"Bu hadisəyə sevindim" - Nazirliyin qərarına reaksiya

"Bu hadisəyə sevindim" - <span style="color:red;">Nazirliyin qərarına reaksiya
6 mart 2019
# 15:23

Xəbər verdiyimiz kimi, Azərbaycanın təhsil naziri Ceyhun Bayramov “Oxu günü” tədbirinin keçirilməsi haqqında əmr imzalamışdı. Əmrə əsasən, “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə respublikanın rayon və şəhərlərində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla kütləvi “Oxu günü” tədbiri keçiriləcək.



2015-ci ildə oxşar layihəni “Hədəf” nəşrlərinin rəhbəri, naşir, yazıçı Şamil Sadıq başlatmışdı. Kulis.az məsələ ilə bağlı onun fikirlərini öyrənib:



“Naşir olaraq həm özümüzü, həm də bütün kitabsevərləri təbrik edirəm. Biz “Oxu günü” layihəsinə 2015-ci ildən başlamışdıq. “Hədəf” nəşriyyatında başlatdıq bu layihəni. Roliklər hazırladıq, ictimaiyyəti məlumatlandırdıq. Birinci dəfə Binəqədidə, daha sonra Nəsimi rayonunda “Oxu günü” layihəsini reallaşdırdıq. İki il dalbadal Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Elmlər Akademiyası ilə birgə fəaliyyət göstərdik. Mədəniyyət Nazirliyi də bizə dəstək olmuşdu. Biz möhtəşəm tədbirlər keçirdik. Bu yaxında Təhsil Nazirliyinə məktublar yazdıq. Məktubumuz yolda olarkən nazirliyin “Oxu günü” layihəsi başlatdığını eşitdik. Bu çox sevindiricidir. Arzumuz odur ki, bu layihə bütün ölkəni bürüsün. Bu layihəyə biz başlamışdıq, indi daha səmərəli, daha ciddi bir layihə kimi ölkə ərazisində yayılacaq. Bizim layihəmiz uğurluydu, amma rayon məktəblərinə gücümüz və səlahiyyətimiz çatmırdı. Könüllülük prinsipi ilə layihəni həyata keçirirdik. İndi rəsmiləşdi. Daha mütəşəkkil hal alacaq. Artıq bu işin kimin başlatdığı önəmli deyil. Əsas odur ki, bu cür ciddi bir iş artıq rəsmiləşdi. Ümid edirəm ki, “Hədəf” nəşrləri də bu layihənin tərkibində olacaq”.

# 1848 dəfə oxunub

Oxşar xəbərlər

“Humayla”  konserti təqdim olundu

“Humayla” konserti təqdim olundu

18:40 8 may 2024
"Sən elə bir zirvəsən!”  yenidən Akademik Musiqili Teatrda

"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda

18:00 8 may 2024
Mahcamal Babayevanın kitabı təqdim olundu -  "Hələ də gec deyil"

Mahcamal Babayevanın kitabı təqdim olundu - "Hələ də gec deyil"

17:30 8 may 2024
"Bayatı Şiraz"ın pik nöqtəsi - Çingiz Müstafayevin dünyaya göstərdiyi o qız

"Bayatı Şiraz"ın pik nöqtəsi - Çingiz Müstafayevin dünyaya göstərdiyi o qız

17:00 8 may 2024
"Mənim adımı qurultay nümayəndələri siyahısına salmadılar" - Əyalətdən dünyaya boylanan şair

"Mənim adımı qurultay nümayəndələri siyahısına salmadılar" - Əyalətdən dünyaya boylanan şair

17:00 8 may 2024
Bacımın ad günü, babamın ağrıları, Şuşanın işğalı – Qismət

Bacımın ad günü, babamın ağrıları, Şuşanın işğalı – Qismət

16:30 8 may 2024
# # #