Hünərin çatır, yazdığın mövzunun... - Xəyyam Rəfili

Hünərin çatır, yazdığın mövzunun... - Xəyyam Rəfili
6 fevral 2025
# 14:39

Kulis.az Xəyyam Rəfilinin yeni yazısını təqdim edir.

Haradan başlamalı olduğumu özüm də bilmirəm. Ədəbiyatın tərifindənmi, janrların sərhədlərindənmi, dilin imkan və istifadə qaydalarındanmı? Belə görürəm ki, artıq bütün şablonlar, sərhədlər, çərçivələr və qaydalar keçmişin rəflərində tozlanmaqdadır. At izi it izinə qarışıb. Uzun hekayə yazıb, adını roman qoyan kim, essevari mətn düzüb-qoşub, adını hekayə qoyan kim, bədiiliklə dokumentalizmin arasında qalıb, adını avtofiksiya (autofiction) qoyan kim, hələ şeiri demirəm. Bu hərc-mərcilikdə ədəbi tənqid də heç kimə lazım olmayacaq. Tənqid edə biləcəyi forma, məzmun, dil, üslub adında bir şey qalmayıb artıq. Ən maraqlısı da odur ki, hansı yazıçıya deyirsən sənin yazdığın mətn hekayə deyil, qayıdır ki, hekayənin kriteriyaları nədir? Bu sözü deyəndən sonra “Hərb və sülh”ün hekayə olduğunu, “6-cı palata”nın roman olduğunu, “Qara paltarlı qadın”ın poema olduğunu iddia eləməyə hansı maneə qalır? Bir nəsnənin adı varsa, vəsfi də var. Hekayə deyəndə, ağlına roman gəlmirsə, deməli, hekayənin özünəməxsuz tələbləri və çərçivəsi var. Hələ yazılan mövzular və imkanlarının dibində istifadə olunan dildən danışmıram. Hadisələrin gələcəkdə baş verməsi, qəhrəmanlardan bəzilərinin robot, ya süni intellekt olması yazılan mətni müasir hekayə etmir. Madam texnoloji inkişafdan, gələcəkdən əsər yazırsan, əziyyət çək istifadə etdiyin dili də ən yüksək səviyyədə işlət. Mağara insanının dilində gələcək texnologiyalar haqqında yazılan mətn bir tərəfini ildırım vurmuş ağaca bənzəyir. Texnoloji yenilikləri bilmək, gələcəkdə bizi nələrin gözlədiyini öyrənmək istəyən, youtubda bir saatlıq video açıb, yüz səhifəlik mətnin məlumatını ala bilər. Adını ədəbiyyat qoyduğumuz mətnin bu məlumatlardan yeganə fərqi bədiiliyidir ki, bu da dilin imkanlarıyla ərsəyə gəlir. Demirəm yeni əsərlər Axundovun dilində, Əkrəmin estetikasında yazılsın. Hünərin çatır, yazdığın mövzunun səviyyəsinə dili də qaldır. Klassik dili bəyənməyib, ondan da əvvəlki primitiv üsluba getmək yenilik deyil, əzizlərim. Gerilikdi. Bir addım irəli, iki addım geri ifadəsi burda tam yerinə düşür.

# 3634 dəfə oxunub

Oxşar xəbərlər

"O səs yaşadıqca mənim də ilk məhəbbətim yaşayacaq..." - Səhnəmizin kişi siması haqqında

"O səs yaşadıqca mənim də ilk məhəbbətim yaşayacaq..." - Səhnəmizin kişi siması haqqında

11:15 30 oktyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

10:00 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər