Oruellin “1984”ü azərbaycanca!

Oruellin “1984”ü azərbaycanca!
13 iyun 2011
# 10:31
Tanınmış ingilis yazıçısı Corc Oruellin “1984” romanı azərbaycanlı oxucuların ixtiyarına verilib. Qanun nəşriyyatın çap etdiyi romanın tərcüməçisi Vilayət Quliyevdir.

Yazıçının bu yaxınlarda dilimizdə çap olunan “Heyvanıstan” povesti kimi “1984” romanı da ötən yüzillikdə sözün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diqqətəlayiq nümunələrindən sayılır.

Hər iki əsər yarandığı vaxtdan ədəbi və siyasi fikrin diqqət mərkəzində olub. Yazıçının kitabları müxtəlif dillərə çevrilib, ciddi polemika doğurub, hətta bəzi ölkələrdə qadağan olunub.

Oruell nəsrinin mühüm, diqqətəlayiq nümunəsi sayılan “1984” romanı Azərbaycan dilində ilk dəfə, həm də orijinaldan tərcümədə çap olunur.
# 1885 dəfə oxunub

Oxşar xəbərlər

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

15:00 25 iyun 2026
"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

12:30 24 iyun 2026
"Xatirə və gerçəklik arasında incə  sərhəd..."  - "Torpağın ruhu" oxucuya nə deyir?

"Xatirə və gerçəklik arasında incə sərhəd..." - "Torpağın ruhu" oxucuya nə deyir?

18:45 23 iyun 2026
Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

15:45 23 iyun 2026
Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?

Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?

15:00 23 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər