“ABŞ antiintellektuallar ölkəsidir”
13 avqust 2012
13:07
“Nyu York trilogiyası”, “Ay sarayı”, “Qaranlıqdakı adam” və s. kitabların müəllifi, məşhur Amerika yazıçısı Pol Oster “Velt” və “Zeit” qəzetlərinə verdiyi müsahibələrində son romanlarından biri “Sunset Park”dan, ABŞ-dakı siyasi vəziyyətdən, bu ilin payızında keçiriləcək prezident seçkilərindən danışıb. Müsahibənin maraqlı hissələrini təqdim edirik.
- “Sunset Park" əsəri köhnə bir evdə məskunlaşan müasir Amerika gənclərinin həyatından, onların rastlaşdığı müxtəlif çətinliklərdən bəhs edir. Romanda deyildiyi kimi, Sunset Park Bruklində yerləşir. Ədəbiyyata dəxli olmayan sual: bu ev doğrudan da mövcuddurmu?
– Maraqlı sualdır. Kitabı yazmamışdan qabaq həmin səmti çox dolaşdım. Təsadüfən dördüncü və beşinci Avenue arasında yerləşən 74-cü evdə bu mənzili tapdım. Düşündüm ki, əsərimin qəhrəmanlarının yaşaya biləcəyi əla evdir. Evin fotosunu çəkdim və onu romanda təsvir etdim.
- Niyə məhz Sunset Park?
- Sunset Park fəhlə rayonudur, getdikcə boşalır. Rəsmi orqanlar onun qayğısına qalmır.
- Onda demək olar ki, "Sunset Park" daşınmaz əmlak haqda romandır.
- Kitab hər şeydən əvvəl ev, yuva haqqındadır. Yuva anlayışının doğurduğu rezonans daha emosionaldır. Əgər deyirsinizsə, “evə getməliyəm”, bu o deməkdir ki, siz həyatınızın mərkəzinə geri dönürsünüz. Ev valideynlərinin keçmişi və sənin indindir. Əsər haqqında uzun müddətdir ki, düşünmüşəm. Roman bir təpiklə öz evlərindən atılan insanları anladır. Həmin insanlar sonra yenidən ayağa qalxıb həyata necə başlamaq haqda düşünürlər. 2008-ci ildə bütün ölkə evindən bayıra atılmışdı. Düşündüm ki, bu artıq tək adamla baş verən individual hadisə deyil. Bu, bütün millətlə baş verir. Və ilk dəfə idi ki, indiki zamanda baş verən hadisələrdən yazdım. Romanı 2008-də yazmağa başladım. Və yazdığım hadisələr bir neçə ay əvvəl baş vermişdi.
– Roman iki il əvvəl ingiliscə yayımlanıb. Alman dilinə isə ölkədə bank böhranı olan vaxtda tərcümə edilib. Sizin də romanda bu problem əksini tapıb.
- Romandakı insanların taleyi məni həqiqətən də narahat edir. Iqtisadiyyat zəifləyib, iş yerləri yoxdur. Daha pis odur ki, biz uşaqlarımıza pislik edirik. Təhsil o qədər bahalıdır ki, yalnız zənginlərin uşaqları təhsil haqqını ödəyə bilirlər. Tələbələr borc götürməyə məcburdurlar, onlar ali məktəbləri bitirəndə artıq çiyinlərində borc yükü daşıyırlar. Borc insanları qorxaq və cəsarətsiz edir. Onların imkanları məhdudlaşdırılır. Mən milyonlarla gənc insandan danışıram.
- Amma indi siyasi müşahidəçilər - sonuncu dəfə 70-ci illərdə daha dərin olan böhrandan danışırlar.
- Bizim həmişə ümumi inamımız var ki, uşaqlara valideynlərindən daha yaxşı olacaq. Uşaqlar isə daha buna inanmırlar. Gənclər çıxış yolu axtarır, amma onları daim süqut hissi, ümidsizlik müşayiət edir.
- Üstəlik valideynlərinin təqaüdü də azaldılır.
- Vaxt vardı, Amerika elə bir ölkə idi ki, kimsə təhsili olmadan, hətta məktəbi başa vurmadan iş tapa, ailəsini dolandıra bilirdi. Və həyat yoldaşı işləməyə məcbur deyildi. Bu dövr bitdi.
- Barak Obama hakimiyyətə gəlidiyi ilk illərdə orta sinfin, miqrantların, intellegentlərin ümidlərini doğruldacaq addımlar atdı. Amma indi çoxu ona görə məyusdur. Niyə belə oldu?
- Siz onu istedadsız, işini bacarmayan adam kimi təsvir edirsiz. Bu belə deyil. O çox şeyə nail olub. “General Motors“u, iki milyon iş yerini xilas edib. Respublikaçılar isə bir qəpik belə vermək istəmirdilər.
- Dedikləriniz 2010- cu ildə olmuşdu və demək olar ki, unudulub.
- Ona görə unudublar ki, sağların təbliğatı güclüdür. Obamanı dəstəkləyənlər və ona qarşı olanlar çoxdur. Əvvəllər seçilən prezident hörmətə arxalana bilərdi. Obama uddu və müxalifət ona tərəf bir addım da atmadı.
- Çünki o qaradərili idi?
- Təbii…
- Qaradərililər arasında onun dəstəyi var.
- Keçən dörd ildə böyük bir güc həyatını onun məhvinə sərf edib. Obama doğrudan da sadə, mülayim siyasətçidir. O, solçu deyil, sadəcə ortada dayanır. Mənə aydın idi ki, ondan radikal ideyalar gözləmək olmaz. Və bilirdim ki, o Buşdan daha yaxşıdır.
- Buş gedəndən sonra özündən sonra bəzi problemlər qoydu: Əfqanıstan, İraq problemi.
- Buş ölkəni məhv etdi. Onun siyasəti o qədər qorxunc idi ki, Obamanı ən pis böhranlarla üz-üzə qoydu. O istədiyi bir çox şeyi edə bilmədi, buna gücü çatmadı. Çünki bu həqiqətdir ki, Amerika hökuməti demokratik bazisə əsaslanmır. Senat demokratik institut deyil.
- Siz əsərinizdəki kimi qəzəblisiniz.
- Düşünmürəm ki, əsərim çox qəzəblidir. Bu eyni dövrdə yaşayan bir qrup insanın portretidir. Onlar psixoloji mövcudluq uğrunda mübarizə aparırlar.
- Bu gün siyasi diskursda intellektualların rolu nədir və hansı təsiri var?
– Təsir? Yox. Nə danışırsınız. Onlara heç kəs qulaq asmır. Bilməlisiniz ki, Amerikada yazıçılar….
– …onlar yalnız “New York Times”-da ədəbiyyatla bağlı səhifələri oxuyurlar.
- Medianı, intellektualların cəmiyyətin problemləri haqqında nə düşünməsi maraqlandırmır. Amerika antiintellektuallar ölkəsidir. Həmişə də belə olub. Buş varlı və üstünlükləri olan ailənin uşağı idi, normal bir insanın keçdiyi yolu keçməmişdi, xalqın içindən deyildi. Halbuki, Obama yoxsul dünyadan gəlmişdi, kasıblıqdan qurtulmuşdu, hüquqşünas professor və intellektuallara aid olduğu üçün ona şübhə ilə yanaşırlar. Amerikada intellektuallara hər zaman şübhə ilə baxıblar.
- Son həftələrdə Mitt Romneyin (Amerika siyasətçisi, 2012-ci il prezident seçkilərində Respublikaçıların namizədi-S.S) malikanəsində, sarışın xanımının da rol arxasında olduğu motorlu qayıqda fotosu yayımlandı. Romney inanır ki, bu şou ilə insanları heyrətləndirir?
- Romneyin nəyə inanması haqda mənim heç təsəvvürüm də yoxdur. O içi boş adamdır. Demokratlar üçün xoşbəxtlikdir ki, onların belə rəqibi var.
- Amerikada Romneyin zənginliyindən əsəbiləşən adamlar var?
- İfrat sağçılar idbardılar, vulqardılar. Onlar heç kəsə kömək etmək istəmirlər. Onlar istəyirlər ki, əzab çəkənlər daha çox əzab çəksinlər. Onları daha çox cəzalandırmaq istəyirlər. Onlar hamını silahlandırmaq istəyirlər, amma sosial quruluş, kitabxanalar, dövlət məktəbləri yaratmaq istəmirlər. Bu cür adamlarla necə söhbət etmək olar?
- Siz onladan qorxursuz?
– Hə, mən o insanlardan qorxuram. Onlar qorxuncdurlar. Çoxlu pulları var. Xahiş edirəm, yenidən kitabım haqda danışa bilərik? Siyasət məni sıxır.
– Əsərdə fərqli roman texnikasının yeniliklərini sınaqdan keçmisiniz.
- Bu ilk kitabdır ki, ona müxtəlif rakurslardan yanaşırlar. Romanda orijinal yanaşma etməmişəm, çünki uzun illərdən bəri romançılar bunu ediblər. Amma mənim üçün birinci dəfədir. Özümü tamamilə yeni və başqa cür hiss edirəm. Qəhrəmanların beyninə və daha dərinə girməyə, sonra hər dəfə onları həlledici məqamla üz-üzə qoymağa çalışmışam.
- Əsərinizdə yetkinlik yaşına çatan, özündə ümid daşıyan obraz var. Mühacir Piları nəzərdə tuturam.
- Bir dəqiqə, Pilar mühacir deyil, mühacir qızıdır. O, amerikalıların ikinci nəslinə aiddir. Pilar ağıllıdır, ağlı ilə daha uzaqlara gedəcək. Bu gün Amerikada ağıllı uşaqların çoxu mühacirlərindir. İstər asiyalı olsun, istər ispan, istərsə də başqa ölkədən. Onlar çox çalşqandılar.
- Yəni, bu, yeni Amerika arzusudur?
- Amerikanın yeni adamlara ehtiyacı var. Nyu-York məktəblərinə baxın. Ən əla məktəblərdə oxuyan şagirdlərin 50 faizi Asiyadandır. Respublikaçıların istinad etdiyi ağ amerikalılar artıq mövcud deyil. Və mənim kitabımdaki Pilar ümiddir.
- Bəs seçkilərdən hansı ümidləri gözləyirsiz?
- Kimin seçilməyindən asılı olmayaraq, amansız il olacaq.
Almancadan Sevda Sultanova çevirdi.

1501 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024