“ƏSA” Teatrı “Siçanlar və adamlar” tamaşasını təqdim edib

“ƏSA” Teatrı “Siçanlar və adamlar” tamaşasını təqdim edib
20 dekabr 2017
# 10:05

“ƏSA” Teatrı Opera və Balet Teatrında tamaşa təqdim edib. APA-nın məlumatına görə, Con Steynbekin “Siçanlar və adamlar” əsəri əsasında səhnələşdirilən tamaşanın nümayişində ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edib.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta səfirliyin teatra göstərdiyi maddi və mənəvi dəstəkdən məmnun olduğunu bildirib. Səfir qeyd edib ki, təqdim olunan tamaşa Amerika teatrlarının klassikasıdır. O, fiziki əngəlli insanların çoxluq təşkil etdiyi teatrın da digər insanlar kimi cəmiyyətə töhfə vermə və mədəniyyəti zənginləşdirmə potensialına sahib olduğunu diqqətə çatdırıb.

Rejissor Nihad Qulamzadə teatr haqqında geniş məlumat verib, teatrın yarandığı gündən üzləşdiyi problemlərə diqqət çəkib.

Daha sonra səhnə əsəri təqdim edilib. Tamaşanın baş prodüseri Nicat Qulamdır. Səhnə əsərində rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Orxan Adıgözəl, Riyad Sultanov, Səmayə Ağayarova, İmran İqbalıyev, Günay Məmmədova və Fərid Əliyev canlandırıblar. Layihədə multimedia işlərini Eltac Zeynalov həyata keçirib.

# 922 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #