Bacardığın işdən başlayanda - Əkrəm Qaflanoğlu

Bacardığın işdən başlayanda - <span style="color:red;">Əkrəm Qaflanoğlu
23 oktyabr 2015
# 10:37

Abid Tahirlinin 60 illiyi münasibətilə

Əkrəm Qaflanoğlu

Abid Tahirlinin 60 yaşı ərəfəsində 1988-ci ilin əvvəlindən bəri demək olar ki, hər gün gördüyüm, salamlaşdığım, həmsöhbət, bəzən həmdərd olduğum, 2-3 gündən bir mətbuatda imzasına rast gəldiyim, bu müddət ərzində «Əzizim Əkrəmə» ilə başlayan avtoqraflarla ard-arda kitablarını (15 kitab!) aldığım, ayda, bir-iki dəfə şair-publisist Dilsuzla birlikdə gah Pirallahıya, gah Qubaya, gah da Qəbələyə səfərlərə çıxdığım dostumuz haqqında söz demək istədim. Xatirələrin içində itib batdım, nədən, necə başlayım, bilmədim...

Tale elə gətirmişdi ki, Abid müəllimlə «Vətən» Cəmiyyəti yarananda – elə ikimizin də yeni iş yerində tanış oldum. Perestroyka, yenidənqurma dövrü idi. Bir müddət sonra Azadlıq hərəkatı başlandı. Bax, o zaman – mənfur ermənilərin Azərbaycana torpaq iddiası qaldıranda, Dağlıq Qarabağda separatçı qüvvələr nümayişlər keçirəndə Abid Tahirlinin əsl vətəndaş-jurnalist mövqeyi bəlli oldu. İndi də onun Azadlıq meydanında milyonların qarşısında imperiyanı lənətləyən çıxışı qulaqlarımdadır: «Moskva, SSRİ mətbuatı, televiziyası Xəzərdə neft quyusu fontan vuranda bar-bar bağırır. İndi günlərlə meydanda haqqını tələb edən xalqımızın səsini isə eşitmir, sanki qulaqlarına pambıq tıxanıb. Bizə belə İttifaq lazım deyil…».

Sonralar Abid Tahirlinin səsi gah Ağdamdan, gah Şuşadan, gah Qazaxdan gəldi. «Odlar yurdu» qəzetinin demək olar ki, hər nömrəsində onun qaynar nöqtələrdən məqalələri verilirdi… Sovet qoşunları Bakıya yeridiləndə – 1990-cı ilin 19 yanvarından 20-nə keçən gecə paytaxtın küçələrində Ramiz Əskərlə birlikdə hadisələrin ən gərgin yerlərində olan Abid Tahirli sovet əsgərlərinin şəhərdə törətdikləri vəhşilikləri videoya köçürdü, daha sonra «Vətən» Cəmiyyəti Rəyasət Heyətinin sədri, Xalq yazıçısı Elçin müəllimin tapşırığı ilə həmin kasetlər xarici ölkələrdəki Azərbaycan mədəniyyət cəmiyyətlərinə göndərildi. Bu dövrdə A.Tahirlinin sovet imperiyası əleyhinə yazdığı, Cənub mövzusunda qələmə aldığı məqalələr böyük əks-səda yaradırdı.

Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin həyatı, fəaliyyəti, onların xalqımızdan gizli saxlanılmış irsi Abid Tahirlini daim düşündürürdü. Bunun nəticəsi kimi o, mühacirlərin xarici ölkələrdə nəşr etdikləri mətbu orqanların, kitabların izinə düşdü, onları topladı və araşdırmağa başladı. Adı xalqımızın tarixində və taleyində mühüm xidmətlər göstərmiş xadimlərlə bir cərgədə çəkilən görkəmli dövlət xadimi, diplomat, yazıçı-publisist, tərcüməçi, naşir, redaktor Ceyhun Hacıbəylinin həyat və yaradıcılığından namizədlik, mühacirət publisistikasından doktorluq dissertasiyalarını uğurla müdafiə etdi…

Dostumuzun yaradıcılıq uğurları çoxdur və bu barədə ölkəmizin adlı-sanlı elm adamları – akademiklər, professorlar kifayət qədər yazıblar. Mən Abid Tahirlinin bir uğurunu da qeyd etmək istərdim. O, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif edilmişdir.

Hərdən Abid Tahirlinin gecə-gündüz, dayanmadan məhsuldar və faydalı fəaliyyəti barədə düşünəndə, böyük İsmayıl Qaspiralının (yeri gəlmişkən, ölkəmizdə və ondan kənarda da onun irsinin ən yaxşı tədqiqatçılarından biri elə Abid Tahirlidir) bir kəlamı yadıma düşür: “Xidmət etmək istəyirsənsə, bacardığın işlə başla!”

# 1922 dəfə oxunub

Oxşar xəbərlər

Varaqları oxunmaq üçün ağrıyan romanlar - Cavanşir Yusifli

Varaqları oxunmaq üçün ağrıyan romanlar - Cavanşir Yusifli

15:00 10 yanvar 2026
"Mən o kişidən yaxşı insanam..." - Kim sol düyməni basmaq cəsarətini gözə alır?

"Mən o kişidən yaxşı insanam..." - Kim sol düyməni basmaq cəsarətini gözə alır?

12:00 7 yanvar 2026
"Bu dünya sizi öpərək boğmağa çalışan kişilərlə doludur..." - Məşhur iranlı rejissor Füruğ Fərruxzadı necə adlandırmışdı?

"Bu dünya sizi öpərək boğmağa çalışan kişilərlə doludur..." - Məşhur iranlı rejissor Füruğ Fərruxzadı necə adlandırmışdı?

15:00 5 yanvar 2026
Qarabağ həsrəti ilə dünyadan köçən Şahmar Əkbərzadə - Bəxtiyar Vahabzadə onun haqqında nə yazmışdı?

Qarabağ həsrəti ilə dünyadan köçən Şahmar Əkbərzadə - Bəxtiyar Vahabzadə onun haqqında nə yazmışdı?

12:00 28 dekabr 2025
Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?

Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?

17:00 22 dekabr 2025
"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

15:00 22 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər