Kim atsa gülə daşı - SEÇMƏ BAYATILAR

Kim atsa gülə daşı - SEÇMƏ BAYATILAR
28 iyul 2011
# 16:08
Kulis.az yenidən bayatıları təqdim edir.
Bu dəfəki seçim əvvəlki təqdimatlardan fərqli seçimlə aparılıb.


Fələyi dindirəydim,
Bilməzdin bildirəydim,
Mənə yazı yazanda,
Qələmin sındıraydım.

**

Mən Aşiq, vətən sarı,
Ağ sarı, kətan sarı,
Bəxtəvər kağız, başın,
Gedirsən vətən sarı.

**

Aşiqəm yasəmənsiz,
Gül bitməz yasəmənsiz,
Ərşdə bir mələk olmüş,
Getməzlər yasə mənsiz.

**

Gülgəzin gül adaşı,
Mey daşı, gülə daşı,
Yaxar bülbül öyünü,
Kim atsa gülə daşı.

**

Aşiqə yaz, incə gül,
Görübdür yaz incə gül.
Bülbül qüz kitab oxur,
Bir əlif yazınca gül.

**

Aşiqin ya xası var,
Təşnəyəm, yaxa suvar,
Fələk, əlin dəyməmiş
Gör kimin yaxası var?

**

Saleh min de ya səmən
Süsən, sünbül, ya səmən,
Qoy ölən rəqib olsun,
Gündə gedim yasa mən.

**

Əzizim meşələrdə,
Mey qaldı şişələrdə,
Sən yatdın yuxun aldın,
Mən qaldım küçələrdə.

**

Namaz qıldım sünnətə,
Adam saldım minnətə,
Atanı yilan vursun,
Anan getsin cənnətə

**

Əzizim nar sallana,
Oxuyub dərs alana,
Yazıq canım qurban olsun,
Balkonda yer salana!

**

Əzizim, yoxla məni,
Ox götür, oxla məni,
Nə anam var, nə atam,
Hərdən gəl yoxla məni.

**

Göydən uçan quşa bax,
Qanadı sınmışa bax,
Xalqa yaz açılanda,
Bizə gələn qışa bax.

Hazırladı: Vüqar QURDQANLI
# 2032 dəfə oxunub

Oxşar xəbərlər

Unudulmamağın haqqını vermək - Nadir Yalçın

Unudulmamağın haqqını vermək - Nadir Yalçın

17:00 15 may 2026
"Şərif Ağayarın ən böyük günahı oxucunun intellektinə güvənməməsidir..." - Orxan İsmayılov

"Şərif Ağayarın ən böyük günahı oxucunun intellektinə güvənməməsidir..." - Orxan İsmayılov

13:00 14 may 2026
Seymur Baycan haqlı idi? - "Qəvvas"ın görünməyən tərəfləri

Seymur Baycan haqlı idi? - "Qəvvas"ın görünməyən tərəfləri

10:00 14 may 2026
İngilis ədəbiyyatının "melanxolik kraliçası" - Dafna dü Morye kimdir?

İngilis ədəbiyyatının "melanxolik kraliçası" - Dafna dü Morye kimdir?

14:10 13 may 2026
Onun əl işlərini Beyons, Ledi Qaqa kimi məşhurlar istifadə edir - Milanda yaşayan azərbaycanlı dizaynerlə müsahibə

Onun əl işlərini Beyons, Ledi Qaqa kimi məşhurlar istifadə edir - Milanda yaşayan azərbaycanlı dizaynerlə müsahibə

15:54 12 may 2026
"Keçmişin “mirzəsi” indinin “yazarı”dır" - Ədəbiyyatımızdan "yazıçı" sözünü kimlər niyə sildilər?

"Keçmişin “mirzəsi” indinin “yazarı”dır" - Ədəbiyyatımızdan "yazıçı" sözünü kimlər niyə sildilər?

12:00 12 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər