İranda 50-60 yaşlı qadınlara oxumağı qarajda öyrədirdilər...
14 avqust 2012
05:00
İranda Xatəminin prezidentliyi dövrü idi. Mühafizəkarlar prezidentin xüsusən qadın hüquqlarının qorunması sahəsindəki addımlarını kəskin tənqid edirdilər. Parlament əsl mübarizə meydanına çevrilmişdi, ölkədə siyasi proseslər həyəcanla izlənirdi, əhalinin siyasi fəallığı artmışdı.
Qadınların ictimai yerlərdə daha sərbəst davranışı, geyimlərdə nisbətən sərbəstlik, açıq rəngli, dəblə tikilən mantolar, rəngbərəng baş örtükləri – bunlar idi Xatəminin qadınlara tanıdığı sərbəstlik...
Bunlar belə mühafizəkarları əsəbiləşdirmək, dinin təməllərinin sarsıldığını iddia etmək üçün yetərli idi. Belə bir zamanda şəhər şuralarına keçirilən seçkilərdə qadın namizədlərin sayının artması daha ciddi narahatlıq doğurmağa başladı. Bu o zaman idi ki, qadınların namizədliyini qeydə almamaq üçün mümkün olan bütün vasitələrdən istifadə olunurdu.
Namizəd olmaq istəyən qadınların qohumlarından kiminsə oruc tutmaması, hicaba tam riayət etməməsi kimi bəhanələr seçkilərdə iştirakdan məhrum etməyə yetərli idi. Çənəsində xalı olan bir qadın namizəd məhz çənəni örtən baş örtüyü (məğnə) taxmadığına görə seçkidən kənarlaşdırıldı.
Mən isə bu zaman Tehranın məşhur özəl xəstəxanalarından birində əməliyyata hazırlaşırdım. Yanımda təsəvvür etdiyimdən daha çox insan vardı və bu, həyəcanımı daha da artırmışdı. Ana olacağını valideynlərinə, ərinin ailəsinə söyləməkdən utanan onlarla həmcinsimin təcrübəsi vardı. Ona görə də ana olmağa hazırlaşdığım bir zamanda ətrafımda qayınatamdan tutmuş həyat yoldaşımın dayılarına qədər kişi cinsinin çoxsaylı nümayəndələrini görmək məni təəccübləndirir, eyni zamanda utandırırdı. Çox keçmədən həyəcan və qorxu məni heç kəsi görməyəcək duruma gətirdi və bu dəfə ABŞ-da təhsil almış 35 yaşlı qadın doğum mütəxəssisi olan kişini başımın üstündə gördüm. Haradan gəldiyimlə maraqlandı, qorxumu dəf etmək üçün mənasını yaxşı anlaya bilmədiyim sözləri söylədi.
Həkimin mənasını anlaya bilmədiyim sözlərində təskinlik verən ahəng vardı və bu məni, eləcə də yanımda dayanıb mənə ürək-dirək verən, amma heç də məndən az həyəcanlanmadığı gözlərindən oxunan həyat yoldaşımı bir balaca sakitləşdirdi.
Gözlərimi açanda öyrəndim ki, bayğın olduğum saatlarda qohumlar əməlli-başlı həyəcan yaşayıblar. Xəstəxananın baş həkimi yoldaşımı otağına dəvət edib, bu isə bütün qohumların qorxusuna səbəb olub. Vəziyyətimin ağır olduğunu düşünüblər. Sonradan məlum olub ki, baş həkim oğlunu Bakıya oxumağa göndərmək istəyir, ona görə də yoldaşımdan məsləhət almaq niyyətinə düşüb.
Xəstəxanada əsl problem dil anlaşılmazlığından yarandı. Qaynanam yanımda qalmaq üçün Təbrizdən gəlmişdi, amma o da fars dilini bilmirdi. Xəstəxanada isə türk dilində danışanlar az idi, baxmayaraq ki, çoxunun əsli türkdür. Bir-birimizi anlamaqda çətinlik çəkirdik.
Tibb bacılarından biri mənim fars dilini bilməməyimi təəccüblə yox, əsəblə qarşılamışdı. Bunu üzə vurmaqdan da çəkinmədi. Sən demə, qadın mənim Bakıdan yox, Makudan gəldiyimi düşünürmüş. Yəni, “Bakı” sözünü, “Maku” kimi anlamışdı və Makuda mən yaşda bir gənc xanımın heç olmasa orta təhsilinin olmaması, fars dilində danışa bilməməsi ona qəribə gəlmişdi.
Sonralar Güney Azərbaycanın kəndlərini gəzdikcə təhsil səviyyəsinin aşağı olduğunu, kiçik kəndlərdə məktəblərin olmadığını, müəllimlərin güzəştlər müqabilində belə oralara getməkdən imtina etdiyini gördükcə, tehranlı tibb bacısının niyə əsəbiləşdiyini anlamaqda çətinlik çəkdim. Ola bilməzdi ki, mənim qısa müddətdə gördüklərimi o, bütün ömrü boyu görə bilməsin...
...Təbrizdəki evimizin qarajını “nehsət” adlandırılan “oxumaq-yazmaq kursu”na vermişdik. Qayınatam təhsil sevdalısı idi, ona görə də məhəllədə savadsız qadınlar üçün kurs açılması məsələsi gündəmə gələndə qarajı bu məqsədlə dövlətə təmənnasız verdi. Məhəllənin yaşlı qadınları həftədə 3 dəfə, gündə 2 saat həmin kursda gənc müəllimdən fars dilində oxumaq-yazmaq öyrənirdilər. Qaynanam da onların arasında idi. Vaxtilə sultan atası oğullarını oxutsa da, qızlarını bu imkandan məhrum etmişdi.
Yaşlılar arasında savadsızlığı ləğv etmək üçün dövlət bu vasitədən istifadə edirdi. Məhəllələrdə oxumaq-yazmaq kursları açılır, qadınlar da fars əlifbasını, dilini öyrənməklə yanaşı gündəlik söhbətlərlə də başlarını qatırdılar. (Daha heç kəs düşünmürdü ki, ömrü boyu ana dilində danışan 60 yaşlı qadın fars dilini necə öyrənəcək, üstəlik öyrəndiyindən harada yararlanacaq. Hər halda Təbrizdə yaşadığım 5 ilə yaxın müddətdə xüsusilə yaşlıların fars dilində danışdığının şahidi olmadım-E). 50-60 yaşlı, ömründə bircə dəfə də fars dilində oxumayan kəslərə bu dili öyrətmək heç də asan deyildi. Çoxu sənədlərə qol çəkmək üçün yazmağı öyrənmək istəyirdi, çünki hələ də imza yerinə mürəkkəbli barmaq basırdılar.
Müəllimə bir ara məni də kursa cəlb etmək istədi. Onun və dövlətin gözündə mənim o savadsız qadınlardan heç bir fərqim yox idi, fars dilində bircə cümlə belə yaza bilmirdim. Üstəlik, öyrənməyə də maraqlı görünmürdüm, yoxsa universitetdə əski əlifbanı öyrənmək üçün az vaxt sərf etməmişdim, müəyyən biliyim vardı və fars əlifbasının da hər halda yaşlı qadınlardan daha tez öyrənərdim. Amma nə hikmətdirsə, bircə dəfə də aşağı enib evimizin qarajındakı kursda, müəllim qarşısında oturmadım.
Əziyyətini isə sonra özüm çəkdim, əlimdə magistratura diplomu ola-ola hansısa sənədi başqasına oxutdurmaq qüruruma toxunurdu.
Bizim qadınların savadlanmaq həvəsi müəllimənin ərə getməsi ilə başa çatdı. Onun yerinə uzun müddət başqasını təyin edə bilmədilər, belə kurslarda əmək haqqı az verilirdi. Digər tərəfdən kursa qatılmaq könüllü olduğundan şagird qadınların sayı da günbəgün azalırdı.
Ev-eşikdə görüləsi o qədər iş varsa, qonaqlıqlar təşkil edilirsə, kursda uşaqlar kimi vaxt keçirməyi hansı qadın xoşlayar? Xüsusən də əgər yaşları 50-dən keçibsə.
Təbriz qadınları evlərinə çox bağlıdırlar, qonaq qarşılamaq, evi ədəb-ərkanla bəzəmək onların sevimli məşğuliyyətlərindəndir. Bu işləri görə-görə kursa qatılmaq sizə asan gəlməsin.
Vaxtilə onları oxutmayan valideynlərinin qarasına deyinsələr də çoxu istedadının məhv olmasında özünü də günahkar bilirdi. Amma keçənə güzəşt deyib taleləri ilə razılaşmışdılar, daha doğrusu, heç də narazı görünmürdülər. İslam inqilabından sonra daha geniş yayılan “nehsət” istənilən effekti vermədi.
İnsanlara müəyyən yaşdan sonra 6 yaşlı şagird kimi “əlif” yazmağı öyrətmək heç də sevimli və əyləncəli peşə sayılmırdı...
(Ardı olacaq)
Elnarə Əliosmanqızı

2830 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024