Stalinin yeganə məğlubiyyəti

Stalinin yeganə məğlubiyyəti
14 oktyabr 2014
# 12:26

Sta­li­nin fut­bol azar­ke­şi ol­maması mə­lum idi. Hətta sevimli oğlu Vasilinin HHQ klubuna rəhbərliyi də futbolu “dünya proletarlarının başçısı”na sevdirə bilmədi. “Dinamo”nun məğlubiyyətindən sonra L. Beriyanın bir neçə gün hirsli gəzişməsi isə “el atası”nın çöhrəsində istehzalı, hamının görə biləcəyi “əyri” təbəssüm yaradırdı.

1952-ci il­də Hel­sin­ki­də ke­çi­ri­lən olim­pia­da­da SSRİ yığ­ma komanda­sı­nın yu­qos­lav­la­ra məğ­lub ol­ma­sı "rəh­bə­rin" bərk qəzəblən­di­rir, yuxusunu ərşə çəkir. Bu məğ­lu­biy­yə­ti Ti­to­nun qələbə­si ki­mi qə­bul edir və nə­ti­cə­də yığmanın özəyini təşkil edən məş­hur Mərkəzi Or­du Ko­man­da­sı - OMİK ləğv edi­lir, bir neçə aydan sonra özü də dünyasını dəyişir.

Qeyd edək ki, o za­man­lar mil­yon­lar­la azar­keş bu ko­man­da­nın oyun­la­rı­nı se­və-­se­və iz­lə­yir­di­. İd­man­çı­lar üçün Hel­sin­ki Olim­pia­da­sı çox mə­su­liy­yət­li bir ya­rış ol­du­ğun­dan SSRİ-­nin fut­bol üz­rə yığ­ma ko­man­da­sı baş məş­q­çi Bo­ris Ar­kad­ye­vin baş­çı­lı­ğı ilə bu olim­pia­da­ya ol­duq­ca cid­di ha­zır­la­şır­dı. Am­ma ko­man­da­nın tər­ki­bi ilə bağ­lı mə­sə­lə­lə­ri məş­q­çi heç də tək­ba­şı­na həll edə bil­məz­di.

MK Ümi­mit­ti­faq Le­nin Kom­so­mol Gən­c­lər İt­ti­fa­qı­nın (ÜİL­K­Gİ) keçmiş mə­sul iş­çi­si və o döv­r­də olim­pi­ya nü­ma­yən­də he­yə­ti­nin siya­si mə­sə­lə­lər üz­rə müa­vi­ni tə­yin edil­miş V.Xo­mus­ko­vun xatirələ­rin­dən:

- Mən­də be­lə bir tə­əs­sü­rat ya­ran­mış­dı ki, ar­tıq ko­man­da­nın əsas tər­ki­bi müəy­yən­ləş­dik­cə rəh­bər­li­yin də azar­keş­lik eh­ti­ras­la­rı özü­nü bü­ru­zə ver­mə­yə baş­la­yır. Və ona gö­rə də hər kəs məş­q­çi­nin işlərinə qa­rış­maq­da özü­nü haq­lı sa­yır­dı. Bun­lar MK ÜİL­K­Gİ-­nin katib­lə­ri A.Şe­le­pin, V.Se­mi­ças­t­nı, Bə­dən Tər­bi­yə­si və İd­man Komitə­sinin səd­ri N.Ro­ma­nov, onun müa­vin­lə­ri və Va­si­li İo­si­fo­viç Sta­lin da­xil ol­maq­la or­du ge­ne­ral­la­rı, Be­ri­ya­nın ida­rə­sin­dən olan yük­sək rüt­bə­li za­bit­lər idi­lər.

OMİK-­in oyun­çu­su əmək­dar id­man us­ta­sı, son­ra­lar isə ge­ne­ral-ma­yor Yu­ri Nır­ko­vun “So­vet dö­yüş­çü­sü” jur­na­lın­da dərc edil­miş mə­qa­lə­sin­də de­dik­lə­rin­dən: “Hər­çənd Ar­kad­yev bu olim­pia­da­nı öm­rü­nün cid­di işi sa­yır­dı, la­kin o heç də hər şe­yi həll et­mir­di.”

Bəs gö­rə­sən kim həll edir­di? On­lar­dan bi­ri MK ÜİL­K­Gİ-­nin bi­rin­ci ka­ti­bi N.Mi­xay­lov idi. Da­xi­lən ener­ji­li, kon­k­ret və mə­mur­la­rın etiraz­la­rı ilə ba­rış­ma­yan Mi­xay­lov özü­nü id­man­la bağ­lı məsələlərdə mü­tə­xəs­sis say­sa da, id­ma­na yal­nız başqalarının söylədik­lərin­dən bə­ləd idi. Bu amil çox vaxt id­man­da­kı nə­ticə­lə­rə mən­fi tə­sir gös­tərsə də, kim­sə ona bir söz de­mə­yə cü­rət et­mir­di.

Ha­mı Mi­xay­lo­va Sta­li­nin dəs­tək ol­ma­sın­dan xə­bər­dar idi.

Hel­sin­ki­yə yol­lan­maz­dan əv­vəl id­man­çı­lar bir ne­çə gün iqlimə uyğunlaşmaqdan ötrü Le­nin­q­rad­da qal­ma­lı olur­lar. Bu ərə­fə­də Mixay­lov fut­bol yığ­ma­sı­nı bir ye­rə yı­ğa­raq mütləq çem­pion olacaqla­rı ba­rə­də yol­daş Sta­li­nə mək­tub yaz­ma­la­rı­nı tək­lif edir. Baş məş­q­çi Ar­kad­yev tək­li­fin qey­ri-­kor­rek­tiv qo­yul­du­ğu­nu qeyd edə­rək “id­man-id­man­dır və be­lə tur­ni­rin nə­ti­cə­lə­ri­ni əv­vəl­cə­dən söy­lə­mək ol­maz,” - de­yir. Oyun­çu­lar su­sur, Mi­xay­lov isə projector kini parlayan gözlərini hamının üzündə gəzdirərək is­rar­lı şə­kil­də göz­lə­yir­di. Bu zaman hə­mi­şə sö­zü üzə de­yən ya­rım­mü­da­fiə­çi Aleksandr Pet­rov döz­mə­yə­rək qə­ti şə­kil­də eti­ra­zın bil­di­rir: “Var gücü­müz­lə ça­lı­şa­rıq, la­kin bel bir məktubu yaza və ona im­za qoy­a bilmərik!”

Mi­xay­lov çox zi­lə qal­x­dı­ğı­nı an­la­yıb da­ha tə­kid et­mə­dən çı­xıb gedir.

Fut­bol­çu­lar Olim­pia­da­da ilk gö­rüş­lə­ri­ni Bol­qa­rıs­tan yığ­ma­sı ilə keçi­rir və qə­lə­bə qa­za­nır­lar. La­kin on­la­rın bu se­vin­ci uzun sür­mür. Be­lə ki, çox keç­mə­dən ko­man­da­ya bil­di­rir­lər ki, on­lar 1/8 fi­nal­da Yu­qos­la­vi­ya yığ­ma­sı ilə qarşılaşacaqlar. Olim­pi­ya nü­ma­yən­də­li­yinin rəh­bər­li­yinin dərisinə bu xə­bər­dən vic-vicə dü­şür: “Gö­rə­sən, uduz­saq necə olacaq? Özü də mü­na­si­bət­lə­ri­miz po­zul­muş Ti­to­nun ko­man­da­sı­na?…”

Haşiyə:

1944-cü ilin sentyabrında İosip Bpoz Tito ilə Stalinin ilk görüşü baş tutur. Bir il sonra, sentyabrın 9 – da İosip Tito faşizm üzərində qələbə münasibətilə “Qələbə” ordeni ilə təltif olunur. Kim düşünə bilərdi ki, iki il sonra İosif Stalin qəhrəman kimi şərəfinə badə qaldırdığı İosipi “tpotskiçi”, daha sonralar isə “qatil və şpion” adlandıracaq.

Stalin İosip Titodan söhbət düşən kimi: “Onun xalq qəhrəmanı səviyyəsinə qalxmağında SSRİ mühüm rol oynayıb. Biz yuqoslav partizanlara 155 min tüfəng, 38 min avtomat, 16 min pulemyot, 6 min minomyot, 50 təyyarə və 70 tank vermişik”, - deyirdi.

1948-ci ildən başlayaraq Tito Stalinin dediklərini saya salmır, sovetlərdəki kimi zor gücünə koorperasiya yaratmağın isə tam əleyhinə gedirdi. Bütün dünyanın Stalinə pərəstişi dövründə, böyük qələbədən üçcə il sonra “böyük qardaşa” “ yox” demək…?!

Biabırçılıq! Və sovet mediasında Titonu tənqid edən yazılar peyda olmağa başlayır.

Olimpiya futbol yığmasının məğlubiyyətindən sonra Stalinin yuxusu ərşə çəkilir. Bunu yaxşı anlayan qələm ustaları “El atası”nın “bığları altından” keçməyə, sədaqətlərini nümayiş etdirməyə can atırlar…

Bir neçə il əvvəl haqqında qəhrəman kimi mədhiyyələr yazılan İosip Tito indi “Bpoztitotka” adlandırılır, Uoll Sitritin adamı, cəllad kimi təqdim olunurdu.

Старается Тито
И вся его свита,
Чтоб были довольны
Тузы Уолл-стрита.

Sepgey Mixalkov Titoya həsr etdiyi “satirik portret”idə yazır:

Жаждой зла наполнен туго,
Патентованный бандюга.
Он всех подряд повесить рад,
Законченный дегенерат.

Moskva güman edirdi ki, İosipin yan-yörəsindəkilər tezliklə onu devirəcəklər. Lakin bu ümid özünü doğrultmadı. Yalnız Kremlin kreaturası Xebranq və onun bir neçə əlaltısı bu fikrə düşürlər. Az sonra onları satqın kimi zindana atırlar.

1948-ci ilin əvvəllərində Stalin vəziyyəti təhlil etmək üçün Titonu Moskvaya dəvət edir. Dəvət qəbul edilsə də İosip xəstə olduğunu bəhanə gətirərək heyətə qoşulmur. O özündən əvvəlki baş katib Qerkiçin 1937-ci ildə Kremlə çağırıldıqdan sonra bir daha geriyə qayıtmadığını yaxşı bilirdi.

Qəbulda Stalin Yuqoslaviya, Bolqarıstan və Albaniyadan ibarət yeni bir federasiya yaratmaq təklifini irəli sürür. Lakin bu təklif qəbul olunmur. Nəticədə qarşıdurma daha da güclənir. N. Xruşşovun sözlərinə görə, Stalin əmin idi ki, onun qəzəbi Titonu diz köçməyə məcbur edəcək. “Barmağımı tərpədərəm, Tito məhv olar” – deyirdi dünya proletarlarının rəhbəri.

Stalin ipə-sapa yatmayan İosipi “əbədi istirahətə” göndərmək haqqında MQB-yə tapşırıq verir. Ministrin müavinləri Epişev, Ryasnoy və Savçenko aksiyanı yerinə yetirmək işinə girişirlər. Müxtəlif variantlar araşdırılır və Meksikada yaşayan, Trotskiyə sui-qəsd dəstəsinin üzvü “Maks” ayamalı İosif Qriquleviçi Moskvaya çağırırlar. “Maks” Kosta-Rika Respublikasının Vatikanda səfiri idi və Titonun həndəvərində fırlananların arasında kifayət qədər tanışları vardı. Planlaşdırılmışdı ki, Qriquleviç Titonun iştirak edəcəyi qəbullardan birində xüsusi mexanizmlə “ağ ciyər çumalı” bakteriya dozasını otağa buraxsın.

Həmin planı Stalin 1953-cü ilin fevralında general Sudoplatovla müzakirə edirlər…Daim qəzəbli, daim fikirli gəzən İosif Stalin gecələr yuxulaya bilmirdi. Bir neçə həftə sonra, martın 5 – də Stalin dünyasını dəyişən kimi sui-qəsd planı ləğv olunur.

Qayıdaq komandanın məğlubiyyətinə:

Finlandiyada hamı səbirsizliklə “Stalin – Tito” matçının başlanacağı anı gözləyirdi. Qəzetlərin manşetləri yalnız bu iki komandanın futbolçularının fotolarını dərc etməklə ajiotajı daha da gücləndirirdilər.

... Nümayəndə rəhbərliyindən kim­sə si­ya­si mo­tiv­lə­rə gö­rə oyundan im­ti­nanı tək­lif edir. Mos­k­va ilə əla­qə sax­la­nıl­dıq­dan son­ra ora­dan be­lə bir qəti əmr da­xil olur: “Oy­na­maq və qə­lə­bə qa­zanmaq!”

La­kin uğur psixoloji gərginlik içində meydana çıxan fut­bol­çu­lar­dan yan ke­çir və on­lar bi­rin­ci oyu­nu 5:5 he­sa­bı ilə ba­şa çat­dı­rırlar. Er­tə­si gün, tək­rar qarşılaşmada isə... 1:3 he­sa­bı ilə məğ­lub olur­lar.

Matçdan dər­hal son­ra fut­bol­çu­la­rı nü­ma­yən­də he­yə­ti­nin qal­dı­ğı “Ota­nie­mi” ad­la­nan ye­rə gə­ti­rir­lər. On­la­rı şə­hə­rə bu­rax­mırlar və həmin ax­şam Mos­k­va­ya gön­də­rir­lər.

Av­qus­tun 5-i Olim­pia­da­nın tən­tə­nə­li bağ­la­nı­şı olur. Er­tə­si gün isə nü­ma­yən­də he­yə­ti­nin rəh­bər­li­yi Krem­lə ça­ğı­rı­lır.

Bu ic­la­sı son­ra­lar N.Ro­ma­nov özü­nün "Olim­pə ge­dən çə­tin yol­lar" ki­ta­bın­da təs­vir edir: “Məhkəmə prosesinə bənzəyən ic­la­s Q.Ma­len­kovun rəhbərliyi altında keçdi. Sta­lin ora­da iş­ti­rak et­mir­di. O, bərk qəzəblənmişdi və iki gün idi kabinetdən bayıra çıxmırdı. “Ha­kim­lər” ara­sın­da MK ÜİL­K­Gİ-­nin ka­ti­bi Mi­xay­lov da var­dı. Ol­duqca ak­tiv çı­xış edən Be­ri­ya hər ba­rə­də xə­bər­dar ol­du­ğu­nu nü­ma­yiş et­

di­rir­di. O, öz qə­zə­bi­ni fut­bol­çu­la­rın üzə­ri­nə yö­nəl­dir, baş məşqçi Ar­kad­ye­vi “qo­ja kaf­tar” ad­lan­dı­rır, na­la­yiq söz­lər­lə təh­qir edirdi. Son­ra Ma­len­kov Sta­li­nin ya­nı­na ic­la­sa yol­la­nır və ha­mı­ya Bə­dən Tər­bi­yə­si Ko­mi­tə­sin­də ca­vab göz­lə­mək əmr olu­nur. Qə­rar ge­cə­ya­rı­sı da­xil olur: “OMİK ko­man­da­sı­nın fəa­liy­yə­ti­nə xi­tam ve­ril­sin!”

Mə­sə­lə­ni Sta­lin həll et­miş­di.

Nə­yə gö­rə OMİK-i ləğv et­di­lər?

De­yi­lən­lə­rə gö­rə, Be­ri­ya ya­ran­mış və­ziy­yət­dən is­ti­fa­də edə­rək öz se­vim­li “Di­na­mo” klubunun ən güclü rə­qib­dən yaxa qur­tul­ma­sı­na nail olur.

Bu ha­di­sə­dən bir ne­çə il son­ra ko­man­da­nın keç­miş rəi­si pol­kov­nik Zay­t­sev xa­tır­la­yır ki, Ro­ma­nov onu ko­mi­tə­yə ça­ğı­ra­raq komandanın bu­ra­xıl­dı­ğı ba­rə­də mə­lu­mat­lan­dı­rır. Zay­t­sev bu­nun sə­bəb­ləri­ni so­ruş­duq­da isə be­lə bir ca­vab alır: “Siz hər­b­çi­si­niz, özü­nüz də ba­şa düş­mə­li­si­niz ki, əmr əm­r­dir.”

1953-cü ilin yan­varın­da, məğlubiyyətdən 6 ay sonra fut­bol üz­rə ke­çi­ri­lən Ümu­mit­ti­faq el­mi-­me­to­di­ki kon­f­ran­s­da Bə­dən Tər­bi­yə­si və İd­man Ko­mi­tə­si­nin sədr müa­vi­ni K.An­d­ti­ya­nov ye­kun sö­zü ilə çı­xış edir:

- Yol­daş­lar, gö­rün, zəh­mət­keş­lər nə ya­zırlar: “Çir­kin Ti­to­nun yığmasına udu­zan OMİK ko­man­da­sı nəin­ki özü­nü, həm­çi­nin bü­tün dün­ya­da sülh uğ­run­da mü­ba­ri­zə apa­ran öz xal­qı­nı da rüs­vay etmiş­dir. Biz bu­ra­da nə ilə qar­şı­la­şı­rıq. Be­lə bir tə­əs­sü­rat ya­ra­nır ki, bu ÇP (fövqəladə hal) məş­q­çi­lə­rin döv­rü za­min­li­yi­nin nəticəsidir. On­lar kor­tə­bii su­rət­də Ar­kad­ye­vin ar­dın­ca ge­də­rək takti­ka­nı həl­le­dici fak­tor sə­viy­yə­si­nə yük­səl­t­miş­lər”.

Olimpiadanın bağlanışından 7 ay sonra isə Stalin məğlubiyyətin revanşını almadan dünyasını dəyişir.

Rusiya tarıxçisi D.Volkoqonovun fikrincə, Stalin ömründə bircə dəfə məğlub olub – İosip Broz Titoya!

# 3311 dəfə oxunub

Müəllifin son yazıları

# # #