“Üsyan” adlı kitab çap olundu

“Üsyan” adlı kitab çap olundu
22 may 2014
# 15:19

“Qədim Qala” Nəşriyyatında Rövşən Abdullaoğlunun “Üsyan” adlı yeni kitabı nəşr olunub. “Üsyan” insanın qərar tapdığı şəraiti öz istəyinə görə dəyişmək və mövcud mənfi şəraitə hakim olmaq istəyinin təzahürüdür. Mövcud vəziyyəti öz nəzarəti altına almağı bacaran insanın hədəflərini həyata keçirmək cəhətində çox böyük uğurlu addımlar atacağı mütləqdir.

“Üsyan”, eyni zamanda ekzistensial həyəcanı olan insanlara da bir xitabdır. Bu həyəcanı insanların keçirdiyi adi qorxu hissi ilə qarışdırmayın. Qorxu hissi konkret bir obyektə yönəldiyindən onu yaradan amil daha məhdud və daha aşkardır. Ekzistensial həyəcanın səbəbləri isə müəmmalı və naməlumdur. Burada qeyri-müəyyənlik, gizlilik, əhatənin genişliyi daha çoxdur. Başqa cür desək, qorxu xüsusi, ekzistensial həyəcan isə ümumi formaya malikdir. Qorxunu doğuran səbəbin üzərinə getmək, onu təhlil etmək mümkün olduğu halda, bu həyacanı doğuran səbəbə nisbətdə eyni addımı atmaq mümkün deyildir. Ekzistensial həyəcan zamanı insan təşvişinin, ruhi iztirablarının səbəbini dəqiq olaraq müəyyənləşdirə bilmir. Belə bir ruhi böhrana düşmüş insan daxilində böyük bir boşluq hiss edir. Bu mənəvi boşluğu dolduran həyəcan hissi nəticədə insana çox üzücü hallar yaşadır.

Bu kitab eyni zamanda həyatda məna axtaran insanlara da mesajdır. “Üsyan” hesab edir ki, həyatda ən böyük təhlükə hər bir şeyi dəyişmək istəyən və heç bir şeyi dəyişmək istəməyənlərdir. Günümüzün insanının bütün fikri həyatındakı məna yoxluğunu doldurmaq üçün əsaslı dəyişiklik etməyə yönəlmişdir. “Üsyan” bu yoxluğu doldurmaq cəhdidir.

Kitabı bütün kitab mağazalarından əldə edə bilərsiniz.

# 4805 dəfə oxunub

Oxşar xəbərlər

Tanya xalanın yumşaq bacarıqları - Sahilə Yayanın yeni hekayəsi

Tanya xalanın yumşaq bacarıqları - Sahilə Yayanın yeni hekayəsi

12:00 21 may 2025
Klassika, yoxsa plagiat... - "Yad et məni" şeiri oğurluqdur?

Klassika, yoxsa plagiat... - "Yad et məni" şeiri oğurluqdur?

15:00 20 may 2025
Çaldıran döyüşü Kərbəla faciəsinin ideoloji davamıdır - Fəxri Uğurlu

Çaldıran döyüşü Kərbəla faciəsinin ideoloji davamıdır - Fəxri Uğurlu

09:00 20 may 2025
Şeyxin müavini:  "İndiyə qədər buna oxşar kitaba rast gəlməmişəm"

Şeyxin müavini: "İndiyə qədər buna oxşar kitaba rast gəlməmişəm"

12:00 16 may 2025
Mənim atam... - Ədəbiyyat tarixinin ən kədərli mətnlərindən biri

Mənim atam... - Ədəbiyyat tarixinin ən kədərli mətnlərindən biri

09:00 16 may 2025
Bunu ilk dəfə Cəlil Cavanşir edib - Heç yaddaşı ağrıyan insan gördünüzmü?

Bunu ilk dəfə Cəlil Cavanşir edib - Heç yaddaşı ağrıyan insan gördünüzmü?

15:00 15 may 2025
# # #