Sən yaxşı kürəkən ola bilərsən?
2 avqust 2012
11:06
Bərbər dükanında
Səhər saat hələ yeddi olmamış Makar Kuzmiç Bliostkovun bərbər dükanı açıq idi. Qəşəng geyimli, amma üst-başı çirk içində, hələ üzünü belə yumamış olan iyirmi yaşlarındakı dükan sahibi Makar təmizlik işi ilə məşğul idi. Əslində, haranı təmizlədiyi də müəyyən deyildi, ancaq buna baxmayaraq o xeyli tərləmişdi. Əlindəki bezlə yeri silir, oraya-buraya barmağını sürtür, divarda gördüyü kərtənkələyə çırtma vururdu.
Dükan kiçik, dar, çirkli, şüşələri soyuqdan buğ bağlamış, içəriyə işıq sızdırmayan iki pəncərə arasında yerləşən - əlinizi bir-birinə sürətlə vursanız parçalanacaqmış kimi duran, cırıltılı bir taxta qapı; qapının üstündə isə məzəli-məzəli zingildəyən, xırıltılı səsli, pasdan saralmış bir zınqırov gözə dəyirdi.
Divardan asılmış güzgüyə baxsanız, qorxarsınız. Güzgüdə sifətiniz dörd yerə bölünmüş, üzünüz tanınmaz halda görünərdi. Makar bu güzgünün qarşısında kişilərin saç- saqqalını təraş edirdi. Güzgünün qarşısında dükan sahibinin özü kimi çirkli, yağa bulaşmış bərbər alətləri – daraqlar, qayçılar, ülgüclər, bir neçə qəpiyə alınmış krem və pudralar, içinə bol su qatılmış bir şüşə odekolon vardı.
Bərbər dükanını əşyaları ilə birlikdə satası olsa, cəmi -cümlətanı 5 rubla da alan olmazdı.
Qapının üstündəki zəngin xırıltılı səsi eşidildi. Kürəyinə kürk və ayaqlarına keçə başmaqlar geyinmiş yaşlı bir adam içəri daxil oldu. Adamın başı, boğazı qadın şalı ilə sarılı idi.
Bu gələn Makar Kuzmiçin atası Erast İvanoviç Yaqodovdur. O, əvvəllər konservatoriyada gözətçi işləyirdi. İndi isə yaşadıqları “Krasnıy Prud” məhəlləsində cilalayıcı kimi çalışırdı.
Təmizlik işi ilə məşğul olan Makar Kuzmiçə:
– Salam, Makar! Kefin necədir, gözümün işığı? – deyə içəri girər-girməz hay-küy salır.
Öpüşüb-görüşürlər... Yaqodov şalı başından çəkib çıxarır və bir stulda əyləşir.
– Yol nə qədər uzun imiş! Zarafat deyil, ta “Krasnıy Prud”dan Kalupa qapısına qədər piyada gəlmişəm.
– Hə, necəsiniz? Yaxşısınızmı?
– Heç soruşma, yaxşı deyiləm. Ötən günlərdə ağır xəstəlikdən sovuşdum.
– Nə xəstəliyi?
– Bir aya yaxın qızdırma içində qıvrıldım. Öləcəyimi düşündüm, amma son anda kəfəni yırta bildim. İndi də saçlarım tökülür. Həkim saçlarımı kəsdirməyi söylədi. Guya yerinə daha gur çıxacaqdı. Mən də sənin yanına gəldim. “Başqasına getməkdənsə öz yaxınım kəssin saçlarımı, həm yaxşı təraş edər, həm də məndən pul götürməz” dedim... Düzünü demək lazımdırsa, yol xeyli uzun idi. Amma ziyanı yoxdu, mən də bir az gəzmiş oldum.
– Heç nə olmaz. Məmnuniyyətlə kəsərəm saçınızı. Buyurun, oturun!
Makar Kuzmiç hörmətlə əyilərək təraş masasının arxasındakı kreslonu göstərir. Yaqodov göstərilən yerdə əyləşərək güzgüdə özünə baxır.
Güzgüdəki görüntüsündən heç məmnun qalmadığı üz ifadəsindən aydın görünürdü. O, aynada qalın dodaqlı, pərən burunlu, gözləri alnına çatmış bir sifət görürdü. Makar Kuzmiç baptizm atasının çiyinlərinə sarı ləkəli, ağ bir parça örtdükdən sonra qayçını şaqqıldatmağa başladı.
– Saçlarınızı kökündən kəsəcəyəm. İstəyirsiniz?
– Tatarlara oxşat məni, çox yaraşıqlı görünüm. Nə də olmasa, sonda saçlarım daha gur çıxacaq.
– Xanımınız necədir?
– Necə olacaq, dığırlanıb gedirik də. Keçən gün komandirin arvadının doğumuna çağırmışdılar. 1 rubl verdilər.
– 1 rubl, hə? Qulağınızı tuta bilərsiz?
– Tutdum. Ehtiyatlı ol, qulağımı kəsmə. Of, incitdin! Niyə yolursan saçımı?
– Zərəri yoxdu. Bizim işimizdə bu cür halların baş verməsi normaldı. Anna Erastovna yaxşıdır?
– Qızım? Hə, kefi yerindədi. Bir dəqiqə yerində rahat durmur. Keçən çərşənbə günü Şeykinlə nişanlandı. Sən niyə gəlməmişdin?
Qayçı şıqqıltıları xırp deyə kəsildi. Makar Kuzmiçin əlləri yanına düşdü. Qorxmuş bir səslə:
– Kim? Kimi nişanladınız?- deyə soruşdu
– Bizim Annanı. Qızımı.
– Necə oldu bu? Kiminlə?
– Şeykinlə. Prokofi Petroviç Şeykinlə. Xalası Zlatoustenski küçəsində varlı bir ailənin vəkilliyini edir. Yaxşı qadındı. Şükürlər olsun, bu, hamımızı sevindirən yaxşı bir iş oldu. Bir həftə sonra da toy olacaq. Sən də gəl. Əylənərik...
Təəccübdən rəngi saralan Makar Kuzmiç çiyinlərini çəkdi.
– Bu, necə oldu, Erast İvanoviç? Bunu necə etdiniz? Ola bilməz! Anna Erastovna ilə mən... Mən ona qarşı yaxşı duyğular bəsləyirdim. Niyyətim onunla... Bu, necə oldu? Başa düşmürəm...
Makar Kuzmiçin alnında soyuq tər tumurcuqları əmələ gəldi. Qayçını masanın üstünə qoyduqdan sonra, yumruğu ilə burnunu ovuşdurmağa başladı.
– Mənim ona qarşı təmiz niyyətlərim vardı. Belə bir şey ola bilməz, Erast İvanoviç! Mən onu sevirdim. Ən saf duyğularımı ona verdim. Arvadınız da söz vermişdi mənə. Sizə qarşı həmişə öz atam kimi hörmət göstərdim. Hər zaman üzünüzü pulsuz təraş etdim. Məndən yaxşılıqdan başqa nə gördünüz? Atam öldüyü zaman evdəki divanla 11 rublumu aldınız, sonra da geri vermədiniz. Xatırlayırsınız?
– Xatırlayıram. Həmişə yadımdadı, amma, gözümün işığı, sən yaxşı kürəkən ola bilərsən? Söylə, yaxşı kürəkən olarsan? Nə pulun var, nə adın-sanın, nə də doğru-dürüst bir işin!
– Bəs Şeykin varlıdır?
– Mühəndisdir. Bu işə tam 1500 rubl verdi. Bəs etmir? Nə isə. Artıq olan oldu. Bu işin geri dönüşü yoxdu. Sən özünə başqa qız tap. Əlini qaldırsan, əllisi gələr sənə... Təraş etməyə davam elə, Makar.
Makar Kuzmiç ayaq üstə donub qalmışdı. Sonra cibindən dəsmalını çıxararaq ağlamağa başladı. Ernast İvanoviç ona təsəlli verməyə çalışırdı:
– Bəsdi! Heç belə şeyə görə ağlayarlar? Sus görək! Lap arvad kimi göz yaşı tökürsən, vallah! Əvvəlcə saçımı kəs, sonra nə istəyirsən elə. Al qayçını əlinə!
Makar Kuzmiç qayçını masadan götürür, ona bir dəqiqə baxdıqdan sonra yenə masaya qoyur. Əlləri titrəyir...
– Kəsə bilməyəcəm! İndi qalsın. Əlimin gücü itdi. Ah, mən nə bəxtsiz adamam! O da indi bədbəxtdi. Biz bir-birimizi sevirdik. Söz vermişdik ki, ayrılmayaq! Pis insanlar girdi aramıza! Dükanımdan çıxın, Ersat İvanoviç! Sizi gördükcə əsəbiləşirəm.
– Yaxşı. Onda mən sabah gələrəm, təraşı sabah tamamlayarsan.
– Yaxşı! Necə istəyirsiniz!
Erast İvanoviç saçlarının yarısı kökündən qırxılmış başı ilə qazamat məhkumlarına oxşayırdı. Belə bir baş ilə ortalıqda gəzmək heç xoş deyildi. Amma başqa nə edə bilərdi? Yenə şalı başına dolayıb bərbər dükanından çıxdı. Makar Kuzmiç tək qaldığı vaxt stula əyləşərək səssiz-səssiz ağlamağa davam etdi.
Ertəsi gün səhər tezdən Erast İvanoviç dükana gəldi. Makar Kuzmiç soyuq səs tonu ilə:
– Buyurun! Bir şey lazımdır? Nə istəyirsiniz? - deyə soruşdu.
– Saçımı qırx, Makar. Bax, saçım yarımçıq qalıb.
– Xahiş edirəm, pulu əvvəlcədən verəsiniz. Pulsuz təraş etmirəm!
Erast İvanoviç heç nə demədən dükandan çıxdı. O gündən sonra başının yarısında saçları uzun, digər yarısında isə qısa saçla ortalıqda gəzdi. O, pul ilə təraş olmağı bahalı bildiyindən başının yarısındakı qısa saçlarının uzanmasını gözləyirdi.
... Qızının toyunda da ortalıqda yarımçıq kəsilmiş saçı ilə iştirak etdi.
Tərcümə: Aydan Abbas

1969 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024