Bax bizə elə bu ləkə yaraşır

Bax bizə elə bu ləkə yaraşır
3 iyul 2013
# 15:14

Kulis.Az Aytən Nəsibbəylinin yeni şeirini təqdim edir.

Aygül Qurbanova üçün


Biz gözəlliyi şeirlərdə gördük, Balaca.
Şeir kimi yaşadıq
Sevgini də,
Kədəri də.
Əllərinə bax.
Gördüyün ləkədədir gözəllik.
Tutduğun qələmdir o.
Onlar anlamazlar.
Gülərlər.
Gəl onları bağışlayaq, Balaca!
Qalmasın kimsədən heç bir zərrə,
tikan daha.
Üzümə bax,
əllərimə.
Qollarım eləcə mürəkkəb yazısıdır.
Bax bizə elə bu ləkə yaraşır, Balaca.
Ağlama.
Yum gözlərini. Bir şeir de.
Dincələk, Balaca.

# 2156 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #