salam Sarvanın şeirləri

16:45 12 avqust 2025
Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

15:00 12 avqust 2025
"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." -  Yaşar Rzayevin Vəlisi ilə  Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." - Yaşar Rzayevin Vəlisi ilə Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

09:00 11 avqust 2025
"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." -  Abbasqulu ağa Bakıxanov niyə  ərəb-fars tərkibləri ilə yazırdı?

"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." - Abbasqulu ağa Bakıxanov niyə ərəb-fars tərkibləri ilə yazırdı?

12:15 8 avqust 2025
Yar yaraya çevriləndə... -    Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

Yar yaraya çevriləndə... - Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

09:00 8 avqust 2025
Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

12:10 7 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər