“Raşomon” - HEKAYƏ
17 iyul 2011
06:00
Qeyd: “Raşomon” Yaponiyanın qədim paytaxtı Kyoto şəhərində ən böyük darvazadır. 789-cu ildə bu darvaza inşa olunduqdan sonra Yaponiyanın paytaxtı Kyotoya köçürüldü. Qərbi Kyotonun süquta uğraması ilə bu darvaza öz əvvəlki əzəmətini itirdi və Raşomon getdikcə dağılaraq oğruların, quldurların sığınacağına çevrildi.
Bu hadisə soyuq bir axşamda baş verdi. Bir samuray nökəri Raşomon darvazasının altında dayanıb yağışın kəsməyini gözləyirdi.
Enli darvazanın altında ondan başqa kimsə yox idi. Qırmızı boyası ordan-burdan tökülmüş dirəyin başına bir sisək dırmaşmışdı. Raşomon Sucaku küçəsində yerləşdiyindən burada başlarında içimeqasa* və momieboşi* olan başqa adamlar da dayanıb çiskinli yağışın kəsməyini gözləyərdilər. Lakin yaxınlıqda həmin adamdan başqa heç kim yox idi.
Son bir neçə il ərzində Kyotonu bir-birinin ardınca fəlakətlər bürüdü – gah zəlzələ, gah tufan, gah yanğınlar şəhəri viran qoydu. Qədim salnamələrdə deyildiyi kimi, vəziyyət o yerə çatmışdı ki, qızıl və gümüş layları olan boyalı budda şəkillərini və heykəllərini odun əvəzinə yolların qırağında satırdılar. Kyotoda dövlətin başı digər işlərə qarışdığından Raşomonu təmir etdirmək kimsəni maraqlandırmırdı. Vəziyyətdən istifadə edən tülkülər və digər vəhşi heyvanlar qapının uçuq hissələrində özlərinə yuva düzəldirdilər, həmçinin oğrular və quldurlar da burada yaşayırdılar. Nəhayət, naməlum insan cəsədlərini buraya necə gəldi atıb gedirdilər. Gün batanda isə qarabasmalar şəklində nələrsə baş verirdi və heç kəs oraya yaxınlaşmağa cürət etmirdi.
Haradansa naməlum yerdən qarğa dəstələri axışırdı. Gündüzlər qarıldaşan quşlar darvaza dirəyinin ətrafında dövrə vururdular. Onlar günəşin batışı və səmanın qızartısında qapıların üzərindən o tərəf-bu tərəfə səpilmiş çoxlu küncüt toxumlarını xatırladırdılar. Lakin həmin gecə bir dənə də olsun qarğa gözə dəymirdi, ola bilsin, qaranlıq olduğuna görə. Ordan-burdan ovulub tökülmüş daş pillələrin yarıqlarından göyərib qalxan otların üzərinə ağ qarğa zılları səpələnmişdi. Mavi kimono geyinmiş nökər ən hündür - yeddinci pillədə oturub dalğın-dalğın yağışı seyr edirdi. Fikri sağ yanağındakı iri sızanaqda qalmışdı.
Deyildiyi kimi, nökər yağışın dayanmağını gözləyirdi, lakin yağış kəsəndən sonra nə edəcəyini də bilmirdi. Adəti üzrə, o, ağasının evinə qayıtmalı olsa da, bir qədər əvvəl işindən azad edilmişdi. Kyotonun rifahı günbəgün ağırlaşırdı və bunun nəticəsi olaraq uzun illər ağasına xidmət etmiş nökər indi onun yadına düşmürdü. Əslində, nökər yağışın kəsməyini gözləmirdi, sadəcə, hara getmək lazım olduğunu bilmirdi. Əhvalının pis olmasında yağışın da rolu az deyildi. Yağış dayanana oxşamırdı. Öz zalım taleyinə acıyaraq rabitəsiz fikirlər içində itib-batan nökər, heç olmasa, sabahkı günü necə yola verəcəyi barədə düşünür və Sucaku küçəsindəki yağışın səsinə qulaq asırdı. Raşomonu bürüyən sağanaq yağış uzaqdan eşidilən şırıltı səsiylə yerə tökülürdü. Səmaya baxanda adama elə gəlirdi ki, qara iri buludlar, sanki, darvaza örtüyünün kirəmit çıxıntılarına dirəniblər.
Onun seçim imkanı az olduğuna görə ədaləti axtarmağın mənası yox idi. Əsl həqiqətə qalsa, o, şübhəsiz, ya divar dibində, ya da Sucaku küçəsində bir yerdə acından öləcəkdi. Sonra da onu yiyəsiz bir it leşi kimi gətirib bu darvazanın üstünə atacaqdılar. Düşünməyə gəlincə... Bir qədər götür-qoydan etdikdən sonra, dolayı yolla bu nəticəyə gəldi ki, oğru olmaqdan başqa çarəsi yoxdur. Ancaq şübhələr yenə də imkan vermədi. Yenidən qərara gəldi ki, başqa cür alınmır, digər tərəfdən də, özündə yetərincə cəsarət tapa bilmirdi ayırd etsin ki, niyə məhz oğru olmalıdır.
Bərkdən asqırandan sonra yavaş-yavaş ayağa qalxdı. Kyotonun axşam soyuğu onu elə üşütdü ki, soba hənirtisi arzuladı. Külək gecə qaranlığında darvaza dirəklərinin arasında vıyıldayırdı. Qırmızı boyalı dirəyin üstünə qonmuş sisək də uçub yox olmuşdu.
Boynunu uzadıb darvazanın ətrafına boylandı və sonra nazik alt paltarının üstündən geyindiyi mavi kimononun çiyinlərini düzəltdi. Fikirləşdi ki, küləkdən və yağışdan sığınamağa gizli bir künc tapsa, gecəni burada keçirəcək. Nəhayət, o, darvazanın üzərindən qülləyə doğru uzanan qırmızı boyalı, enli pilləkən yeri tapdı. Yuxarıda olsa-olsa insan cəsədi olardı, başqa kimsə yox idi. Böyrünə qoyduğu qılıncın qınından sürüşüb çıxmayacağına əmin olduqdan sonra, ayağındakı zorisini* çıxarıb pilləkənin ətəyinə qoydu.
Bir neçə dəqiqə keçmiş o, pilləkənin yuxarısında hərəkət edən bir şey gördü. Nəfəsini saxlayaraq pilləkənin enli yerində - ortada dayanıb pişik kimi büzüşdü və qülləyə doğru baxmağa başladı. Qüllənin yuxarı hissəsindən düşən işıq onun sağ yanağını azca işıqlandırdı. Bu, onun qırxılmamış, saqqallı, qırmızı, irinli sızanaq olan yanağı idi. Əvvəl elə sanırdı ki, qüllədə insan cəsədindən başqa heç nə olmaz, ancaq yuxarıya bir neçə pillə çıxanda gördü ki, kimsə ocaq qalayıb və o tərəf-bu tərəfə gəzişir. Sonra o gördü ki, zəif, sarımtıl işıq hörümçək toru asılmış tavanda titrəyə-titrəyə gəzişirdi. Raşomonda, özü də belə bir çovğunda görəsən, kim düzəltmişdi bu işığı – fikri bərk qorxutdu onu.
Nökər kərtənkələ kimi sakitcə sürünə-sürünə pilləkənin ən hündür pilləsinə qalxdı. Bütün varlığıyla aşağıya doğru sinərək mümkün qədər boğazını uzatdı və oğrun-oğrun qüllənin içinə tərəf boylandı.
Gəzən söz-söhbətlərə uyğun olaraq, o, həmin mərtəbədə hara gəldi atılmış bir neçə meyitə rast gəldi. İşıq çox zəif olduğundan meyitlərin sayını bilmək mümkün deyildi, yalnız onlardan bəzisinin çılpaq, digərlərinin isə paltarlı olduğunu gördü. Bəziləri qadın cəsədi idi və hamısı ağzıaçıq, qolları aralı gil kuklalar kimi yerdə sərələnib qalmışdı, adama elə gəlirdi ki, onlar heç vaxt sağ olmayıblar. Tutqun işıqda bədənlərinin bəzi hissələri – sinələri, çiyinləri görsənirdi, qalan hissələri kölgədə görünmürdü; lal-dinməz adamlartək əbədi sükuta qərq olmuşdular. O, çürümüş cəsədlərin üfunətli qoxusundan burnunu tutdu. Bir az keçmiş aşağı əyilmiş başqa bir cəsədin qorxunc görüntüsündən gözləri bərələ qaldı və əli yanına düşdü. Bu, deyəsən, arıq, çalsaç, görünüşcə rahibəni xatırladan yaşlı qadın idi. Qadının sağ əlində şam ağacından düzəldilmiş məşəl vardır və gözlərini uzun-qara saçlı meyitin üzünə dikmişdi.
Maraq bir tərəfə, qorxu nökərin canını elə bürümüşdü ki, bir müddət nəfəs almağı belə unutdu. Onun bədəninin və başının tükləri biz-biz oldu. Qadın əlindəki şam məşəli döşəmə taxtanın arasına soxaraq gözlərini üzünə dikdiyi qadın meyitinin başını iki əlli tutdu və meymun öz balasının başını bitləyəntək onun uzun saçlarını qopartmağa başladı. Tüklər elə ilk həmlədəcə asanlıqla qopub çıxırdı.
Qadın tükləri çıxartdıqca nökərin ürəyindəki qorxu hissi silinib gedir və ona qarşı nifrət artırdı. Gördüyü iyrənclikdən nifrət hissini get-gedə artırıb antipatiyaya çevrilirdi. Bu dəqiqədə kimsə ondan nökərin özü-özünə verdiyi - “aclıqdan ölməkmi yaxşıdır, yoxsa oğruya çevrilmək” sualını soruşsaydı, o, heç tərəddüd etmədən acından ölməyi üstün tutardı. Onun bu iyrəncliyə qarşı nifrəti döşəməyə dürtülmüş şamdan düzəldilmiş məşəlin alovu kimi daha da gücləndi.
O bu qadının meyitin başındakı tükləri niyə qopartmasını anlaya bilmirdi. Eləcə də qadının düşdüyü bu vəziyyətin nə dərəcədə pis və ya yaxşı olmasını dəyərləndirə bilmirdi. Lakin onun gözlərində belə bir çovğunlu gecədə, Raşomonda meyitin saçlarını yolmaq bağışlanılmaz cinayət idi. O, bayaqkı oğru olub-olmamaq haqqındakı düşüncəsini də tamamilə unutmuşdu.
Nökər bütün var-gücünü toplayaraq pilləkəndən ayağa qalxıb qılıncın qəbzəsindən yapışdı və iri addımlarla qarşısındakı qoca məxluqa doğru irəliləməyə başladı. Küpəgirən qarı onu görəndə qorxu dolu baxışlarla döşəmənin üstündən sıçrayıb ayağa qalxdı və titrəməyə başladı. Bir balaca ara verərək qamətini düzəltdi, sonra bərk qışqıraraq pilləkənlərə tərəf cumdu.
- Yaramaz! Hara qaçırsan? – nökər qışqırdı və əsə-əsə qaçmağa çalışan qarının yolunu kəsdi. Qarı bu səfər nökəri cırmaqlayıb qaçmağa çalışdı. Nökər isə qarını itələyərək ona mane oldu və vuruşa-vuruşa meyitlərin arasında - yerə yıxılıb orada süpürləşməyə başladılar. Sonunun nə ilə bitəcəyi aydın idi və beləliklə, nökər qarının qolunu buraxaraq onu döşəməyə sıxdı. Cansız-çəlimsiz qarının qolları cücə budu kimi bir dəri, bir sümük idi. Qarını yıxan kimi nökər qılıncı sıyırıb gümüşü-ağ tiyəsini onun burnunun ucuna dirədi. Qarı əvvəl sakit dayandı, həyəcandan gözləri elə bərəldi ki, az qala, hədəqəsindən çıxacaqdı və xırıltıyla nəfəs almağa başladı. İndi qarının həyatı nökərin əlində idi, bu duyğu bir qədər nökəri qürrələndirdi və məmnunluq hissi verdi. O, qarıya baxdı və bir qədər də sakit səslə soruşdu:
- Mənə bax, mən şəhər mühafizəsi komissarı-zad deyiləm. Mən bu darvazaların yanından keçən bir yolçuyam. Mən nə sənin əl-qolunu bağlamaq istəyirəm, nə də başqa bir şey etmək, sadəcə, mənə de görüm, burada nə edirdin?
Qarı qızarmış gözlərini daha da bərəldib qurbanlıq quş kimi nökərin üzünə baxmağa başladı. Burnunu qırışdırıb büzüşmüş dodaqlarını tərpətdi, elə bil, ağzında nəsə çeynəyirdi. Nazik boğazında iti hülqumu tərənirdi. Sonra qarının boğazından qarğa qarıltısına bənzər qırıq-qırıq səslər çıxdı:
- Mən tüklərini qopardırdım... saçlarını yolurdum... parik düzəltmək üçün.
Qarının adi cavabı nökəri lap məyus etdi, o, nəsə başqa şey gözləyirdi. Qəfildən qarı onun ayaqlarının altında yenidən titrəməyə başladı. Budur, bir parça çörək pulu üçün meyitin saçını yolub parik düzəldən qarı - ortada başqa heç nə yoxdur. Qorxu hissi nökəri tərk etdi və o, yenidən qəzəbli görkəminə qayıtdı. Bu hərəkət, bəlkə də başqalarına gülməli görsənərdi. Qarı hələ də əlində meyitin başından yolduğu tükləri saxlayaraq donquldanmağa başladı:
- Bəlkə də mənim bu əməlimə çox pis baxırsan, amma onu bil ki, burada uzanan ölülər elə buna layiqdirlər. Bax bu qəşəng, qara saçlarını yolduğum qadın özü ilanları dörd sun* uzunluğunda hissələrə ayırıb qurudur, sonra da mühafizə kazarmalarında qurudulmuş balıq əvəzinə satırdı. İndi vəbadan ölməsəydi, yenə də o cür davam edəcəkdi. Keşikçilər
ondan bazarlıq etməkdən zövq alırdılar, özü də həmişə onu tərifləyirdilər. Mən demirəm ki, o, səhv edirdi, sadəcə, buna məcbur idi, əks halda, acından ölərdi. Başqa əlacı yox idi. Əgər indi görsəydi, mən çörək pulu üçün onun saçlarını yoluram, inanıram ki, bir kəlmə də deməzdi.
Nökər qılıncını qınına qoyub, sol əli ilə qəbzəsindən yapışaraq fikirli-fikirli qadına qulaq asırdı. Sağ əli isə yanağındakı iri sızanağı qurdalayırdı. Bu an onun qəlbində qəribə bir cəsarət yaranmışdı – bir az əvvəl, qapının altında, pilləkənin ətəyində oturanda çatışmayan o cəsarət... Qəribə güc bir az əvvəl qüllədə qarını yaxaladığı həmin cəsarətə qarşı yönəlmişdi. O, artıq acından ölməkdənsə, oğru olmağın üstünlüyü barədə zərrə qədər şübhə etmirdi və indi ağlına gələcək son bir şey vardı: o da acından ölmək...
- Dediklərindən əminsən? – qarı sözünü bitirən kimi nökər qəzəbli səslə soruşdu. Sağ əlini yanağındakı sızanaqdan çəkərək aşağı əyildi və qarının boğazından yapışıb qışqırmağa başladı:
- Bəs mən səni qarət etsəm, onda necə? Mən də acından ölmək istəmirəm axı.
Nökər qarının paltarını dartıb cırdı və onu itələyib meyitlərin üstünə yıxdı, qarı da nökərin ayaqlarından yapışıb onunla çarpışmaq istədi. Nökər beş addım sonra pilləkənin ən hündür yerinə çıxdı. Dartıb qarının əynindən çıxartdığı sarı rəngli kimononu qoltuğuna vurub bir andaca pilləkənin aşağı pilləsinə tullandı və sanki, zülmətli gecənin dibinə batdı.
Qısası, bu hadisədən sonra qarı özünü meyitlərin arasından bir təhər qaldırdı. Donquldana-donquldana, zarıya-zarıya pilləkanın başındakı şamdan düzəldilmiş məşələ doğru iməkləməyə başladı, üzünə tökülmüş çal saçlarını aralayıb pilləkənin ətəyinə doğru diqqətlə baxdı.
Zülmət qaranlıq idi... heç nə və heç kim görsənmirdi.
Aprel, 1915-ci il
Yapon dilindən çevirdi: Günel Əhmədova

1432 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024