Lebris de Keruak “İsa ilə Budda arasında fərq yoxdur” - MÜSAHİBƏ
7 iyul 2011
12:22
Jen-Luis Lebris de Keruak (1922 - 1969) kanadalı-amerikalı yazıçı və şairdir. Yaxın dostları Allen Ginzberq və Uilyam Syuard Berrouzla birlikdə “Bit nəsli”ni qurub və “Yolda” (“On The Road”) adlı romanıyla bu axının simvoluna çevrilib.
“Bit nəsli” ilk dəfə Nyu-Yorkda bir araya gələn və daha sonra Qərb sahili qardaşlığına qoşulan bir qrup Amerikan şairləri və yazıçılarından meydana gəlib. Bu hərəkat 1950-60-cı illərdə diqqətə çarpan dərəcədə güclənib. “Bit nəsli” təbii, ehtiraslı dialoq, açıq-saçıq cinsəllik və narkotika ilə maraqlanmış, yazdıqlarında bu məqamlar əks olunub və sonralar yerli ədəbi jurnallara sızmağa başlayıb.
“Paris Review” 1968-ci ildə Jen Keruakın qapısını döydü. Xanımının tək şərti içki içməmələri idi. Razılaşdılar və qapı açıldı.
Keruakgilin evində telefon yox idi. Bu səbəbdən Ted Berriqan bir neçə ay əvvəl Keruak ilə əlaqəyə keçib müsahibə verməsi üçün onu razı saldı. Vədələşdikləri vaxtda Keruakgilin evinə getdi. İki iş yoldaşı Aram Saroyan və Dunkan Mak Nauqhton da onunla getmişdilər. Keruak qapını açan kimi Berriqan dərhal özünü təqdim edərək, məqsədini xatırlatdı. Keruak onları içəri dəvət etdi, lakin onlar içəri girməmiş son dərəcə ciddi bir qadın – həyat yoldaşı Stella şairin qolundan tutub dayandırdı və qrupa dərhal evi tərk etmələrini söylədi.
Uzun təkiddən sonra xanım Keruak onları 20 dəqiqəliyinə içəri buraxmağı qəbul etdi, lakin içki içilməyəcəkdi.
“İçəri girəndən sonra çox ciddi məqsəd üçün gəldiyimiz aydın oldu. Xanım Keruak bizə daha nəzakətli davranmağa başladı və biz də müsahibəni reallaşdıra bildik.
Adamlar hələ də Keruakların evinə gəlib “Yolda”ın müəllifini görmək istəyir, günlərlə evdə qalır, bütün içkiləri içib Jenı işləməyə qoymurdular. Axşam düşdükcə içəridəki mühit gözlə görülə bilən şəkildə dəyişdi və xanım Keruak, yəni Stella əslində son dərəcə nəzakətli və sevimli bir ev xanımı olduğunu göstərdi. Jen Keruakın əfsunlu səsi vardı”. – Ted Berriqan, 1968.
- Bu ştativi qeyd cihazını üstünə qoymaq üçün buraya qoya bilərikmi?
- Əlin-ayağın bir-birinə qarışdı, Berriqan!
- Mən kağız adamı deyiləm ki, Jen, sənin kimi boşboğazam. Tamam, hazırıq.
- Tamammı? (fit çalır) Tamammı?!
- Bəli, başlamaq istəyirəm. Çox maraqlıdır ki, mən hamı kimi ilk dəfə sənin “Yolda” kitabını yox, “Kənd və şəhər”ini (“The Town and the City”) oxumuşam.
- Ay da!
- “Yolda” kitabındakı “necə gəldi üslub”undan istifadə etməyə səni nə vadar etdi?
- “Yolda”da istifadə etdiyim “necə gəldi üslub” fikirini köhnə dostum Neal Kassadinin mənə yazdığı məktublardan “kəşf etdim”; hamısı birinci şəxsin təkində yazılmışdı, sürətli, dəli, etiraflarla dolu, son dərəcə ciddi, çoxdetallı idi, təbii ki, onda adlar gerçək idi (məktub olduğu üçün). Yazdıqlarını oxuyanda axtardığım işığı hiss etdim. Buna görə də “Yolda”nın ideyasını ondan oğurladığımı söyləyirlər, bu, çox alçaqca söylənən bir yalandır. Mənə göndərdiyi bütün məktublar onunla tanışlığımıza qədərki gənclik günləri haqqında idi, atasıyla münasibətləri və həddi-büluğ çağı kimi şeylər.
- Səncə, bu “üslub” “Yolda” çap olunandan sonra necə dəyişdi?
- Konyak və viski içə-içə yazdığım ilk kitap “Satori Parisdə” (“Satori in Paris”) olub. Yuxuyla oyanıqlıq arasındakı bir adamın yataqda karandaşla cızma-qara etməsi üslubundakı “Yuxular kitabı”nı da unutmayaq. Bəli, karandaşla... Nə gözəl iş idi amma o! Yuxusu tökülən gözlər, yuxunun ağırlaşdırıb “söndürdüyü” bir zehin, yazarkən belə nə mənanı verdiyini bilmədiyin qəribə detallar. Ancaq oyanıb bir qəhvə içəndən və yazdıqlarına baxandan sonra “yuxu dili”ndəki yuxuların məntiqini dəqiq görə biləcəyin bir əsər idi, anlayırsanmı?... Və ən sonuncusu – artıq bir az yaşlanıb orta yaşlara çatanda yavaşlayıb “Duluozun qüruru”nu daha sakit bir üslubla yazdım. Qoy köhnə oxucularım baxıb görsünlər ki, ötən on il həyatımda və düşüncə tərzimdə nələri dəyişdirib.
- Niyə heç İsa haqqında yazmadın? Budda haqqında çox yazdın. İsa böyük adam deyilmi?
- İsa haqqında yazmadımmı? Belə deyə bilərik, siz evimə gələn havalanmış və saxta insanlarsınız. Mən… Mənim yazdığım hər şey İsa haqqındadır! Mən “Cizvit Ordusu”nun generalı Everhard Merkurianam.
-Yaxşı, onda de görək, İsa ilə Budda arasındakı fərq nədir?
- Bu çox yaxşı sualdır. Aralarında heç bir fərq yoxdur.
- Ritualların və batil inancların varmı? Yəni işləyərkən uğur gətirəcəyinə inanıb etdiyin şeyləri nəzərdə tuturam?
- Əvvəllər yazmağa başlayarkən bir şam yandırar, qurtaranda da söndürərdim. Həm də başlamazdan əvvəl diz çöküb dua edərdim. Lakin indi yazmaqdan nifrət edirəm. Batil inanclarıma gəldikdə... Bədrlənmiş aydan şübhələnməyə başlamışam. Mənim kimi “balığın” uğurlu rəqəminin 7 olduğu deyirlər, amma mən 9-a “ilişmişəm”. Məsələn, doqquz dəfə yerə dəyməyə çalışıram; hamamda təpəsi üstə dayanıb ayaq barmaqlarımla tarazlıqmı saxlayaraq yerə toxunmağa çalışıram. Bu, yoqanın da fövqündədir; bundan sonra mənə “müvazinətsiz” desinlər, görüm necə deyirlər. Açığı, bəzən ağılımın qaçdığını hiss edərəm. Sizin deyiminizlə ifadə etsəm, başqa bir “ritualım”da ağlımın, enerjimin qoruması və ailəmə baxa bilməyim üçün İsaya dua etməkdir, yəni iflic anama, arvadıma və hər zaman evimdə olan pişik balalarına baxa bilim. Oldumu?
- Digər yazıçılarla münasibətin necədir? Onlarla görüşürsənmi?
- Holmeslə görüşürük, görüşlərimiz ilbəil azalır - tənbəlləşirəm. Pərəstişkarlarımdan gələn məktublara cavab verə bilmirəm, çünki diktə edəcəyim, məktublarımı yazdıracaq, çap edəcək, zərfə qoyacaq bir köməkçim yoxdur. Açığı verəcəyim cavab da yoxdur. Həyatımın qalan hissəsini gülümsəyib görüşərək, məclisə namizədliyini verən bir siyasətçi kimi şablon sözlər deyərək keçirməyə niyyətim yoxdur. Mən yazıçıyam, beynimi təmiz saxlamalıyam, Qreta Qarbo kimi onu rahat buraxmalıyam. Yenə də çölə çıxanda, ya da gözlənilməz bir qonaq gələndə meymunlar kimi əylənərik.
- Yazmaq üçün ən yaxşı zaman və yer haqda danış, zəhmət olmasa…
- Otaqdakı stola, çarpayımın yanına gur bir işıq düşməlidir, çünki gecə yarısından səhərə qədər yazıram. Yorulanda “vururam”. Amma adətən evdə… Evdə deyilsəm də otel otağını, ya da motel otağını evə çevirirəm (“Bu da sizə rahatlıq” deyərək mizrabını götürüb çalmağa başlayır).
Heç də pis çalmıram!
- Narkotiklərin təsiri altında olanda yazarsanmı?
- “Mexiko City Blues”dakı 230 nömrəli şeiri morfinin təsiri altında yazmışam. Bu şeirdəki hər bir sətir bir saatda, hər saat damara yeridilən yüksək dozada morfinin təsirindən sonra yazılıb.
- “Beat nəsli”ni birləşdirən şey nə idi?
- “Bit” nəslin adıdır, “Yolda”da Moriarti kimi avtomobillə ölkəni gəzib qəribə işlər, qadın və keyf dalıycan qaçan adamları ümumiləşdirmək üçün istifadə etdiyim bir ifadə idi. Qərbın solçu qrupları bu termini götürüb ona “Bit üsyanı” və “Bit dirçəlməsi” kimi axmaq mənalar verdilər. Öz siyasi və ictimai məqsədlərinə xidmət edəcək bir gənclik hərəkatı qurmağa çalışırdılar. Mənim bununla heç bir əlaqəm yoxdur. Mən futbolçu, təqaüdlü universitet şagirdi, dəniz taciri, nəqliyyat işçisi, ssenarist və katib idim. Moriarti-Kassadi isə koloradolu bir kovboy idi. Nə qədər ziddiyyətlidir, sizcə?
- Özünü orta yaşlı hiss edirsənmi?
- Xeyr. Kasetin sonuna gəlirik. Bir şey əlavə etmək istəyirəm. Mənə “Keruak” nə deməkdir deyə sual verin.
- Jen, “Kerouac” nə mənanı verir?
- “Kairn” ilə başlayaq. K (və ya C ilə)-A-I-RİN. İrlandiyada mənası “daş yığını”dır. “Cornwall” əslində “cairn-wall” sözündəndir. “Kern” də (K-E-RİN), “cairn” də eyni şeydir. “Ouac” “dili” mənasını verir. Yəni “Kernouac”da “Cornwall dili” deməkdir. “Kerr” isə “su” mənasını verir. “Ouack” isə “su dili”. “Cairn” də “daş yığını” demək idi. Daş yığınlarının dili olmaz. Buna görə də “Keruak”: ker (su) və ouac (dili)demək. Bu köhnə İrlandiya adı olan “Kerwick”lə də əlaqəlidir; yəni korlanmaq, pozulmaq kimi sözlərlə…

965 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024