Ayxan Ayvaz müğənnilərə müraciət etdi: Hamınıza səslənirəm!

Ayxan Ayvaz müğənnilərə müraciət etdi: Hamınıza səslənirəm!
19 iyun 2020
# 11:03

Müğənnilər arasında kitab oxuyan, intellekti olan üç nəfər tanıyıram: Faiq Ağayev, Nura Suri, Xumar Qədimova. Hər üçüylə ünsiyyət zövq verib mənə. Hətta Faiq bəylə Nura xanımın oxuduğu kitabların çoxusunu heç bizim yazıçılar oxumayıb. Mən istəyərdim ki, bu cür müğənnilərimizin sayı çox olsun. Məsələn, Türkiyədə ən çox kitab alan adam Yıldız Tilbe olmuşdu. Sezen Aksu Mövlanəni oxumadığına görə Tarkana mahnı vermədiyini eşitmişdim.

Tünzalə Ağayeva, Lalə Məmmədova kitab oxuyan müğənnilərdəndir.

Sayları çox azdır amma. Barmaqla sayılacaq qədər.

O gün düşündüm. Düşündüm ki, müasir yazarlarla müğənilləri necə bir yerə yığmaq olar? Necə etmək olar ki, müğənnilər kitab satışına dəstək olsunlar:

Hətta status da yazdım:

"Kitab satmaq üçün nə edək? Nəşriyyatların bunu edəcək gücü, yazarların da imkanı yoxdur. Küçəyə çıxıb satmaq Kəramətdən başqa heç kimdə alınmır. Kitab şəbəkəsi yoxdur, rayonlara çatdırılma, təbliğatdan danışmağa dəyməz. Deyəsən, bircə yol qalır. Tanınmış müğənnilərin dəstək verməsi. Normal ölkə olsa, kitab şəbəkəsi qurulsa, buna ehtiyac qalmaz. Amma söhbət Azərbaycandan gedirsə, bircə çıxış yolu budur. Məsələn, Türkiyədə Yıldız Tilbe ən çox kitab alan müğənni seçilmişdi. Bilmirəm, bizim müğənnilər bu təklifi necə qarşılayarlar? Mənim kitabımı alıb təbliğ edərlərmi?"

Doğrusu, səs-soraq çıxmadı, həm də düşündüm ki, görünür fikrimi dəqiq çatdırmamışam.

Əziz müğənnilər, bizim məhdud imkanlarla çıxartdığımız kitabların reklamı, təbliğatı getmir. Nəşriyyatlar ancaq kitabı çap etməklə işini bitmiş hesab edir. Əslində onları da qınamalı deyil. Vəziyyət belədir. Kitab Azərbaycan xalqı ilə heç bir yerdə rastlaşmır. Tirajımız çox azdır. Nəşriyyata ya pul ödəyib kitab çıxarırıq, ya nisyə yazdırırıq, ya da nəşriyyat özü öz hesabına çap edib qazancı götürür. Dünyanın heç bir yerində bu cür anormal vəziyyət yoxdur.

Bilmirəm, oxumusunuz, ya yox, Daniel Defonun məşhur "Robinzon Kruzo" əsərindəki kimi sanki bir adaya düşmüş və hər şeyi özümüz etmək zorunda qalmışıq.

Yazırıq. Redaktə edirik. Zülm çəkirik. Kitab çıxardırıq. Aparıb özümüz kitab mağazalarına daşıyırıq, ya da bir-bir satırıq.

Yəqin ki, vəziyyətin ağırlığını anlayırsınız. Biz kitabı tanıtmaq üçün heç bir resurs yoxdur. Məhdud imkanlar əlimizi-qolumuzu bağlayır.

Mən sizə bütün kitablara dəstək verin demirəm. Məsələn, bir örnək deyim. Bir oxucu, Seyran İsmayılov adında bir dost Aqşin Yeniseyin "Tarix və tale" romanını aldı, oxudu və belə qərara gəldi ki, bu kitabdan 100 nüsxə alıb tələbələrə paylasın. Yəni o adam bu kitabın çox adama ulaşması üçün öz cibindən xərc qoydu.

İndi toylarınız yoxdur, bilirəm. Onu da bilirəm ki, hamıya əlinizdən gələn köməyi edirsiniz. Normal bir mühit olsaydı, heç vaxt ağız açmazdım sizə. Neyləyək, kimsə daşın altına əlini qoymalıdır.

Hamınıza səslənirəm! Bayağı, yaxud ciddi. Mənə fərqi yoxdur. Nə qədər də sizi tənqid etsək də bu işə qol qoyacağınıza inanıram. Gəlin, kitaba dəstək olun. İnanın, sizin bu dəstəyiniz həm də cəmiyyətdəki imicinizi daha da gözəlləşdirəcək.

Kitab alın və paylayın. Oxumasanız da olar.

# 5377 dəfə oxunub

Oxşar xəbərlər

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

15:00 12 avqust 2025
"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." -  Yaşar Rzayevin Vəlisi ilə  Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." - Yaşar Rzayevin Vəlisi ilə Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

09:00 11 avqust 2025
"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." -  Abbasqulu ağa Bakıxanov niyə  ərəb-fars tərkibləri ilə yazırdı?

"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." - Abbasqulu ağa Bakıxanov niyə ərəb-fars tərkibləri ilə yazırdı?

12:15 8 avqust 2025
Yar yaraya çevriləndə... -    Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

Yar yaraya çevriləndə... - Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

09:00 8 avqust 2025
Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

12:10 7 avqust 2025
"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

09:00 7 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər