Əskişəhər Caz Festivalı keçiriləcək

Əskişəhər Caz Festivalı  keçiriləcək
16 avqust 2025
# 11:00

Bu il 4–5 oktyabr tarixlərində “Şəhəri cazla tanı” mövzusunda Əskişəhər Caz festivalı baş tutacaq.

Kulis.az xəbər verir ki, Təpəbaşı Bələdiyyəsinin dəstəyi və "Beyaz Group"un tərəfdaşlığı ilə "Polka Music Production" tərəfindən təşkil olunan festival şəhərin mədəniyyətini, memarlığını və gənc enerjisini caz musiqisi ilə bir araya gətirəcək.

Festival proqramında Ayhan Sicimoğlu & Latin All Stars, Kerem Görsev Trio, İlhan Erşahin & Barış K, Hey Douglas, Cehan Barbur, Fikri Karayel, Jülide Özçelik, Ceren Gündoğdu, Evrencan Gündüz və KAM kimi sənətçilərin çıxışları yer alacaq.

Bundan əlavə, velosiped turları, sabah yoqası, seminarlar, uşaq konsertləri, müze görüşləri və yaradıcılıq atelyeləri də festival proqramına daxildir.

Festival ərazisində yaradıcı brendlər, əl işi məhsullar və mədəniyyət-sənət yönümlü stendlər də təşkil olunacaq.

Gənc ifaçılara dəstək məqsədilə keçirilən “Açıq Çağrı Səhnəsi”ndə bu il Danae Palaka və Tolga Şanlı Power Trio çıxış edəcək.

Qeyd edək ki, festivaldan əvvəl sənətçilərlə müsahibələr və xüsusi musiqi siyahıları YouTube və Spotify platformalarında yayımlanacaq.

# 1326 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun  60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

Van Qoqun 60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

18:30 13 oktyabr 2026
Türkiyənin məşhur  musiqi qrupu qlobal dinlənmə siyahılarında

Türkiyənin məşhur musiqi qrupu qlobal dinlənmə siyahılarında

18:00 13 oktyabr 2026
Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

17:32 13 oktyabr 2026
"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

17:00 13 oktyabr 2026
Tanınmış əruzşünas alim vəfat etdi

Tanınmış əruzşünas alim vəfat etdi

16:47 13 oktyabr 2026
Prezidentin yer aldığı film-həyat – “44”

Prezidentin yer aldığı film-həyat – “44”

16:30 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər