Erotik videoları ilə şantaj olundu, evində şir saxlayan qadınla evləndi – Amaliya Pənahova onu niyə ölənə kimi bağışlamadı?

Erotik videoları ilə şantaj olundu, evində şir saxlayan qadınla evləndi – Amaliya Pənahova onu niyə ölənə kimi bağışlamadı?
6 aprel 2023
# 13:18

Kulis.az bu gün 70 yaşı tamam olan Xalq artisti, aktyor Kazım Abdullayev haqqında maraqlı faktları təqdim edir.

Kazım Ənvər oğlu Abdullayev 6 aprel 1953-cü ildə Bakının Balaxanı qəsəbəsində anadan olub. Atası Ənvər kişi öz zəhməti ilə uşaqlarını dolandıran, lap körpə yaşlarından övladlarına da zəhmətkeş, xeyirxah, mərd olmağı öyrədən biri olub.

***
Kazım orta məktəbi bitirən kimi, 17 yaşında Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Dövlət Mədəniyyət və İncəsənət Universiteti) “Dram və kino aktyorluğu” fakültəsinə daxil olub. SSRİ Xalq artisti, Azərbaycan teatrında öz məktəbini yaratmış, uzun illər Akademik Milli Dram Teatra rəhbərlik etmiş Adil İsgəndərovun sinfinə qəbul olunub. Tələbəlik illərində aktyor yoldaşlarının, həm də rejissorların sevimlisi olub.

***
1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirən Kazım 1976-cı ildə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Elə həmin vaxtlarda Camal Yusifzadənin «Səhər qatarı» tamaşasında Manaf rolunda böyük uğurla çıxış edib.

***
Daha sonralar Georgi Xuqayevin “Varlı ev” faciəsində Beçir, Akif Həsənoğlunun “Yanmış evin nağılı” əsərində Həmid, “Şah İsmayıl” tarixi faciəsində Dədə bəy rollarını ifa edib.

Sumqayıt Dövlət Dram Teatrında aktyor onunla birlikdə aktyor kimi fəaliyyətə başlayan Ağalar İdrisoğlu dostunun bir aktyor kimi peşəkarlığına, roldan-rola inkişafına çox sevinib. Məhz buna görə də onunla bağlı dünya klassiklərinin bir neçə pyesini repertuarına salmağı planlaşdırıb.

Кязым Абдуллаев (Kazım Abdullayev) - актёр - фотографии - актёры Ближнего  Зарубежья - Кино-Театр.Ру

Əməkdar İncəsənət Xadimi bu barədə xatirələrində qeyd edir:

“Hətta Şekspirin «Korialan» pyesini Azərbaycan dilinə məhz Kazıma görə tərcümə etdirmişdim. Amma həmin vaxtı Azərbaycan Mədəniyyət Nazirliyi bu tamaşanı hazırlamaq üçün dövlət sifarişi kimi teatrımıza pul ayırmadığına görə bu arzumuz reallaşmayıb…”.

Uşaqların dediyinə görə, mən yaxşı atayam” - Kazım

***
Aktyor Sumqayıt Dövlət Dram Teatrındakı dövründə Cəfər Cabbarlının "Oqtay Eloğlu" tamaşasında Oqtay, Hüseyn Cavid "Afət"ində Ərtoğrul, Rüstəm İbrahimbəyovun "Park"ında Marat, Anarın "Təhminə”sində Muxtar və başqa rollarda səhnədə yer alıb.

***

Sumqayıtda geniş fəaliyyəti olsa da, Bakı şəhərində yaşayan sənətçini hər gün Bakıdan Sumqayıta gəlib-getmək onu usandırdığından 1996-cı ilin yanvar ayından Bakı Bələdiyyə Teatrına üz tutub. Aktyor bununla həm də ailəsinin maliyyə problemlərini daha yaxşı həll edə biləcəyini fikirləşirmiş.

***

Əməkdar artist Kazım Abdullayev Nina Berberova ilə ailə həyatı qurur. Bu, Nina Berberovanın ikinci evliliyi olur. Ninanın ilk həyat yoldaşı faciəli şəkildə vəfat edib. Aktyorla ailə quran zaman Nina Berberovanın ilk evliyindən bir qızı və oğlu olub.

Qeyd edək ki, Nina Abdullayeva (Berberova) “Şir evdən getdi”, “İtalyanların Rusiyadakı qeyri-adi sərgüzəştləri”, “Oğlan, qız və şir”və s. filmlərdə çəkilən “Kinq” adlı şirin sahibi olub.


80-ci illərdə evlərində şir saxlayan Berberovlar ailəsi təkcə Bakıda deyil, bütün SSRİ-də məşhur olub. Ailə haqqında bir neçə sənədli film də çəkilib.

65 ildə həyatın hər üzünü görmüşəm" - Kazım

Bakı zooparkından Nina Berberovanın qızı Yeva Berberovanın istəyi ilə evə gətirilən heyvan böyüdükdən sonra təhlükə törətmədiyi üçün tezliklə kinolarda da yer almağa başlayır.


“İtalyanların qeyri-adi sərgüzəştləri” filminin çəkilişləri zamanı tələbə Valentin Markova hücum etdiyi üçün milislər güllə ilə “Kinqi” öldürürlər. Filmin xaricdəki prokatından sonra Kinq dünya şöhrəti qazanır.

Evində şir saxlayan ailənin dəhşətli faciəsi

Uşaqlarının istəyi ilə Nina Berberova ailəyə ikinci şir balasını gətirir və ona “Kinq II” adı verir. 1978-ci ildə həyat yoldaşını itirən Nina Berberova iki il sonra növbəti faciə ilə üzləşir. 1980-ci il noyabrın 24-də “Kinq II” Nina Berberovaya ağır xəsarətlər yetirir, oğlu 14 yaşlı Romanı isə parçalayıb öldürür. Başından aldığı xəsarətlərdən Nina Berberova uzun illər xəstə yatıb. Bir müddət sonra dostu, aktyor Kazım Abdullayevlə ailə həyatı quran Nina Berberova iki övlad dünyaya gətirib.

Nina Abdullayeva uzun sürən xəstəlikdən sonra 2018-ci ildə dünyasını dəyişib.

***

Bakı Bələdiyyə Teatrına çalışmağa gələn aktyorun dövründə teatrın rəhbəri Amaliya Pənahova olub. Lakin bir müddət sonra bu teatr Kazıma darlıq etməyə başlayır. Teatrların öz binası olmayanda işlərin ləng getdiyi düşünən sənətçi buradan ayrılıb. Daha sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına müraciət edib. Buna görə Amaliya xanım ömrünün sonuna kimi onunla küsülü qalıb. Aktyor bu haqda danışarkən bildirib:


“Mən teatrdan ayrılmaq istəyənə qədər onunla münasibətim yaxşı idi. Ancaq teatrdan getdiyimə görə mənimlə danışmadı. Gərək məni başa düşəydi. Onu çox istəyirdim. İki il işsiz qalsam da, teatra geri qayıtmadım. Amaliya xanım ölənə qədər məni bağışlamadı”.

Кязым Абдуллаев (Kazım Abdullayev) - актёр - фотографии - советские актёры  - Кино-Театр.Ру

***

Oynadığı rolların heç biri bir-birinə bənzəməyən aktyor dramatik rolu da, komik, faciəvi rolları da çox məharətlə, peşəkarlıqla ifa edib. Tezliklə tamaşaçılarının ən sevimli aktyorlarından birinə çevrilib. O, bu rollarla özünəməxsus tamaşaçı kütləsi qazanıb. Ağalar İdrisoğlu özünün məqaləsində bu haqda qeyd edib:


“Yadımdadır ki, Kazım Akif Həsənoğlunun mənim quruluşumda «Yanmış evin nağılı» tamaşasında Həmid obrazında çıxış edən vaxt, daş ürəkli tamaşaçı belə onun iztirablarına, sarsıntılarına kövrəlirdi. Bu tamaşada hətta kişilərin tamaşaçı zalında necə hönkürtü ilə ağlamasının mən dəfələrlə şahidi olurdum. Bunda Kazımın rolu çox böyük idi”.

Aktyor müsahibələrindən birində aktyor olması ilə bağlı danışarkən bildirib ki, bunu heç vaxt planlaşdırmayıb:

“O vaxt 60-cı illər kosmos dövrü idi. Yuri Qaqarin kosmosa uçmuşdu deyə hamı kosmonavt olmaq istəyirdi. Ağlıma gəlməzdi ki, elə bir dövrdə aktyor olacam”.

Kökdən gələn bütövlük

***

2022 Xalq artisti Kazım Abdullayev şantaj olunmaqla gündəmə gəlib. Təhdid mesajlarını göndərən şəxs sənətçidən pul tələb edib və pulu ödəməyəcəyi təqdirdə onun erotik videolarını paylaşacağını bildirib. Biabır olmaq istəmədiyini bildirən aktyor sosial şəbəkələrdə həmin şəxsin yazdıqlarını paylaşaraq bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edib.

Kazım Abdullayevin siqareti tərgitməklə bağlı maraqlı xatirəsi var. Belə ki, aktyor diplom tamaşasında səhnədə siqaret çəkməli imiş. Lakin məşq vaxtı çəkir, gözlərinə tüstü gedir və onu öskürək tutur. Bundan sənətçi bir daha siqaret çəkməyəcəyinə söz verib.

***

K.Abdullayevin mükafatlarının sayı da oynadığı rolların sayı qədər çoxdur. Belə ki, sənətçi 2002-ci ildə Heydər Əliyevin sərəncamı ilə Əməkdar Artist fəxri adına, 2015, 2016, 2017, 2018, 2020 və 2021-ci ildə Prezident Mükafatına , 2017-ci ildə Cəfər Cabbarlı mükafatına, 2022-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 2019-cu ildə isə sənətçi Azərbaycan Respublikasının Xalq artisti fəxri adını alıb.

70 yaşı tamamlayan aktyor hazırda Azərbaycan Akademik Millİ Dram Teatrında fəaliyyət göstərir.

# 6481 dəfə oxunub

Oxşar xəbərlər

# # #