Milli kinofestival təsis olundu

Milli kinofestival təsis olundu
21 may 2019
# 15:45

Azərbaycan Respublikası Kinematoqrafçılar Ittifaqı yeni kinofestival təsis edib.

Kulis.az-ın verdiyi xəbərə görə, “Qızıl Pillə” adlanan Milli Kinovestivalı keçirməkdə məqsəd Azərbaycanda milli kino sənətinin inkişafına dəstək, kinematoqrafiyada peşəkar səviyyənin qorunub saxlanılması və bu sahədə çalışan kinematoqrafçıları həvəsləndirməkdir.

İki ildən bir, noyabr ayında, Bakı şəhərində keçiriləcək festivalda, son iki il ərzində Azərbaycanda istehsal olunmuş bədii və sənədli filmlər iştirak edəcək. Həmçinin, kinofestivalda bir çox nominasiyalar və xüsusi mükafatlar təqdim ediləcək.

Artıq milli kinofestivalın 2018-2019-cu illər üçün ən yaxşı tammetrajlı bədii film, ən yaxşı qısametrajlı bədii film, ən yaxşı sənədli film, ən yaxşı animasiya filmi, ən yaxşı orijinal ssenari, ən yaxşı rejissor işi, ən yaxşı prodüser işi, ən yaxşı kişi rolunun ifaçısı, ən yaxşı qadın rolunun ifaçısı, ən yaxşı operator işi, ən yaxşı rəssam işi, ən yaxşı bəstəkar işi, ən yaxşı səs tərtibatı nominasiyaları üzrə müsabiqə elan olunub.

Müsabiqənin şərtləri haqqında İttifaqın saytında ətraflı məlumat əldə edə bilərsiz.

# 2013 dəfə oxunub

Oxşar xəbərlər

“Humayla”  konserti təqdim olundu

“Humayla” konserti təqdim olundu

18:40 8 may 2024
"Sən elə bir zirvəsən!”  yenidən Akademik Musiqili Teatrda

"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda

18:00 8 may 2024
Mahcamal Babayevanın kitabı təqdim olundu -  "Hələ də gec deyil"

Mahcamal Babayevanın kitabı təqdim olundu - "Hələ də gec deyil"

17:30 8 may 2024
"Bayatı Şiraz"ın pik nöqtəsi - Çingiz Müstafayevin dünyaya göstərdiyi o qız

"Bayatı Şiraz"ın pik nöqtəsi - Çingiz Müstafayevin dünyaya göstərdiyi o qız

17:00 8 may 2024
"Mənim adımı qurultay nümayəndələri siyahısına salmadılar" - Əyalətdən dünyaya boylanan şair

"Mənim adımı qurultay nümayəndələri siyahısına salmadılar" - Əyalətdən dünyaya boylanan şair

17:00 8 may 2024
Bacımın ad günü, babamın ağrıları, Şuşanın işğalı – Qismət

Bacımın ad günü, babamın ağrıları, Şuşanın işğalı – Qismət

16:30 8 may 2024
# # #