Corc Orueldən bir hekayə
14 avqust 2012
11:38
Birmada yağış mövsümüydü. Yağmurlu səhər çağında türmə həyətinin hündür divarlarından içəri sarı zərvərəqi xatırladan zəif günəş şüaları düşürdü. Biz ölümə məhkum olunmuşların cərgəylə düzülmüş, ön divarı əvəzinə dəmir barmaqlıqları olan, qəfəsi xatırladan kameraları qarşısında gözləmə mövqeyində durmuşduq. Eni-uzunu təqribən on fut olan bu kameralar, taxta çarpayıları və su bardaqlarını nəzərə almasaq, demək olar ki, boş idi. Yalnız bəzilərində yorğana bürünmüş qaraşın adamlar çömbəlib oturmuşdular. Onları dar ağacından asılmağa məhkum etmişdilər, ixtiyarlarında bir-iki həftə varıydı.
Məhkum olunmuşlardan birini artıq kameradan çıxarmışdılar. Bu, taqətdən düşmüş, başıqırxıq, qeyri-müəyyən rəngdə, sulu gözləri olan hindliydi. Onun bığları cılız bədəniylə müqayisədə gülünc görünəcək, komik aktyoru xatırladacaq qədər şotaydı. Məhkumun edama hazırlığıyla bağlı bütün öhdəliklər altı hindli keşikçinin üzərinə qoyulmuşdu. Onlardan ikisi tüfəngin süngüsünü köksünə sıxaraq digərlərinin məhkumun əlini necə qandallamasına, zənciri əvvəl onun bədəninə dolayıb, sonra öz bellərinə taxmasına tamaşa edirdi. Keşikçilər hindlini sıx dairəyə almışdılar, onu bir saniyə belə olsun ehtiyatlı, oxşayıcı, eyni zamanda möhkəm ağuşlarından kənara buraxmırdılar, sanki məhkumu əlləməklə onun heç yerə yoxa çıxmadığına bir daha əmin olmaq istəyirdilər. Adətən, torun içində çabalayaraq yenidən suya düşməyə can atan balıqla bu cür rəftar edirlər. Məhkumsa sanki ətrafda baş verənlərin fərqinə varmır, zərrə qədər də olsun müqavimət göstərmir, süst düşmüş qolları itaətcəsinə kəndirə tabe olurdu.
Saat səkkizi vurdu və uzaq kazarmalardan gələn sümsü səsi rütubətli havada itib-batdı. Bizdən aralıda dayanan və əlindəki əsayla çınqılı eşələyən qaşqabaqlı türmə rəisi başını qaldırdı. Bu, xırıltılı səsi olan, nazik bığlı, tibb təhsilli birisiydi.
- Frensis, Allah eşqinə, tələsin, - o, əsəbi halda dilləndi. – Məhkum artıq çoxdan o biri dünyada olmalıydı. Nədir, siz hələ hazır deyilsiniz?
Əynində yun kostyum olan kök dravid (əsasən Hindistanın cənubunda yaşayan xalqlar toplumu – red.), baş gözətçi Frensis qara əlini yellədi.
- Cənab, narahat olmayın, - o, tələsik söylədi, - bizdə hər şey qaydasındadır. Cəllad artıq gözləyir. Gedə bilərik.
- Onda tez gedək. Bu işin axırına çıxmamış məhkumlar səhər yeməyi almayacaqlar.
Biz dar ağacına tərəf yollandıq. Çiyinlərində tüfəng olan iki keşikçi məhkumun düz yanında addımlayırdı, ikisi arxa tərəfdən onun əllərini və çiyinlərini tutmuşdu, sanki eyni zamanda hindlini həm irəli itələyir, həm də tutub saxlayırdı. Hakimlər və yerdə qalanlarsa bir az aralıda gedirdilər. Dəstə on yard irəliləməyə macal tapmamış heç bir xəbərdarlıq və əmr olmadan qəflətən dayanası oldu. Qəribə bir şey baş verdi: həyətdə hardansa it peyda oldu. Bu qədər adamı bir arada görən heyvan sevincdən quyruğunu yellədə-yellədə qırğıtək üzərimizə şığıyıb ətrafımızda hoppanıb-düşməyə başladı. Bu, uzun və sıx tüklü, erdelteryer və küçə itinin məhsulu olan iri heyvanıydı. O, bir neçə saniyə ətrafımızda fırlanıb, sonra heç kəsin gözləmədiyi halda məhkumun üstünə atılıb üzünü yalamağa çalışdı. Hamı heyrətdən yerində donub qaldı, heç kəs iti tutmağa belə cəhd etmədi.
- Bu lənətə gəlmiş iti kim bura buraxıb? – türmə rəisi qəzəblə çığırdı. – Kimsə onu tutacaq, ya yox?!
Mühafizə dəstəsindən ayrılan bir keşikçi yöndəmsiz şəkildə iti tutmağa çalışdı, lakin heyvan gah yuxarı atlanaraq, gah da onu həndəvərində fırlanaraq heç cür özünü ələ vermir, sanki bu hərəkətini, qurduğu oyunun bir hissəsi kimi qəbul edirdi. Cavan hindli keşikçi bu dəfə bir ovuc çınqıl götürüb, iti daşlamağa başladı, lakin dörayaqlı çevik hərəkətlə özünü qoruyub yenidən bizə tərəf qaçdı. Sevinc dolu hürüş türmə divarlarında əks-səda doğurdu. İki keşikçinin möhkəm tutub-saxladığı məhkumun baxışlarından əvvəlkitək etinasızlıq yağırdı, sanki baş verənlər onu gözləyən edamın növbəti qaçılmaz formallığıydı. İti, nəhayət, tutmaq üçün daha bir neçə dəqiqə lazım oldu. Biz xaltaya mənim burun dəsmalımı bağlayıb, yazıq-yazıq zingildəyən biçarə heyvanı arxamızca darta-darta yenidən yola düzəldik.
Dar ağacına qırx yard qalırdı. Mən qarşımda addımlayan məhkumun çılpaq kürəyinə baxırdım. O, əlləri bağlı halda, dizlərini düzəltmədən, hindliyə məxsus yöndəmsiz, amma qətiyyətli addımlarla gedirdi. Əzələlər öz işini hər addımda ideal şəkildə yerinə yetirirdi, qırxılmış başındakı buruq yuxarı-aşağı hərəkət edirdi, ayaqlar yaş çınqıla möhkəm dəyirdi. Yalnız bircə dəfə, keşikçilərin arxadan çiyinlərindən tutmasına baxmayaraq, qarşısına çıxan gölməçəni dolanbac keçmək üçün azacıq kənara sıçradı.
Nə qədər qəribə olsa da, bu dəqiqəyəcən mən hələ də sağlam, şüuru tam yerində olan insanın qətlə yetirilməsinin nə demək olduğunu sonunacan anlamırdım.
Və yalnız məhkumun gölməçəni keçmək üçün kənara addım atmasını görəndə birinin digərinin həyatını yarıda qoymasına heç bir haqqı olmadığını dərk etdim. Məhkum can vermirdi, onun da həyatı bizimki qədər davam edirdi. Bütün orqanları işləyirdi: mədəsində yemək həzm olunurdu, dəri örtüyü təzələnirdi, dırnaqları uzanırdı, hüceyrələri formalaşırdı – hərçənd indi orqanizmin saz işləməsinin heç bir önəmi yoxuydu. O, dar ağacına qalxanda da, ölümdən on saniyə aralıda aşağı yuvarlananda da dırnaqları uzanacaq. Gözləri hələ də sarımtıl çınqılları və boz divarları görürdü, beyni hələ də anlayırdı, dərindən düşünürdü – hətta gölməçələr barədə. O və biz birlikdə hərəkət edən, görən, eşidən, hiss edən, eyni dünyanı qavrayan vahid insan qrupunu təşkil edirdik; lakin iki dəqiqədən sonra qəfil xırıltı səsi bizlərdən birinin artıq mövcud olmadığından xəbər verəcək – bir şüür, bir dünya azalacaq.
Dar ağacı hündür tikanlıqlara bürünmüş, türmənin əsas həyətindən aralı sahədə yerləşirdi. O, üstü taxtapuşla örtülmüş anbarın üç divarını xatırladan kərpic tikilidən ibarətdi. Bu tikilinin üstündə isə köndələn tir və havada yellənən kəndiri olan iki sütun vardı. Cəllad – ağ türmə forması geyinmiş çalsaçlı məhkum - öz mexanizminin yanında gözləmə mövqeyində durmuşdu. Biz içəri daxil olanda o, qulsayağı təzim edərək dəstəni salamladı. Keşikçilər Frensisin işarəsiylə məhbusdan daha bərk yapışıb dar ağacına tərəf ya apardılar, ya da itələdilər və pilləkənləri qalxmasına naqolay şəkildə kömək etdilər. Sonra cəllad yuxarı qalxdı və kəndiri dustağın boğazına keçirdi.
Biz beş yard aralıda gözləyirdik. Keşikçilər dar ağacının ətrafında dövrəni xatırladan bir şey qurdular. Məhkumun boğazına kəndir keçiriləndə o, hündürdən öz Allahını səsləməyə başladı. Zingiltili, təkrarlanan səs: “Rama! Rama! Rama! Rama!” Bu səsdə dəhşət və çarəsizlikdən əsər-əlamət yoxuydu, yalnızca müntəzəm, ritmik, kilsə zəngini xatırladan dua və ya köməyə çağırış vardı. Hələ də edam meydançasında dayanan cəllad un kisəsinə oxşayan kiçik bir pambıq torba çıxarıb məhkumun başına keçirdi. Lakin parçayla boğulan səs davam etməkdəydi: “Rama! Rama! Rama! Rama!”
Cəllad aşağı enib əlini lingin üstünə qoydu. Sanki dəqiqələr keçmək bilmirdi. Məhkumun boğuq səsi bir an olsun belə kəsilmirdi: “Rama! Rama! Rama!” Başını köksünə endirən türmə rəisi əlindəki əsayla yeri eşirdi; bəlkə də məhkumun qışqırıqlarını sayırdı – bəlkə əlli, bəlkə də yüz. Hamının üz ifadəsi dəyişmişdi.
Hindlilər pis dəmlənmiş qəhvə kimi bozarmışdı, bir, ya iki süngü titrəyirdi. Biz edam kürsüsündə dayanmış, başına torba keçirilmiş adamı seyr edir, onun boğuq səsinə qulaq asırdıq, yaşamdan xəbər verən daha bir an, və hamımızın könlündən yalnız bir şey keçirdi: onu tez öldürün, axı nə qədər uzatmaq olar, bu tükürpədici səsin axırına çıxın.
Nəhayət, türmə rəisi bir qərara gəldi. Başını qəfil qaldırıb, əsasını havada tələsik yellətdi.
“Çalo”, - o, qəzəblə qışqırdı.
Cingiltili səs eşidildi, ardından sükut. Məhkum yoxa çıxdı və yalnız kəndir sanki öz-özünə hərlənirdi. Mən iti buraxdım, heyvan o dəqiqə dar ağacının yanına qaçdı, lakin ora çatan kimi ayaq saxladı, sanki yerə mıxlandı, zingildədi, sonra həyətin bir küncünə sıxıldı. Və tikanlıqların arasında gizlənib ürkək baxışlarla bizə tərəf baxdı. Meyiti seyr etmək üçün dar ağacının başına dolandıq. Aramla yellənən kəndirdən asılan məhkumun – ayaqları aşağı dartılıb – ölməsinə heç bir şübhə yoxuydu.
Türmə rəisi əsanı qaldırıb çılpaq sarımtıl-yaşıl bədənə batırdı, sonuncusu yüngülcə yelləndi.
“Onunla hər şey qaydasındadır”, - türmə rəisi təsdiq etdi. O, dar ağacından aralanıb dərindən nəfəs aldı. Üzünün qaşqabaqlı ifadəsi harasa yoxa çıxdı. O, biləyindəki saatın əqrəblərinə nəzər saldı: “Doqquza səkkiz dəqiqə işləyib. Hə, Allaha şükür, səhərin işi bitdi”.
Keşikçilər süngünü çıxarıb geriyə addımladılar.
Sanki özünü pis apardığını anlayan it səssiz-səmirsiz arxamızca gəldi. Biz dar ağacı olan həyəti tərk etdik, türmənin iri mərkəzi həyətinə çıxdıq. Məhkumlar artıq bambuk çubuqlarıyla və dəmir ucluqla silahlanmış keçişçilərin nəzarəti altında səhər yeməyi alırdılar. Uzun cərgəylə sallağı oturan məhbusların əlində tənəkə kasa vardı, iki keşikçi əllərində vedrə onların arasında gəzişərək qablara düyü qoyurdular; edamdan sonra bu mənzərə əməlli göz oxşayırdı. Üzərimizə düşən vəzifə artıq geridə qalandan sonra qeyri-adi yüngüllük hissi keçirirdik. Mahnı oxumaq, qaçmaq, gülmək istəyirdik.
Yanımda addımlayan cavan metis üzündəki çoxmənalı təbəssümlə gəldiyimiz tərəfə işarə etdi: “Cənab, bilirsiniz, bizim ümumi dostumuz (o, edam olunanı nəzərdə tuturdu) apellyasiyasına rədd cavabı gəldiyini eşidəndə kamerada düz döşəməyə işədi. Qorxudan. Cənab, siqaret istəmirsiniz ki? Cənab, mənim yeni gümüş portsiqarım gözəl deyilmi?!”
Bir neçə adam fərqinə varmadıqları şeylərə gülürdü. Türmə rəisinin yanında gedən Frensis durmadan çərənləyirdi.
- Cənab, hhhhərr şey əla keçdi, bəhanə axtarmağa yer qalmadı. Və hər şşşey hazırdı! Hhheççç də hhhəmişşə bu cür olmur, cənab! Yadımdadır, məhkumun canını tapşırması üçün bəzən həkim dar ağacının altına keçib onun ayağından dartmalı olurdu. Adamın tükü ürpəşir!
- Cabalayırdı ki? Hə, bu o qədər də yaxşı deyil - türmə rəisi söylədi.
- Cənab, ən pisi, onlar müqavimət göstərəndədir. Heç yadımdan çıxmaz, bir dəfə məhkumun ardınca gələndə biçarə kameranın bamaqlıqlarından yapppppışşşşşmışdı. Cənab, inanmazsınız, onu barmaqlıqlardan qoparmaq üçün düz altı keçikçi lazım oldu. Üç-üç ayaqlarından yapışmışdılar. Biz onu ağıllı olmağa çağırdıq. “Hə, əzizim, - söyləyirdik, - bizə nə qədər əziyyət verdiyinin fərqinə var”. Amma o heç eşitmək belə istəmirdi! Əməlli tər tökəsi olduq!
Birdən həddən artıq bərkdən güldüyümün fərqinə vardım. Hamı qəhqəhə çəkirdi. Hətta türmə rəisi iltifatla gülümsəyirdi.
- Gedək içək, - o, gülər üzlə təklif etdi. – Maşında bir şüşə viskim var. Bizə artıqlıq eləməz.
Biz türmənin ikilaylı darvazasından həyətə çıxdıq. “Onun ayağından dartırdılar!” – birmalı hakim qəfil çığırdı və hündürdən “hm” dedi. Biz yenidən qəhqəhə çəkdik. Həmin an Frensisisn hekayəsi çox gülməli səslənirdi. Yerli birmalılarla biz avropalılar birgə içki içdik. Bizi ölüdən yüz yard ayırırdı.
Çevirdi: Kifayət Haqverdiyeva

1833 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024