Ədəbi mətnləri sırıyanlar - Bizi niyə aldadırlar?

Ədəbi mətnləri sırıyanlar - Bizi niyə aldadırlar?
29 yanvar 2024
# 11:32

Kulis.az Fərid Hüseynin ədəbi təriflər haqqında "Bazar olsun" adlı yeni yazısını təqdim edir.

Ədəbi mətnləri "bal satan kimi" tərifləmək artıq kütləvi hala çevrilib.

Çox nadir hallarda bədii əsərlər haqqında maraqlı yozum, ağlabatan təhlil, biliklərin cəmindən yoğurulmuş qənaətlərə rast gəlmək olur.

Ədəbi mətnlərin "şərhçiləri" "balsatanlığı" bilərəkdən və ya "bilməyərəkdən" adətə çeviriblər, onların başlıca məqsədləri şərhə, fikirləri açmağa yox, sadəcə tərifi, yaxud "topuqdan düşüncələrini" sırımağa hesablanıb.

Sırımağın ən bariz göstəricilərindən biri də məqalələrdə "filan şey filan şeydir", "əsl yazıçı filan işi görə biləndir", "əsl söz burdan başlayır", "həqiqi ədəbiyyat orda bitir", "baxın istedad budur" kimi ucuz, əttökən təsbitlər, dayazlıqla "zinətlənmiş" yekun "nəticələrdir".

Bu cür aldanışlarla qəddi kaman kimi əyilən, saçları ağ tellərin işğalına məruz qalan xeyli adam dirigözlü "öldü", yaxud gözüçıxmış ustadlarından dərs almayan, əksinə aldanışa "onlar kimi olmağa" can atan, sentimental "dartınmalarla" özlərini, həqiqi kimliklərini ifadə etməyən, "süslü" cümlələrlə göz boyamağa aludə olmuş "aycan-aycan" ədəbi gəncliyinin də sıraları xeyli genişləndi.

Təəssüf ki, hələ də bizi ən çox "sevənlərin", bəyənənlərin" əksərən bizi ən çox aldadanlar olduğunu görmürük.

Nə deyək, "bazar olsun". Onsuz da balı arıdan başqa "hamı" tərifləyir...

# 1985 dəfə oxunub

Oxşar xəbərlər

Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

18:41 15 dekabr 2025
Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

18:01 15 dekabr 2025
Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

14:09 15 dekabr 2025
"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

12:00 15 dekabr 2025
Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

14:50 13 dekabr 2025
İlk intertekstual türk romanının müəllifi - Oğuz Atayın əsərindəki “Üçbucaq arzu” nədir?

İlk intertekstual türk romanının müəllifi - Oğuz Atayın əsərindəki “Üçbucaq arzu” nədir?

12:30 13 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər