“Əyalət lesbiyani haqda roman yazmışam” - MÜSAHİBƏ
26 aprel 2011
10:56
Bu yaxınlarda “Undergraund sevgilər” adlı şeir kitabı çap edilmiş gənc yazar Cəlil Cavanşirin Kulis.az-a eksklüziv müsahibəsi
Əvvəlcə kitabından danışaq.
“Undergraund sevgilər” mənim sayca 2-ci şeir kitabımdır. İlk kitabım “Daha məni xatırlama” Gəncədə az tirajla, cəmisi 100 ədəd çap olunmuşdu. Təbii ki, o zaman mən təcrübəsiz idim kitab nəşri konusunda. Bu kitabın nəşrini ciddi şəkildə arzulayırdım. İlk olaraq Şahbaz Xuduoğluna təşəkkür edirəm ki, kitabın nəşrini öz üzərinə götürdü və gözəl bir şəkildə bu işi sona çatdırdı. Eyni zamanda bütün dostlarıma minnətdaram ki, məni çətin günlərimdə tək qoymadılar.
Şair qlamur olarmı heç?
- Bu kitab ədəbi mühitin diqqətini, səncə, hansı özəlliyilə çəkəcək?
- Mənim ədəbi mühitin diqqətini çəkmək kimi bir istəyim yoxdur. Dostlarım bəyənsin, yetər. Amma kitabda kifayət qədər maraqlı şeirlər olduğundan əminəm. Həssas insanları daha çox cəlb edəcəyini düşünürəm.
- Özünü postmodern şair hesab edirsənmi?
- Posmodernizm dünyanın çoxdan keçdiyi bir mərhələdir. Mən özümü hansısa məktəbin nümayəndəsi hesab eləmirəm. Zaman keçdikcə missiyama uyğun şeirlər yazıram. İçimdə daimi olaraq fəaliyyətə başlayacaq bir vulkan yatır. Şeir sadəcə çox həssas və kövrək olduğum anlarda özümü rahatlatmaq üçün bir vasitəmdir. İstedadımı isə nəsrdə göstərməyi düşünürəm.
- Nə üçün sənin şeirlərini antiqlamur şeirlər adlandırırlar?
- Şair qlamur ola bilməz. Məncə qlamur intellektə əks olan yaşam tərzidir. Həyat şərtləri zatən şairin qlamur olmağına imkan vermir. Uzun müddət çox çətin həyat tərzi keçirmişəm. Xırdalıqlara varmaq istəməzdim, amma həyatım da antiqlamur və underqraunddur. Bu yaşam tərzi mənə xoşdur.
Həyata sərxoş baxmaq gözəldir
- İçkiyə münasibətin necədir?
- Mən bir il öncəsinə qədər dindar olmuşam. Yeniyetməlik dövrümdə, bir də hərbi xidmətdən sonra çox nadir hallarda içki içirdim. Yaşadıqlarımdan sonra içkiyə qəribə bir aludəçiliyim yarandı. Yalnız yazı prosesində ayıq olmağa çalışıram. Günümün çox hissəsini sərxoş olmaq, həyata sərxoş baxmaq ləzzət eliyir. Bəziləri elə bilir ki, mən məsuliyyətdən qaçmaq üçün içkiyə meyllənmişəm. Əksinə mən sərxoş olanda daha məsuliyyətli və həssas oluram. Nümunəvi adam olmaq mənlik deyil. Ütülü, hər şeyi ölçüb-biçib hərəkət edən, hətta dostlarıyla, sevdiyi qadınla belə səmimi ola bilməyən, özünü “boğan” adamlardan zəhləm gedir.
Anar AYB sədrliyindən getsə ən böyük əsərini yazmış olar.
- Qarşıdan AYB-nin qurultayı gəlir.Anar yenidən AYB sədri olacaqmı?
- Dörd aya yaxındır ki, “Mərkəz” qəzetində ədəbiyyat yazarıyam. Azərbaycan ədəbiyyatının demək olar ki, bütün problemlərindən xəbərdaram. Məncə bugünkü AYB ədəbiyyatımızda çox ciddi bir problemdir. AYB-nin sürətlə gəncləşməsi, strukturunda islahatların aparılması vacibdir. Mənim AYB-də çox istedadlı dostlarım var. Ancaq AYB üzvü olan xeyli sayda mənasız adam tanıyıram ki, bu insanların AYB-də təmsil olunması ədəbiyyata ciddi şəkildə başıaşağılıq gətirir. Hətta qətiyyən ədəbiyyata dəxli olmayan adamlar müəyyən miqdarda rüşvət verməklə AYB-çi olur. Bu cür əxlaqsızlıqdan sonra onların hələ danışmağa dili də var və çox asanlıqla kimisə ittiham edirlər.AYB-nin hətta dəhlizlərində belə ölgünlük, ətalət hiss olunur. Bir neçə istedadlı yazıçı var ki, onlar AYB-nin üzünü ağardır. Yoxsa yaxşı heç nədən danışmaq mümkün deyil. AYB-də kifayət qədər potensialı və istedadı olan gənclər var. Anar AYB sədrliyindən getsə ən böyük əsərini yazmış olar. Çünki artıq o yorğundur. Meydanı gənclərə verməyin zamanıdır. AYB daxilindəki qruplaşmalar artıq namizədlərini hazırlayıblar. Qurultayda ciddi çəkişmələr olacağı qrultayqabağı əhval-ruhiyyədən məlumdur. Düşünürəm ki, AYB sədrliyinə Anardan sonra ən potensial namizəd Rəşad Məciddir. Anar namizədliyini verməsə Rəşad Məcidin sədr olmaq şansı böyükdür.
Əyalətdəki lezbiyen
- Sən iki roman yazdığını deyirdin. Nə üçün romanlarını nəşrə vermirsən?
- Romanlarım demək olar ki, hazırdır. İlk romanım “Qeyri-ənənəvi sevgi” adlanır. Bu romanı təxminən 2 il öncə yazmağa başlamışdım. Erotika və sevgi əsas mövzudur. Azərbaycan mühitində qeyri-ənənəvi oriyentasiyalı insanların yaşantıları, sevgisi, məişəti, ideyaları romanımın əsas xəttidir. Süjet əyalət şəhərində yaşayan lezbiyan qızın meqapolisdə yaşayan transseksualla olan sevgi macərası üzərində qurulur. Virtual məkanda başlanan sevgi macərası hər iki gəncin qovuşması və çıxış yolu tapması ilə yekunlaşır. Sevginin qələbə çalması əsərin əsas mahiyyətidir. Kifayət qədər erotik səhnələrin bol olduğuna görə bu romanı hələ nəşr etdirməyi düşünmürəm. İkinci romanım “(K)analiz(Asiya)” adlanır. Bu roman Azərbaycanda teleməkanında baş verənlərin fonunda şərq ölkəsinə ironik bir yanaşmadır. Müəyyən məqamlar avtobioqrafikdir. Öz həyatım nümunəsində Azərbaycan gəncliyinin düşdüyü iyrənc problemlər bataqlığından çıxış yolları tapmağa çalışmışam. Bu romanı artıq yekunlaşdırmaq üzrəyəm. Son variantım hazır olan kimi kitabı nəşrə verəcəyəm.
Freydi çevirəcəm
- Sən həm də tərcüməçisən. Ancaq tərcüməçi kimi fəaliyyətin demək olar ki, görünmür.
- Şəxsi həyatımdakı müəyyən problemlərdən sonra mən ümumiyyətlə ciddi şəkildə işləyə bilmirdim. Yaşadığım stress və depressiya məni xeyli tənbəlləşdirmişdi. Günün 16-18 saatını ağrısız, əzabsız intihar metodları axtarırdım. Hətta dəfələrlə intihara cəhd eləmişəm. Həmin çətin günlər getdikcə yerini əzabsız, rahat günlərə verir. Bu yaxınlarda Şahbaz Xuduoğlundan maraqlı bir təklif almışam. Yaxın vaxtlarda Alman dilindən tərcümələr etməyə başlayacam. Hal-hazırda Ziqmund Freydin “Totem və Tabu” əsərini tərcümə etmək istəyim var. İndiyə qədər dilimizə tərcümə olunmadığı üçün ümid edirəm ki, bu lazımlı bir iş olacaq.
Ən istedadlı-Xanəmir
- Son vaxtlar yazılan romanlara münasibətin necədir? Deyirlər ki “roman bumu” var.
- Son illər Azərbaycanda yazılan, ciddi əks səda doğuran romanların əksəriyyətini oxumuşam. İdeya, struktur və dil baxımından Xanəmirin “ağğğbaaağ” bayatı-ramonu (Müəllif özü əsərini belə adlandırır, roman yox məhz ramon-Kulis.az) mənim çox xoşuma gəlib. Nasir kimi Azərbaycanda İsa Muğannada sonra məni ən çox heyrətləndirən iki imza var, Xanəmir Telmanoğlu və Şərif Ağayar. Şərifin “Aftafalı antrakt” nəsr toplusunu son 10 ilin ən maraqlı kitabı hesab edirəm. Xanəmirin mənsub olduğu məktəb, sufi ədəbiyyatı bizdə kifayət qədər başa düşülmədiyindən Xanəmiri oxucu həzm edə bilmir. Ancaq Azərbaycan şeirində və nəsrində ən istedadlı imza məncə Xanəmirdir.
“Ən Yeni Ədəbiyyat” seriyasından çap oluna bütün romanları oxumuşam. Yalnız Nərmin Kamalın romanı haqqında demək olar ki, alınıb. Hal-hazırda Seymur Baycanın “Quqark” romanı oxumağa hazırlaşıram. Seymurdan möhtəşəm bir roman gözləməsəm də, ümid edirəm ki, maraqsız da olmayacaq. Ədəbiyyatımızda “bum” flan hiss eləmirəm.
Azərbaycan qadınında natamamlıq var
- Azərbaycan qadını haqqında fikirlərin necədir?
- Azərbaycan qadını Azərbaycan kişisinə nisbətən çox geridə qalıb. Qadınlarımızın çoxusunda çox qəribə komplekslər var. Ən pisi də odur ki, Azərbaycanda qadının intellektuallığı artıqca feminist olur. Azərbaycan qadınında mənim müşahidə elədiyim qəribə bir natamamlıq var. Yaxşı sevgili qadın olan pis dostdur, yaxşı dost olan qadın pis sevgilidir. Hələ də sevgilisi, qadını olan kişilər fahişələrlə yatır. Hələ də evlənmək qadınlar üçün ən ciddi münasibət sayılır və ən gülməlisi hələdə metroda və avtobusda kişilər qalxıb qadınlara öz yerini verir.
Əfsus ki, bu gün gənc qızlarımızın böyük əksəriyyəti evi, maşını, işi olan sevgili axtarır, bütün gəncliyini cehiz yığmağa həsr edir. Azərbaycan qadını istənilən halda kişidən asılı olaraq yaşamağa üstünlük verir. Təbii ki, istisnalar var. Şəxsən mənim tanıdığım cəsarətli, hərtərəfli, güclü qadınlar var.
Vüqar Qurdqanlı

1511 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024