Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib
1 noyabr 2024
# 14:27

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və ölkəmizin Kubadakı səfirliyinin birgə təşkilatçılığı, Kuba Mədəniyyət Nazirliyi və Tarixi Havana Şəhər İdarəsinin dəstəyi ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş Azərbaycan milli musiqisi və rəqslərindən ibarət konsert proqramı keçirilib.

Kulis.az xəbər verir ki, Havana şəhərindəki “Danza Teatro Retazos” teatrında gerçəkləşən tədbirdə Kubanın Xarici İşlər, Mədəniyyət nazirlikləri, Tarixi Havana Şəhər İdarəsi, diplomatik korpusun, eləcə də Türkiyə, Ukrayna, Qazaxıstan, Rusiya, Gürcüstan, Çili, Venesuela, Qrenada, Niger səfirliklərinin nümayəndələri, yerli ictimaiyyətin üzvləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən ölkəmizin Kubadakı səfiri Ruslan Rzayev Azərbaycanın zəngin mədəniyyəti, muğam və milli rəqsləri barədə qonaqlara məlumat verib, muğamın Azərbaycanın musiqi mədəniyyətində tutduğu xüsusi yeri və onun UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini vurğulayıb.

Sonra konsertdə “Simurq” muğam qrupunun solisti Mirələm Mirələmov, Elnur Mikayilov (kamança) və Əməkdar artist Kamran Kərimov (nağara), eləcə də Zəki Vəliyevin (tar) ifasında Azərbaycan muğamının inciləri səslənib. Azərbaycan Dövlət Rəqs Ansamblı tərəfindən milli rəqslərimizdən ibarət nümunələr təqdim edilib.

Tədbirdən əvvəl Havana şəhərinin mərkəzi “Plaza de Armas” meydanında da milli rəqslərimiz ifa olunub.

# 2182 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər