“Üç saat işləyib az qazanan fəhlələr xoşbəxtdir” - RUS REJİSSORLA SÖHBƏT

“Üç saat işləyib az qazanan fəhlələr xoşbəxtdir” - <span style="color:red;">RUS REJİSSORLA SÖHBƏT
25 fevral 2017
# 13:10

Yelena Qremina – Rusiyalı rejissor və “Yeni dram” axınına mənsub dramaturqu. “Sənədli teatr” layihəsinin yaradıcısı, 2002-ci ildə yaradılmış Rusiyanın ilk müstəqil və qeyri kommersiya teatrının “Teatr-doc”un (sənədli teatr) banisi və rəhbəridir. Həmçinin Qremina “Yeni dram” “Yeni pyes”, “Lyubimovka”, “Kinoteatr.doc” kimi festivalların və gənclər üçün dramaturgiya müsabiqələrinin, laboratoriya və seminarların təşkilatçısıdır.

Kulis.az rus kino tənqidçi Nina Zarxinin rejissor, prodüser, dramaturq Yelena Qremina ilə müsahibəsini təqdim edir.

- Bu il “Kinotavr”da (Rusiyada yerli kinofestival) belə, peşəkarlar, elə tamaşaçılar özləri də iqtisadiyyatda vəziyyətin acınacaqlı olduğunu qeyd edirlər. Bunun səbəblərini anlamağa çalışırlar. Çoxları üçün elə mənə görə də, yaradıcı və insani apatiyanın əlaməti insanların sosial reallığa marağının itməsidir. Yaşadığımız dövrə marağın itməsidir. Demək olar ki, belə ssenarilər, filmlər azdır, yoxdur.

Prodüser İqor Mişin isə bu laqeydliyi müsbət hal kimi dəyərləndirir: bizim sənətimiz sosiallıqdan yorulub, nəhayət ki, görməli olduğu işlə məşğul olmağa başlayıb- insanın şəxsi həyatı ilə, ailəyə münasibəti ilə və s.

Məgər şəxsi dünya və sosial dünya ayrılıqdamı mövcuddurlar? Məgər reallıq atalar və oğullar, sevgi üçbucağı, alyansı və s. kimi əbədi süjetlərdən yanındanmı keçir? Məgər bu reallıq həmin bu əbədi süjetlərin yeni, xüsusi mahiyyətini məzmununu açıqlamırmı?

Mən siyasi kinodan danışmıram, publisistikadan da danışmıram. Aydındır ki, “Bataqlıq işi”ni ekrana kim buraxır...

- Siz məgər bizim Dokda “Bataqlıq işi”nə baxmısnız? Bu ailə əhvalatından götürülüb. Sevginin qalib gəlməsi, ailənin dövlətdən uca olması haqdadı. İnsanın ailədə xilas tapması haqdadı.

- Hə, bu sevgi əhvalatı bugünkü günlə sıx əlaqədədir.

- “Gənc Verterin iztirabları” da yazılanda “bugünki” zamanda baş vermişdi. Müəllifin sayəsində o, əbədi əsər oldu. Məncə aktual süjeti əbədi edən, şəxsi əhvalatı mif edən müəllifdir. Başqa bir epoxada bu əhvalat ola bilsin ki, yazılmazdı da. Napoleon Verteri 14, ya da 17 dəfə oxuyub. O, yazılanda çağırış kimi yazılmışdı, elə də qəbul olundu. Şəxsi həyat çağırış olubmuş. Yəni, burada şəxsi, özəl süjet və sosial, aktual süjet çılpaq anlayışları bir-birindən təcrid etmək çətindir. Bunlar bir-birinin içindədir.

- Mişin həm də hesab edir ki, rusiyalı “Cənab Lazaresko”lara (“Cənab Lazareskonun ölümü” adlı tragikomik Rumın filmi nəzərdə tutulur. Film tibbi yardıma ehtiyacı olan yaşlı bir adamın xəstəxanadan-xəstəxanaya ötürülüb nəhayətdə lazım olan vaxtda tibbi yardım ala bilməməsi haqdadır) görə həyəcan təbili çalmaq əsassızdır. Yəni, sosial reallıq nəinki maraqlı deyil, hətta material kimi də aktual deyil. Məsələn, insanlar əyalətdə xoşbəxt yaşayırlar. Kişilər balıq tutur, ailələrini saxlayırlar...

- Bilirsiniz, mən İqorla razılaşıram. Bizim sənədli teatral araşdırma-layihəmiz var idi – “Motovilixinli fəhlələr”. Bizim müəlliflər Motovilixə böhrandan əvvəl, daha sonrasa böhranın ən qaynar vaxtlarında getdilər. Deyirdilər ki, gedib görəcəyik hər şey dəyişib. Gedib fəhlələrlə söhbət etdilər. Məlum oldu ki, böhrana görə adamlar həftədə 3 saat işləyir, ona görə də az məvacib alırlar. Amma bununla belə, deyirdilər ki, tamamən xoşbəxtdilər, çünki indi ailələri ilə çox vaxt keçirirlər.

Xoşbəxtlik mürəkkəb kateqoriyadır və çox şeydən asılıdır. Elə olmasaydı inkişaf etmiş ölkələrdə depressiya nədir bilməzdilər, intiharlar orada bu qədər olmazdı.

- Əlbəttə. Amma mən “Motovilixa”da bu verbatim-tamaşanın bir hissəsini gördüm, sosial reallığın şəxsi həyatı müəyyən etməsini gördüm. Layihəni uzadıb bu gün, həmin kişilərin illərlə evdə işsiz oturduqdan sonra nə his etdiklərini görmək maraqlı olardı.

- Ola bilər ki, hər şey qarşılıqlıdır, hətta bu haqda danışmaq gülməlidir. Deyək ki, Çexovun pyesləri...

- ... adamlar loto oynayır, ya da çay içirlər...

- ... amma bu müasirlərə onların həyatından, onları əhatə edən mühitdən çox şey deyir. Sadəcə bu gün Çexov dövrün əlamətlərindən azad olur-zahiri və daxili əlamətlərindən. Ya da məsələn biz “Beş axşam”ı götürüb mövcud zamandan kənar bir pyes kimi tamaşaya qoysaq, əbədi əhvalat danışırıq, adamlar da onu elə də qəbul edəcəklər. Amma Volodinin tamaşaçıları və ya oxucuları 30-40 il əvvəl elə həmin əsərdə onlara o zaman aktual olanı görüblər. Bunlar insanların əhvalıyla, mövzuyla bağlı olan məsələlərdir.

- Amma “əbədi” olandan hər kəs özünə aktual olanı çəkib çıxara bilir. Bugünkü günü anlamağa məhz Şekspirin və ya Volodinin kömək etdiyini rejissor müəyyən edir və bu da istedaddan asılıdır. Dərinliyə enmək həvəsindən asılıdır. Yoxsa aktuallığı və ya müasirliyi “dəbdə olan kostyum” geydirməklə etmək mümkün olmayacaq. Bəlkə doğrudan da bugünkü yaradıcı insanlara gerçəklik maraqlı deyil.

- Deyə bilmərəm, bəlkə onlar senzurayla rastlaşmaq istəmirlər. Məsələn, terrorçularla əlaqəsinə görə ittiham olunan gənc qız. Bu hadisə mətbuatda çox səs-küylü oldu. Baxın, bu da ailə əhvalatıdır, şəxsi əhvalatdır. Ərə getmək istəyən gənc, gözəl qız haqdadır. Tənha idi, sevgi istəyirdi. Ata-anası ayrılıb, o isə atılmış bir vəziyyətdə. Bu cəmiyyət haqdadır, ya yox? Bu bəyəm yalnız şəxsi əhvalatdır? Yainki uşaq intiharları? Burada şəxsini sosiumdan necə ayıra bilərsən? Bir cahıl oxumağa getdi, o biri yox. Qonşun quldurlara qoşuldu, sən yox. Bizim reallığımızda şəxsi seçim var, ya yoxdur?

- Yalnız praqmatik-prodüserlər yox, rejissorlar, “dünənin müəllifləri” də düşünür ki, niyə tamaşaçını əzabla, ağırlıqla, darıxmaqla yükləyim? Ona onsuz da həyat ağırdır. Hələ bir ekranda da çürümə, çirkab...

- Çirkab nə deməkdir? Gənc qızın terroristlə yazışması, sevgi axtarışında allah bilir hara gedib çıxması və həyatını məhv etməsi çirkabdır? Burada çirkab və çürüntü hardadır? Atılmış gənc nəslin problemi ciddi məsələdir. Mən əminəm ki, tamaşaçıya bu kolliziyalar maraqlı olardı. Əlbəttə, prodüserlər risk etmək istəmirlər, TV-nin sınaqdan keçirdiyi işə qaçırlar: qadının ağır həyatı-ər məşuqə tapıb filan... Məsələ prodüser iradəsindədir. Onlar sinikdirlər, yoxsa cəsarətli və mürəkkəb film etməyə iddialıdırlar... Məsuliyyət hissləri varmı.

- Bir məsələ də var: Rejissor və prodüserlər deyir: bu gün üçün aktual olanlar haqda çəkdik; lap elə o dediyiniz qız haqda da. Bəs sabah bu kimə maraqlı olacaq? “Əbədi” əsərlər çəkmək istəyirlər. Aktuallıq gedir. Əbədisə qalır. Yeri gəlmişkən sizin dok-tamaşaların ömrü nə qədərdir?

- Bizim “Dok.tor” tamaşamız 10 il getdi, onun haqda film də çəkdilər. Terroristlə yazışan qıza gəlincə, bu elə əbədi əhvalatdı: qadın arxetipi, sevgisi üçün hər şeyə gedən qadın. Mif, Medeya... Bununla belə, sosiumla üzbəüz qalan inanılmaz təfərrüatları olan şəxsi əhvalatdır.

Tamaşaçı indi başqa bir şey istəyir, hələ ki, sənədli filmlə məmnun olmayıb. Yeni təqdimat üsulu, tamaşaçıyla yeni əlaqə lazımdır. Bizim fevralın ortasında “şahid səhnədə” adlı konfransımız olmalıdır. Orada aktyorlarla bir sırada hadisənin real iştirakçıları olacaq. Sənədli teatr, əgər o əsl sənədli teatrsa uzun, əzablı bir işdir, özündən bir hissəni ora qoymalısan. Həm də motivə edicidir: Adama bu nə üçünsə lazımdır. Mən düşünürəm ki, niyə adamlar bloqerləri oxuyurlar? Müəllifin daxili dünyasını nümayiş etdirən, 5 mükafat almış kitabı yox, amma naməlum şəbəkə yoldaşını?

Çünki, bloqer öz motivini təqdim edir-öz “susa bilmirəm”ini, bu gün yaşadığı təcrübəsini, zamanla ayaqlaşmaq cəhdini. Müəllifin ehtirası tamaşaçı, oxucu biganəliyinə qalib gəlir. Fransuaza Saqanın “Salam, kədər”ində daha böyük motiv var- daxili dünyanın nümayişi var, amma siz bunu da oxuyacaqsınız. Ümumiyyətlə, ciddi yanaşsaq, əslində şəxsi əhvalat deyə bir şey yoxdu...

- Bəs Çexovun “Can-ciyər”i?

- “Hətta o da Rusiyada qadının vəziyyəti haqdadır”-sosioloq sizə məhz belə cavab verər.

# 1443 dəfə oxunub

Müəllifin son yazıları

# # #