Rustaveli kimdir axı?
1 aprel 2011
13:40
Təhsilli avropalıların 99 faizi, gürcü ədəbiyyat tarixinin ən böyük dastanlarından birinin, Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” tanımırsa , qloballaşan dünyaya uyğun bir təhsilə çata bilərikmi?
Sözsüz ki, hər bir qərblinin mədəniyyəti, “İlahi komediyadan”, Şekspirdən və bir az da geriyə qayıtsaq, Homer, Virgili ya da Sofokldan təsirlənib.
Bu köşədə əvvəl də haqqında söz açdığım, fransız Pierre Bayardın kitabı yada düşür (‘How to Talk About Books You Haven’t Read?’ Heç oxunmamış bir kitabdan necə danışmaq olar?) və İncilin, həm yəhudi, həm xristian və hətta qərbli ateistlərin mədəniyyətinə dərindən təsir etdiyi gün kimi aydındır.
Amma bu təsirlənən hər kəsin İncili başdan sona qədər oxuması demək deyildir.
Bu misal eyni ilə Şekspir və Coysa da də aiddir. Mədəni bir insan və hətta yaxşı bir xristian olmaq üçün İncildən Kralları və Sayları da oxumaq lazımdırmı? Ecclesiastes (Köhnə Ahitdə Süleyman həzrətlərinə yazılan kitab) oxunmalımı? Yoxsa, çoxunun anladığı kimi “ən böyük təkəbbür”ü məhkum etdiyini bilmək bəs edirmi?
Dolayısıyla kanonun sualı, xüsusi olaraq ABŞ məktəblərində bir şagirdin, təhsili davam edənə qədər oxunması vacib olanların siyahısı ilə eyni deyil.
Narahatçılıq bu gün daha çox dolaşıqlıq yaradır. Ötən həftələrdə Münxendə beynəlxalq bir yazıçı toplantısında, qloballaşma zamanında kanondan nəyi anlamaq lazımdır kimi məsələlər müzakirə edildi.
Əgər Avropalı marka geyimlər Çində istehsal edilirsə, Yaponiya markalı avtomobildən və kompyuterlərdən istifadə ediriksə, əgər Napolinin kəndi Afragolada belə pizza yerinə hamburger yeyilirsə, qısaca dünya əyalət ölçülərinə çatmışıqsa və küçəmizin küncündə bir məscid varsa və dəri rəngi fərqli uşaqlar məktəblərdə öz dinləri ilə bağlı bir şeylərin öyrənilməsini istəyirlərsə, yeni kanon nə olmalı?
Bəzi Amerika universitetlərində ‘politically correct’ten (siyasətdən doğru) çox “politically stupid’ (siyasətdən axmaq) bir jestlə fikir verilmişdi:
“Qara dərili bir çox şagirdimiz olduğuna görə artıq Şekspiri deyil, Afrika ədəbiyyatını öyrətməliyik.”
Bu, “olum yoxsa ölüm”ün nə olduğunu bilmədən və dolayı yolla həmişə dominant mədəniyyətin sərhədlərində qalaraq ABŞ-da yaşamaq məcburiyyətində olan gənclərə qarşı oynanan pis bir oyundur.
Əslində, günümüzdə din dərsi məsləhət görüldüyü kimi, gənclər İncillə yanaşı Quran, ya da Buddist təriqəti ilə bağlı da bir şeylər bilməlidirlər.
Litseydə yunan mədəniyyəti ilə yanaşı şagirdin böyük ərəb, hind və ya yapon ədəbiyyatı ilə bağlı bəzi şeyləri öyrənməsi pis olmazdı.
Qulağa dolan məlumatlar
Bir müddət əvvəl Parisdə, avropalı və çinli ziyalıların bir görüşünə qoşuldum.
Şərqli konfrans iştirakçılarının Kant və Prust haqqında hər şeyi bildiklərini və Lao Tze ilə Nitsşe arasında (doğru və səhv) parallelər qurmalarını, bizim isə ümumilikdə Konfutsidən o tərəfə gedə bilmədiyimizi (o da bir çox halda bildiklərimiz ordan-burdan eşitdiyimizdən ibarətdir) görmək üzücüydü.
Amma bu dünya miqyaslı idealda belə bəzi çətinliklərə rast gəlinir. Bir italyan gəncinə “İlliada” haqda danışa bilərsən; çünki Hektor və ya Aqamemnondan adını və Parisin mühakiməsi, Axillin dabanı kimi ifadələr də kiçik mədəniyyətinin bir parçasıdır (amma bir müddət öncə universitet məzunu olmağa çalışan bir gənc, Axill dabanının, tenis raketkası kimi bir şey olduğunu demişdi).
Onun Mahabharatanı ya da Ömər Xəyyamı oxumasının və bu əsərlərin onun hafizəsində kiçik də olsa bir iz buraxmasını necə bacara bilərsən?
Təhsilli Avropalıların 99 faizi, gürcü ədəbiyyat tarixinin ən böyük dastanının- Rustavelinin “Pələng dərisi geymiş pəhlivanı”ı olduğunu bilmirsə qloballaşan dünyanın təhsil standartına necə çata bilərik Yoxsa, “Rustaveli kimdi axı ?” deməyə davammı edəcəyik?
Hazırladı Samirə Əşrəf

1872 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024