1982-ci ildə Rostovdakı İslah Əmək Koloniyasından buraxıldıqdan sonra iki ay Bakıda yaşadım, uçastkovı ilə işlərimi qaydaya saldım, bildirdim ki, gül alveriylə məşğul olmaq istəyirəm. Taksanı danışıb xlebnikim Saşa Maslyukovgilə, bir neçə günlüyə Moskvaya istirahətə yollandım. Sanya hələ zonda olarkən demişdi ki, «İzmaylovskiy Park» metrostansiyası həndəvərindəki fəhlə yataqxanalarında mənə yer düzəldə bilər. Şurikin birotaqlı kommunal mənzilində bir gün yaşadıqdan sonra yaxınlıqdakı yataqxanada gecələmək üçün yer tapdım. Burada İzmaylovski bazarda alver eləyən daha beş-altı azəri balası da məskunlaşırdı. Elə birinci gündən işlərim xod gedirdi. Novxanılı uşaqların gətirdikləri gülləri «Rijsiy» bazarda xırıd eləməklə günümə on-on beş manat qazanırdım. O vaxtlar üçün on beş manat fəhlənin aylıq məvacibinin beşdən biri demək idi. Sonralardan tək işləməyə, meyvə ticarətinə girişdim. Bu iş daha sərfəli, daha asan alınır, qazancım daha çox olurdu.
Brejnevin vəfatından dərhal sonra Moskvaya gediş-gəliş, gül və meyvə alveri xeyli çətinləşmişdi. Andropovun əmrinə görə alverçilər, avaralar, möhtəkirlər bazardan tutulub birbaşa mentovkaya gətirilir, möhkəmcə əzişdirildikdən sonra yaxın iki gün ərzində şəhərdən çıxacaqları haqqında iltizam yazaraq azad edilirdilər. Bütün İttifaqda tuthatut başlanmışdı. Türmələrdə, Mokvaətrafı düşərgələrdə saxlanılanları oturtmağa yer olmadığından xırda-mırda alverçiləri uzağı on-on beş sutka saxlayıb yumşaq yerinə bir təpik vuraraq buraxırdılarsa, iri korrupsionerləri, sexovşikləri, fabrik-zavod direktorlarını, zavmaqları Yejov vaxtında olduğu kimi bir həftəyə hökmünü oxuyub güllələyirdilər. Leninqradda, respublikaların paytaxtlarında da vəziyyət Moskvadakı kimi idi.
O vaxtlar biz – yeddi-səkkiz nəfər azəri balası «İzmaylovskaya» metrostansiyasının yaxınlığındakı «Bombey» adlandırdığımız, toxuсu fabrikinə məxsus yataqxanada sutkası iki manatdan iki otaq kirayələmişdik. Axşam bazardan qayıdanda adətim üzrə foyedəki aşxanaya girib yüngül qəlyanaltı etməyi düşünürdüm. Bura gündüzlər stolovaya, axşam saat səkkizdən sonra isə restoran-bar, diskoteka kimi işləyirdi. Qapıda oturan Mila arvad məni görən kimi şəhadət barmağını çarpazlayıb dodaqları üstə qoydu, işarə ilə yanına çağırdı:
- Mentlər gəlmişdi, pasportları yoxlayırdılar. Özbəkləri yığışdırıb apardılar. Yəqin ki, yenə gələcəklər. Ehtiyatlı olun, yaxşısı budur ki, hələ kameralara qalxmayasınız, – pıçıldadı.
Mila qırx beş illik həyatının səkkiz ilini qadın koloniyasında çürütmüşdü və bilirdi ki, mənim də uşaqlığımın iki ili detkolonda, altısı isə İrkutsk, Rostov zonlarında keçib. Hərdən onu mer-meyvə ilə qret elədiyimdən, çaypulu verdiyimdən xətrimi çox istəyir, tüpürcəkli dodaqlarıyla üzümdən öpərdi. Restorana girəndə həmişə oturduğumuz stolun ətrafında dörd həmvətənimin əyləşib pivə içdiklərini gördüm. Hamısının sifəti qayğılı idi. Lənkəranlı Azikin üzündən isə zəhrimar yağırdı. Lülqənbər idi. Türmədən çıxdığı cəmi dörd ay olardı, «İzmaylov» bazarında pomidor-xiyar, bibər-göyərti satır, qazandığının hamısını obşejityenin «fınış»larına (yüngüləxlaqlı qadın-Red. )xərcləyirdi.
– Nə olub, qanınız niyə qaradır? – soruşdum.
- Azikin mallarını əlindən alıblar, özünü də möhkəmcə döyüblər, – zaqatalalı Əflatun dilləndi. – Qaponlar mənim də üç yüz kilodan çox soğanımı, iki meşok sarımsağımı içəri salmaq, üstəlik döymək istəyirdilər. Həmin vaxt uçastkovı tatar Fərid gəlib çıxmasaydı, işim fırıq olacaqdı.
Qapı açıldı və oğlan kimi cins kostyum geyinib saçlarını lap qısa vurdurmuş Zoya içəri girdi. Hamının «Kosmodemyanskaya» adlandırdığı mələk sifətli bu qız yataqxananın birinci gözəli sayılırdı. Sarımtıl-qırmızı saçlarına görə azərbaycanlıdan çox slavyana oxşayan Əppülüşlə şurı-murı fırladan, fabrikin baş texnoloqunun katibəsi kimi prestijli vəzifə daşıyan bu «feya» onunla komsomol toyu etmək və mənzil almaq fikrindəydi. Zoyka gələcək ərini fabrikdə remsexə işə düzəldəcəyinə söz vermişdi. Əvvəldən danışmışdılar – bir ildən sonra boşanacaqdılar. Zoykaya mənzil, Əflatuna isə Moskvaya qeydiyyata düşmək lazım idi. Bu üsuldan o vaxtlar gürcülər, ermənilər daha səmərəli istifadə edirdilər. Onlar evləndikdən sonra bir uşaq «əkib» ikiotaqlı mənzil aldıqdan sonra ya bir-birilərinə isinişərək həmişəlik ailənin təməlini qoyur, ya da ayrılaraq hərəsi bir otaqda yaşayırdılar. Amma böyük əksəriyyət qeydiyyata düşmək naminə «böyüklərin məşuqələri» ilə izdivaca avtoqraf qoyurdu.
Əppülüş Zoyanı görən kimi söhbətini yarımçıq kəsib yerindən qalxdı, döş cibindən çıxardığı qızılgülün ləçəklərini sığallaya-sığallaya qıza tərəf yüyürdü. Yüngülcə öpüşdükdən sonra onlar zalın küncündəki stolun arxasına oturdular.
O vaxtlar təkcə alverçilər deyil, Moskvanın ali məktəblərində təhsillərini başa vuran tələbələr də paytaxtda qalmaq üçün bu üsuldan yapışırdılar.
Az sonra bizim qızlar da stolumuzun ətrafına toplaşdılar. Biz yeyib-içir, rəqs edirdiksə də, gözlərimiz qapıda idi. Hər an mentlər içəri doluşa, bizləri qızların yanında gözükölgəli edə bilərdilər. Adımızın «it» dəftərinə düşməməyi üçün qaldığımız yataqxananın qızlarına yalvardıq ki, iki gün bazardakı malları satmağa köməklik etsinlər. Mənim «Rijskiy vağzal» bazarında yüz əlli kilo Macarıstandan gətirilmə apelsinim, bir o qədər də alma-armudum vardı. Bazardakı mentlərin əksəriyyətilə ünsiyyətimiz yaxşı olsa da, onlara bel bağlaya bilməzdim, çünki oblavanı KQB-şniklər aparırdılar. Yataqxanada yaşadığım vaxtlarda pul xərclədiyim Marina fabrikdə həm komsomol komitəsində katib idi, həm də «udarnik komsomolskoqo truda» titullu toxucu kimi tanınırdı. Döşündə hər iki znaçok həmişə yan-yana qızarırdı. Təklifimi eşidəndə Marinanın sifəti əvvəlcə qıpqırmızı lalə kimi qızardı, sonra kültək bozardı və bazarda prilavka arxasında dayanmağa qəti etiraz etdi. «Kimsə görüb tanıya, rəhbərliyə xəbər verə bilər», – deyərək qəfəsdəki canavar kimi stolun ətrafında var-gəl eləməyə başladı, ağladı. Amma onunla işləyən rəfiqəsi Verka vəziyyətdən hali olan kimi sinəsini irəli verib: «Mən sataram meyvələri», – dedi. Rostovdan olan bu qızın hələ iyirmi yaşı tamam olmamışdı, özü də Marinadan daha gözəl idi. Aktrisa olmaq arzusuyla Moskvaya gəlmiş, amma instituta qəbul oluna bilməmişdi. Çox məlahətli səsi, avazı vardı. Hərdən yataqxanada təşkil elədiyimiz veçerinkalarda iki-üç stopka çaxır gillədəndən sonra Don çayının şırıltısına bənzər həzin səslə oxuyardı. Marina bir neçə dəfə ona him-сim etsə də, Verka heç nə görmürmüş kimi istirahət günlərini bazarda dayanıb alver etmək istədiyini söylədi:
- Baxarsınız, mən əsl kolxozçu qız rolunu necə məharətlə yaradacaq, müştəriləri hansı avazla çağıracağam, – deyib qəhqəhə çəkdi.
Çoxdan hiss eləyirdim ki, Verka mənə qarşı etinasız deyil.
- A esli tebya prixvatyat faraonı? – titrəyişli səslə Marina pıçıldadı. – Fabrik rəhbərliyinə nə cavab verəcəksən? Elə bilirsən, mən axmağam və sənin hansı düşüncələrlə bu işə razılıq verdiyini başa düşmürəm? Sən burada başqa rol oynamaq fikrindəsən; planın Aliki əlimdən almaqdır. - Marina stola dirsəklənərək ağlamağa, sızlamağa başladı. – Onu da bilirəm ki, Alik çoxdan məni atmaq istəyirdi və bu spektaklı əvvəlcədən quraşdırmısınız. Baxarsan, tezliklə Alik səni bazar fahişəsinə çevirəcək. Səndən istifadə edib, cındır əsgi kimi atacaq. Gələn il sən instituta yox, prokraturaya imtahan verəcəksən. Əgər bazara getsən, səni komsomol sıralarından qovacağıq.
- Çox lazım idi mənə sizin fabrik, – Vera səhnədə monoloq söyləməyə hazırlaşan müsbət qəhrəman kimi sinəsini qabardaraq pafosla dilləndi. – Fabrikdə improvizasiya üçün bir damcı da şərait yoxdur. Bazar isə əsl yaradıcılıq meydanıdır. Burada mən həm baş rolun ifaçısı, həm rejissor, həm də ssenari müəllifi olacam.
Veranın yaxşı aktrisa olduğunu elə səhəri gün yəqin etdim. Mən ən son dəblə tikdirdiyim qara kostyumu geyib, yaşıl qalstuk bağlamışdım. Enli yanları olan fetr şlyapada lap Alen Delona bənzəyirdim. Veronika isə başına güllü örpək, belinə uzun şarf dolamışdı, lap Don kazaçkalarına oxşayırdı. Ənlik-kirşansız üzü soyuqdan sinab alması kimi ötərgi qızarmışdı, gözləri parlayırdı. Bazarın içindəki kafedə oturub Verkanın işinə nəzarət edir, mentlərin obxodunu gözləyirdim. Bazarda qafqaz, aziat millətindən bircə nəfər də alverçi yox idi. Üç-dörd nəfər qartımış rus qadının qarşısındakı prilavkada isə ancaq yerkökü və kartof tığlanmışdı. Veroçka isə öz işində idi – məlahətli səslə müştəriləri səsləyir, macar apelsini və Quba almasının vitamin dağarcığı olduğu barədə mühazirə oxumaqla alverini edirdi. Bir neçə mülki paltarlı, yerişləri və sifətlərindəki müştəbehlikdən fironluq yağan kişi bazarda şəstlə irəliləyərək özlərindən razı halda mürəxxəs olduqdan azacıq sonra göyçaylı Ənvərlə qaxlı Səbuhi qorxa-qorxa kafeyə girdilər və birbaşa üstümə cumdular.
– Alik, sən mənim canım, çuvixana tapşır, mənim qoz-fındıq ləpələrimi də xırıd eləsin, qazancın yarısını ona verərəm, – deyən Səbuhi xirtdəyinin dərisindən yapışaraq «mən ölüm» çəkdi.
Ənvər də gülöyşə narları dəyər-dəyməzinə mənə sırıyıb tələsik bazardan qaçdı. Günortaya yaxın naxçıvanlı Əziz ərik qurusunu, özbək Kasum isə bir kisə kişmişi yarı qiymətə almağımı təvəqqe elədilər. Veroçkanın qarşısındakı piştaxtanın üstü müxtəlif mallarla dolub-boşaldıqсa əhval-ruhiyyəsi doxsan doqquza yüksəlir, avazı daha da şirinləşirdi. Özlüyümdə hesablamışdım, haradasa, iki min manata yaxın qazancımız olmalı idi. «Rijskiy Vokzal» metrosunun yanındakı bistroya qəlyanaltı eləməyə yollandıq. Qarson yeməyimizi gətirənə qədər pulları sortlaşdırdım və özümə çatası məbləği ayırdıqdan sonra üç min iki yüz qırx dörd manat qazanc götürdüyümüz bəlli oldu.
– Veroçka, lyubov moya, sən fabrikdə aya neçə manat qazanırdın? – qrilin qıçını qopararaq onun nimçəsinə qoyarkən soruşdum.
- Yüz otuz manat. – «Kürdəmir» çaxırını ləzzətlə sümürən Verka fujerini boşaldaraq cavab verdi.
- Götür, moya lastoçka. Burada sənin bir illik məvacibin qədərdir, – deyərək min altı yüz iyirmi iki manatı onun döş cibinə dürtüşdürdüm.
- Nə danışırsan, Alik? – qız yenicə dişlədiyi bud ətini udquna-udquna içəri ötürərək pörtmüş halda dilləndi. – Bir qəpik də götürmərəm. Həyatımda bu gün qızıl hərflərlə yazılacaq. Bu, mənim stixiyam, ən maraqlı, ən xoşbəxt saatlarım idi. Mən sanki MXAT-ın səhnəsində aktyorluq karyeramın ən vacib rolunu oynayırdım.
KQB əməkdaşları Moskvada elə bir xaos yaratmışdılar ki, kolxozlarda işlədikləri barədə arayışları olmayan alverçilər burunlarını konuradan çıxara bilmirdilər. Veronika ilə ikinci iş günümüz də uğurlu alındı. Kafedə oturub qəzetləri vərəqləyir, ölkədə baş verənləri anlamağa çalışırdım. «İzvestiya» qəzetində Dövlət İmport-Eksport İdarələrinin rəhbərləri Sielyakov və Pavlovun həbsi barədə xəbər verilirdi.
Qəzet onu da bildirirdi ki, həbs olunduqdan iki gün sonra onların haqqında çıxarılan güllələnmə hökmü yerinə yetirilib. Sən demə, onlara hökumət dairələrinin ən yumşaq kreslosunda oturanlardan biri – İnozemsev «krışalıq» edirmiş.
«Pravda» qəzetində isə rəhmətlik Brejnevin qızı Qalina Leonidovna və Boris Aleksandroviç Buryatovski haqqında məzəli bir yazı dərc olunmuşdu. Sən demə, qensekin qızının ətrafında dolanan milyonerlərə general S.K.Sviqun «parovozluq» (başçılıq) edirmiş. Semyon Kuzmiçin daçasında aparılan şmondan sonra böyük stolun üstü balonlarla brilyantlar, qızıl kərpiclər, valyuta və ən qədim antikvar şeylərlə dolmuşdu. Həmin gecə Sviqun daçasında özünü güllələməklə intihar etmişdi.
Bir sözlə, tuthatut, güllələhagüllələ idi. Danışırdılar ki, Medunov, Çurbanov, İşkov, Rıkov və Şelokovu da eyni aqibət gözləyir.
Moskvada qalmaq hər an tutulmaq, ən azı, on beş sutka alıb küçə süpürməyimlə tamamlana bilərdi. Aradan sivişmək, paytaxtdan uzaqlaşmaq lazım idi. Narahatlığımı görən Veronika qır-saqqız olub yaxamdan yapışdı ki, Rostova gedək.
Axşam SV vaqona bilet götürüb cənuba tərəf üz tutduq...
Rostov əhalisinin yarıdan çoxu zek həyatı yaşamış adamlardır. İttifaqda paçka basmaqda, kukla qoymaqda, fırıldaq və oğurluqda Odessadan sonra ikinci yeri zəbt eləmiş Don şəhəri də arı pətəyi kimi qaynayırdı. Üç ildən də çox buradakı düşərgələrdə nəfəs aldığımdan ağlıma birinci gələn fikir Çaltırdakı kolona qrev aparmaq oldu. Veronika isə ilk gündən alverə başlamağı təkid edirdi. Moskvada iki günə qazandığı iki min beş yüz manat onu yamanca şirnikdirmişdi.
– Lagerə sabah-birigün gedərik, Alik, – deyə məni fikrimdən döndərməyə çalışır, zorla Taqanroq və Vavilov küçələrinin kəsişdiyi yerdəki meyvə bazasına getməyimizi istəyirdi.
- Əzizim, sən ovoşbazaya get, nə alacağımızı sortlaşdır, siyahı tut, mən isə Çaltıra dəyib qayıdacağam, – dedim.
- Məni qoyub qaçmaq istəyirsən, Alik? – küçənin ortasında yaxamdan yapışıb hönkürə-hönkürə üzümü öpməyə başladı.
- Ay dəli, səndən heç bir dəqiqə də aralı qalmaq fikrim yoxdur, – barmağımla göz yaşlarını silib cavab verdim, – axı onlarla min iki yüz gün çörək kəsmişəm, xlebniklərim oturur orada. Rostova gəlib onları yad eləməsəm, çörək gözlərimi kor qoyar. Axı onlar da mənim dostlarım, qazamat yoldaşlarımdır. Cəmisi iyirmi kilometr yoldur...
Razılaşdı. Prodmaqdan «Avrora», bir qutu «Gürcüstan» çayı, kolbasa, brınza, holland pendiri, çörək alıb taçkanın yük yerini doldurduq.
– Gedək, bazardan meyvə də götürək, – Veroçka təklif etdi, – görək burada alma neçəyədir?
Bazarda qubalı uşaqlar qrev apardığımızı eşidib bizdən pul götürmədilər.
- Hikmət üçün aparırsan? – deyə kulyokları arxa oturacağa rahlayan oğlan soruşdu. – Hələ qolodovkanı dayandırmayıb.
- Hikmət kimdir? Qolodovka nədir?
- Deyəsən, Rostova təzə gəlmisən, – oğlan gözlərini qıyıb təəccüblə mənə baxdı. – Bütün Rostov 17-ci kolondan danışır, Bakıdan, Tbilisidən, Moskvadan gələnlər də var. Zonun bütün məhbusları aclığa oturublar. Sabirabadlı Hikmət on üç gündür, heç nə yemir. Deyirlər, lap üzülüb.
Oğlan azəri dilində üyüdüb tökdükcə Veronika həyəcanla gah ona, gah da mənə baxaraq:
- Alik, çto sluçilos? – deyib təkrar-təkrar soruşur, paltomun qollarını dartışdırırdı.
Taçkaya oturub birbaşa 17-ci kolona sürdürdüm. Millət vardı zonun qapıları qarşısında. Pravitelstvennı «Volqa»ların biri gedib, digəri gəlirdi.
– Muxtarov sovsem ne vstayot i inoqda prosit popit...
– Uje çetırnadsatıe sutki, no yeşo ne kormyat s zonda...
– On lejit v uqlu kamerı i oçen tyajelo dışit...
Hərə bir söz danışırdı. Sabirabaddan, Balakəndən, Əli Bayramlıdan, Salyandan, Bakıdan uşaqlar vardı. Onların dediklərinə görə, dünən upravleniyadan general gəlibmiş və partiya biletinə and içibmiş ki, Hikmətin bütün tələbləri yerinə yetiriləcək, rejimnik və kum məhbuslara verdikləri işgəncələrə görə işdən xaric ediləcəklər.
- Dünən Rostovun iki qanuni oğrusunu da saxlayaraq kolona gətiriblər ki, Hikməti aclığı dayandırmağa sövq eləsinlər. Zakonniklər Hikmətlə tetatet söhbətdən sonra kumun sifətinə tüpürərək çıxıblar.
Veronika da buraya toplaşan qadınlardan informasiya toplamağa girişmişdi.
- Oy, Alik, nələr olurmuş dünyada?! – emosiyasını gizlədə bilməyən qızcığaz hündürdən dilləndi. – Mən bircə gün yeməsəm, aclıq mədəmi cırmaqlayıb dağıdar. İki həftə heç nə yeməyib sənin zemlyakın! Özü də başqalarına görə düşüb aclığa. Stremlyayuşiy nə deməkdir, Alik? Vor zakon – qanunu oğurlayanlardır? Alik, deyirlər, dörd yüzə yaxın məhbus da sonradan Bratelnikə qoşulub, heç nə yeməyəcəklərinə and içiblər.
İki saat əlləşib-vuruşsam da, gətirdiyimiz ərzaq məhsullarını içəri ötürə bilmədik. Kor-peşman geri qayıtdıq. Bazarın yanındakı «Naxçıvan» mehmanxanasında yer götürdüm, qrevi otağa yerləşdirdim. Veronika elə yorulmuşdu ki, yuxarı qalxan kimi yerinə girib yuxuladı. Mən isə həmin geсə bakılı uşaqlarla Don çayının lap sahilindəki «Yakor» xatasında geсələdim...
Qürbət problemləri
- Moskvada və ümumiyyətlə, Rusiya Federasiyasının müxtəlif vilayətlərində yaşayan azərbaycanlıların problemlərini həll etmək çox çətindir, - Məmmədəli söhbətini davam etdirir – Bu gün bizlərə qarşı törədilən ədalətsizliklərin qarşısını almaq mümkün deyil. Çünki səni günahsız yerə cəzalandıran milis nəfərinə deyə bilmirsən ki, axı mənim nə təqsirim var, niyə məni şöbəyə aparırsınız?
- Axı nəyə görə tuturlar? Səbəbi nədir? – Zaur uşaq məsumluğu ilə soruşdu.
– Səbəbsiz-filansız saxlayırlar. Min cür bəhanələri var, – əlindəki bağlamanın içindəki nədir? Sənədlərin qaydasındadırmı? Sübh tezdən hara gedirsən? Saxlanan kimi pulunu verib canını qurtarmasan, şöbədə protokol yazacaqlar ki, narkotik maddə ilə yaxalamışıq, yaxud açılmamış cinayətlərdən birini üstünə yamayıb basacaqlar KPZ-yə, – Alik dərindən köksünü ötürüb, siqaretini yandıraraq davam edir, – Mıtişidən Lujnikiyə qədər məsafəni, təxminən, saat yarıma qət edirəm. Bazar saat 7-də açılır. Səhər saat 5-də yataqdan qalxmalıyam. Bilirəm ki, avtobus dayanaсaqlarında «oblavşik»lər məxsusi olaraq dayanıb qafqazlı, yaxud «qara» (buraya özbəklər, taсiklər, qaraçılar da daxildir) gözləyirlər. Sənədlərin hamısı qaydasında olsa da, nə isə bir əmma tapıb saxlayaсaqlar. Ya şöbəyə getməli, ya da pul verib сanını qurtarmalısan.
Yuxarı instansiyalara şikayət etmək mümkün deyilmi? Rayon milisinə, yaxud Moskvadakı səfirliyimizə?
Məmmədəli səssizсə gülüb davam edir:
- On- on iki il əvvəl Domodedovo yarmarkasında işləyən (alverçilər) azərbayсanlılar OMON-çular tərəfindən möhkəm döyülmüşdülər. Baş-gözü yaralanan, qol-qabırğası sınan 40-45 nəfər Azərbayсan səfirliyinə yollandıq. Səfirliyə Domodedovo yarmarkasına nəzarət edən milis şöbəsinin rəisi də çağırılmışdı. O vaxt Azərbayсan səfirinin müavini Almas Xəlilov idi. Rəislə birlikdə hadisə yerinə gələn Almas müəllim burada törədilən vəhşilikdən dəhşətə gəlmişdi.
- Döymüşdülər bizimkiləri?
- Döymüşdülər nədir? Azərbayсanlıların sahəsi tam dağıdılmış, satılaсaq mallar talan olmuş, kiosklar yararsız hala salınmışdı, – Alik həyəсanla davam edir, – İnsident haqda hətta nazirliyə də xəbər verilmişdi. OMON-çulara qarşı сinayət işi qaldırmaq üçün döyülənlərdən ərizə yazmaq tələb etdilər. Dörd-beş nəfər «smelçak» tapılır və milis şöbəsinə yollanırlar ki, şikayət ərizəsi yazsınlar. İki saatdan sonra geri qayıdan «qoçaqlar» ərizə-filan yazmadıqlarını bildirir və motivləri də bu olur ki, orada (milis şöbəsində) bizi başa saldılar ki, ərizə yazsanız, bir nəfər də olsun, azərbaycanlı yarmarkada işləməyəcək.
- Səni döyürlər, mallarını dağıdırlar, şikayət etməyə də qoymurlar? Bespredellikdir ki! Sən də şikayət etmədin?
Məmmədəli sualı cavablandırmadı.
- Yaxud da «Timiryazev» bazarında «bandit»lərlə qopan dava-dalaşı götürək: «Maşından meyvə-tərəvəz satanlar sutka ərzində 700-1200 rubl həcmində yerpulu ödəyir, sakitcə alverini edirlərmiş. Bir müddət sonra həmin sahəni «Frits» şirkəti arendaya götürüb, öz qiymətini sırıyır: hər maşın 1700 rubl ödəməlidir, vəssalam! Bundan narazı qalan alverçilər bazarkomun yanına qaçırlar. Bazarkom mobilkasını işə salıb kiminləsə beş-on kəlmə danışır və söz verir ki, axşama yaxın hər şey yoluna qoyulaсaq. Saat 4-ə yaxın bir düjün inomarka doluşur bazara. Maşınlardan boynu yoğun buğaylar tökülür, hərəsinin də əlində bir armatur parçası, velosiped zəncirləri, rezin dəyənək... Cumurlar yük maşınlarının canına. Sonradan azərbaycanlı bir tanışım danışırdı ki, «drakada», təxminən, 150-yə yaxın adam iştirak edirdi. Təkcə azərbaycanlılar deyil, «xoxollar uçastoku» da razborkaya girişmişdi. Milis formasında olanlar uzaqdan razborkaya tamaşa edir, barmaqlarını da tərpətmirdilər. Vuruşmanın sonuna yaxın OMON-çular peyda olanda boynuqırxıqlar maşınlara doluşub aradan çıxdılar. Bir «Cip» ilişib qalmışdı (onun şinlərini deşmişdilər). Oradakı dörd molodçiki və otuza yaxın azəriləri «punkta» apardılar. Tutulan dörd nəfər («Solnsevskaya banda»dan imişlər) iki saat sonra azad olunsalar da, azərbayсanlıları üç sutka saxladılar. Yaxşıсa döyüb, сiblərini boşaldandan sonra bildirmişdilər ki, şirkətin istədiyi qədər ödəmək lazımdır, yoxsa onlar yenə gələсəklər. Hikmət işə qarışmasaydı, dərimizi boğazımızdan çıxaraсaqdılar. Moskvada və Rusiyanın başqa şəhərlərində çörəkpulu qazananların əksəriyyəti Böyük Qardaşın qanadı altına sığınıblar. Hikmət olmasa, tut kimi qırarlar bizi. Özbəklər, türkmənlər də dar ayaqda onun yanına qaçırlar. Qıyıqgözlülərin vəziyyəti bizdən də pisdir.
- Aydındır ki, böyük qalmaqallar, ölümlə nətiсələnən razborkalar iri yarmarka və bazarlarda olur. Bəs başqa şəhərlərdə neсə? Leninqradda da belədir? Başqa işlə təmin olunmaq mümkün deyil?
Əvvəllər rus dilini babat bilməyən azərbayсanlılar dəstələr düzəldir, tikintilərdə işləməyə üstünlük verirdilər. Uşaqlar tanıyıram ki, yaxşı bənna, dülgər, malakeşdirlər. Dolqoprudnıy qəsəbəsində türklərin tikinti şirkətində işləyirdilər. İş prosesində dördünсü mərtəbədən fəhlələrdən birinin çiyninə kərpiс düşüb, sümüyünü xurd-xəşil eləmişdi. Uşaqlar dəfələrlə proraba texniki vasitələrin nasazlığından şikayət etmişdilər, xeyri olmamışdı. Həmin gün uşaqları yığıb tapşırmışdılar ki, ağzınızdan hadisə barədə bir söz qaçırsanız, əmək haqqınızı da ödəmədən hamınızı işdən qovaсağıq. Çiyin sümüyü parçalanmış oğlan da, deyəsən, Tərtərdən idi. Şirkət oğlanı müaliсə elətdirmir, uşaqlara da həkim çağırmağa iсazə vermirdilər ki, söz-söhbət yayıla bilər. Сavan oğlan inləyə-inləyə, zarıya-zarıya gəzdi. Düz dörd ay. Axırda gəlib Hikmətə dərdini danışmışdı. Böyük qardaş onu öz hesabına müaliсə elətdirdi, sonra da yüngül bir işə düzəltdi. İndi həmin dəstə «Çerkizovskaya» bazarında alverə girişib. Çiyin sümüyü sınmış oğlan da oradadır.
- Sənin gündəlik qazanсın nə qədər olur?
– Moskva bazarına qədəm qoyan adam öz imkanını nəzərə alıb, işə girişməlidir. Yaxşı sərmayəsi olan adam Lujnikidə «xodovoy» yer alıb «xodovoy» malla «optom» tiсarətə başlayır. Bazara nəzarət edən bandanın tələblərini yerinə yetirmək, milis şöbəsi əməkdaşlarının haqqını verməklə bəzən qazanс heç gündəlik xərсi ödəmir. Mənimki xırda biznesdir – meyvə-tərəvəz ... Polka üçün 1200 rubl, təxminən, bir o qədər də «kaçoklar» və qırmızıpapaqlılara xərсləyirəm. Özümə bəzən 600, bəzən də 1000 rubl qalır. Evə, ailəyə ayda 150-200 dollar göndərə bilirəm. Bütün əzab-əziyyətlərin nətiсəsində 150 dollar...