“Yeni ədəbi nəsil yetimdir”
8 avqust 2011
13:41
Azər Qaramanlı 1966-cı ildə Neftçalada dünyaya gəlib. Bakıya gəldiyi zaman ilk tanış olduğu adamlardan biri Mehdi Bəyazid olub. Elə bu tanışlığı da onu kitabların içinə, ədəbiyyatın ağuşuna atıb. Deyir i, əsgərliyə gedənə qədər, yəni 2 il Mehdi Bəyazidlə bir otaqda yaşamışam. “Ondan çox şey öyrənmişəm, ən əsası da dünya ədəbiyyatını”.
Mehdi Bəyazidin zəngin kitabxanası sayəsində daha incə məqamlardan xəbər tutduğunu bildirən müsahibimiz, son bir neçə ay ərzində Kulis.az-a yazdığı məqalələri ilə oxucuların diqqətini cəlb etməyi bacardı. Əlbəttə, uzun illər ictimai-siyasi məqalələrlə çıxış etməsi və birdən-birə belə ustalıqla ədəbiyyatdan yazması təəccüb doğura bilməzdi.
Beləliklə, müsahibimiz PİA.az saytının və “Milli Yol” qəzetinin baş redaktoru Azər Qaramanlıdır.
- Bakı həyatı necə başladı?
- 1983-cü ildə Bakıya gəlmişəm. Camal Ağayev adlı bir sinif yoldaşım vardı (Mirmehdinin əmisi) o məni Mehdi ilə tanış elədi. O, Mehdi Bəyazid ilə bir evdə qalırdı, sonra Mehdi məni də evə dəvət etdi.
- Hansı uiversitetdə oxumusunuz?
- Mən texniki sahəni bitirmişəm, ədəbiyyat sahəsində oxumamışam. Sadəcə, Mehdidən öyrənmişəm, uzun müddət onunla yaxşı dost olmuşam. Əslində, o, çox istedadlı, ciddi ədəbiyyat adamı ola bilərdi, sadəcə, kompleksləri vardı, onları indi danışmaq yersizdir. Bunları yazacam.
- Yazmırdı, deyəsən...
- Elə “kompleks” dediyim də budur, adam öz dahiliyinə çox inanmışdı. Ciddi tənbəlliyi də vardı. Bir dəfə, təzə tanış olduğumuz dövrdə o məni Folkner yaradıcılığı ilə tanış elədi: onda 18 yaşım vardı. Hələ indiyə kimi Azərbaycan dilində o qədər möhtəşəm cümlə oxumamışam, eşitməmişəm.
- Nə cümlə idi ki?
- O zaman Mehdi Bəyazid “Məbəd” adlı bir trilogiya üzərində işləyirdi, bildiyimə görə, birinci hissəsini yazmışdı, hətta ikinci hissəni də yarı etmişdi. Amma sonra yazmadı... (Kənan adlı bir oğlu vardı, bir də Nazim adlı dayısı oğlu - onları axtarıram. Tapsam, bəlkə də həmin yarımçıq əsəri də əldə edə bilərəm.) Həmin cümlə ən azı bir səhifə idi, Azərbaycan dilinin texniki imkanlarını, axıcılığını tam olaraq ortaya qoymuşdu. Bu, “Azərbaycan dilində böyük ədəbiyyat yaratmaq mümkün deyil” deyənlərə ən tutarlı cavab idi. O zaman mən gördüm ki, dilimizdə hər şey yaratmaq olar, sadəcə, Azərbaycan dilini bilmək lazımdır. Əslində, gözəl dillə yazmaq zəngin söz ehtiyatına malik olmaq deməkdir, kimdə bu varsa, deməli, yaxşı yazmaq imkanı da var.
- Bəs necə oldu ki, Mehdi ilə ayrıldınız?
- Əsgərliyə getdim, sonra da Rusiyaya. Uzun müddət orada yaşadım, beləcə, yollarımız ayrıldı...
- Oxumağa da ara verdiniz, yoxsa...
- Yox, oxumağa heç vaxt ara vermədim, daimi mütaliə etdim.
- Sizin yazıları oxuyanda adamda elə təəssürat yaranır ki, həddən artıq çox oxumusunuz. Eko haqqında da deyirdilər ki, kitabxanaçıdır. Sizdə də təxminən belədir, bunun səbəbi nədir?
- Səbəb sadədir: əvvəllər də, indi də həddən artıq çox ədəbiyyat, tarix, fəlsəfə oxuyuram. Sartrın “Öyümə”sində “özünüöyrədən” var, məncə, mən də özümü öyrədirəm.
- 80-cı illərdə “60-cılar” ədəbiyyatda söz sahibi oldular, Anar AYB sədri oldu və s. Həmin dövr necə görünürdü?
- O illərdə Anara qarşı çox böyük müxalifət vardı. Həmin müxalifətin başında hazırda “70-80-ci ilin yazıçıları” dediyimiz adamlar dururdu. Anara, Elçinə, Vaqif Səmədoğluna və başqalarına, xüsusilə Qazaxdan çıxanlara qarşı müxalifət vardı: Mehdi Bəyazid (ən radikalı o idi), Vaqif Bayatlı Önər, Ramiz Rövşən, Mövlud Süleymanlı və s. “60-cılar” 80-ci illərdə böyük basqı göstərdilər, çox işlər də gördülər. Amma bu düşmənçilik inkişafa da mane oldu.
Əslində, Azərbaycan ədəbiyyatı barədə danışanda, bir məqamı da mütləq qabartmaq lazımdır – bizim nəsrimiz Mirzə Cəlilə, Axundova qədər uzanır, ondan əvvəli yoxdur. Həm də sosialist realizmi deyilən ədəbiyyatı məhv edən bir üslub var – bizim ədəbiyyat hələ də bu üslubdan uzaqlaşa bilmir, hələ də o üslubun izləri görünür...
- Kimdə görünür, konkret deyə bilərsinizmi?
- Baxın, əsas məsələ cümlənin necə qurulmasında, uzun və qısalığında deyil. Əsas odur ki, yazıçı özünü necə ifadə edə bilir, fikrini necə və hansı yolla çatdırır. Azərbaycanda istənilən yazıçı cümlədə özünü ifadəni üslub olaraq sosial sifariş kimi təqdim edir. Bu, Mirzə İbrahimovda da, Süleyman Rəhimovda da belə idi, bu gün də belədir. Bu üslubu tamamilə atacaq məktəb hələ yoxdur. Bu, bizim ədəbi faciəmizdir.
Bundan əlavə, 70-80-cı illər nəsli var, 90-cı illərdə ədəbiyyat da, ədəbi nəsil də demək olar ki, yoxdur. Hətta Zəlimxan Yaqubun timsalında, məddahlıq, saray ədəbiyyatı yarandı. Sonra da “2000-cilər” gəldi, yəni sizin nəsil. Bu nəsil də nə 70-80-idi, nə də müasir. Əslində, buna “hibrid” demək daha doğru olar. Başqa sözlə, Qərb və Rusiya ədəbiyyatının ən son, ən modern versiyalarının calağı kimi özünüzü yetişdirdiniz. Daha çox modern ədəbiyyatın təqlidi yarandı. O təqliddə də nə baş verdi - ədəbiyyat əvəzinə havalı bir şey yarandı: ideyasız ədəbiyyat. Baxın 60-cı illərdə Fransada yeni roman nümayəndələri meydana gələndə ideyasızlığı təlqin etsələr də, ideyasız deyildilər. Həm də sizin gənclik qəribə olaraq solçuluğa meylləndi. Bu solçuluğun içində də yenə sosialist realizmi özünü göstərdi. Kobud ifadə etsək, sizin nəsil “yetimlər”dir: mənəvi atalarınız yoxdur. Bu nəslin formalaşmasında heç kimin xidməti yoxdur.
- Sizcə, kimləri Azərbaycan dilinə tərcümə etmək məsləhətdir?
- Vallah, o qədər çox yazıçı var ki... Mənim fikrimcə, sovet quruluşu dağılandan sonra ən pis münasibət kitaba oldu. Əvvəllər hər küçədə kitab satılardı. Bu, təbii idi, 80-ci illərdə ədəbiyyatda operativlik vardı, Amerikada, Avropada kiminsə əsəri çap olunurdusa, 15-20 gün sonra bizdə tərcümə olunub satışa çıxarılırdı. Müstəqillik qazandıqdan sonra bu ənənə yox oldu. Buna görə də Azərbaycan oxucusuna çatdırılmalı olan o qədər əsər var ki!.. Mən çox istərdin ki, Azərbaycan oxucusu Folknerin bütün əsərlərini oxuya bilsin, Markes dilimizə tam tərcümə olunsun. Bunun kimi yüzlərlə misal göstərmək olar. Həm də tərcümə zamanı həmin yazıçıların texnikası da dilimizə yenilik gətirəcək. Ümumilikdə tərcümə dilə zənginlik qatır. Bütün bunlar göstərir ki, oxumaq üçün çox səbəb var...
- Son illər roman bumu yaşanır, sizcə, bu zaman yaxşı romanlar pislərin içərisində it-bata düşmür ki?!
- Açığını desəm, son illər Azərbaycanda çap olunan əsərləri oxumağa vaxt tapmıram. Hətta bu günlərdə Pərvizə “Yad dildə”ni oxuyacağıma və yaxşı tənqid edəcəyimə dair söz versəm də, hələ də kitabı almamışam. Qaldı ki klassikaya, 19-cu əsrin sonlarına qədər romantik bir ədəbiyyat vardı. O realist ədəbiyyatın üzərində 20-ci əsrin böyük ədəbiyyatı yarandı. Bu ədəbiyyat doğrudan da möhtəşəm idi. Bu günün ədəbiyyatı 20-ci əsr ədəbiyyatının yanında çox cılızdır. Tədqiqat obyekti cılızlaşıb, havada, suda axtarış aparılır. 20-ci əsr ədəbiyyatı isə insanın şüurunun altındakı məni ifadə etməyə, onu ortaya qoymağa çalışırdı. Folkner olmasaydı, yəqin ki, indi Amerika cəmiyyəti tam fərqli olardı. O, Amerikan cəmiyyətinin bağırsaqlarını çıxardıb tökdü və dedi ki, bax bu sənsən! Bizdə Mirzə Cəlil bunu elədi, amma yumorla...
- Amma “Ölülər”də yumor yoxdur ki!..
- Nə dəxli var, sarkazmdır da! Folknerin elədiyini Dostoyevski rus cəmiyyətində elədi; barmağını uzatdı və dedi ki, bu sənsən, bax və nəticə çıxart. Eyni şeyi Azərbaycanda heç kim etməyib. Məncə, Azərbaycan ədəbiyyatı bu gün cəmiyyətimizin özünüdüşünən, çirkli tərəflərini ortaya qoymalıdır. Ədəbiyyatın məqsədi bu olmalıdır – insanın faciəsini ortalığa qoymalıdır. Dilin texnikası inkişaf etməlidir, üslublar dəyişməlidir. Hər kəs içindəki pisi tapıb onu yazmalıdır, göstərməlidir. Etiraf edə bilmədiyimiz, etmək istəmədiyimiz o qədər naqisliklərimiz var ki... Biz tam olaraq heç bir faciəmizi görə bilmirik, hər şeyə yarımçıq baxırıq. Bu mahiyyətimizi Üzeyir Hacıbəyov felyetonlarında gözəl ifadə edib. Yadınıza salın fil düzəltmək istəməmizi... Baxın bu keyfiyyətlərimizi darmadağın etməliyik.
Vüqar QURDQANLI

1342 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024