VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq
26 aprel 2024
# 14:00

Mayın 1-dən 3-dək ölkəmizdə “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq.

Kulis.az xəbər verir ki, forum Mədəniyyət Nazirliyi, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə keçiriləcək.

Forumun əsas məqsədi mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühüm beynəlxalq platforma kimi “Bakı Prosesi”nin rolunu möhkəmləndirməkdir.

Üç gün davam edəcək tədbir çərçivəsində on iki panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Müzakirə olunacaq mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edir.

Tədbirdə dünyanın 100-dən çox ölkəsinin aparıcı beynəlxalq təşkilatları, hökumət üzvləri, parlament sədrləri, müavinləri, beynəlxalq media nümayəndələri, beyin mərkəzləri, qeyri-hökumət təşkilatlarının qatıldığı forum iştirakçıları dünya üçün aktual olan çağırışlar və məsələləri müzakirə edəcəklər. Həmçinin bir sıra ölkələrdən dini liderin iştirakı ilə “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” adlı plenar iclasın keçirilməsi də planlaşdırılıb.

Forum iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfəri, Ağdam və Şuşada iki xüsusi panel sessiyanın keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi olan Forumun əsası 2011-ci ildə qoyulub.

Bakıda ilk dəfə 2011-ci ildə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha sonra 2013, 2015, 2017 və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkə və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıb. Eyni zamanda forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub.

Bəşəriyyəti narahat edən çağırışların diqqət mərkəzinə çəkildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb.

Qeyd edək ki, ötən dövr ərzində “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib qlobal platforma kimi qəbul olunub.

# 1642 dəfə oxunub

Oxşar xəbərlər

“Bu kitabı oğurlamayın” - Tanınmış  yazıçılar süni intellektin icazəsiz addımına qarşı

“Bu kitabı oğurlamayın” - Tanınmış yazıçılar süni intellektin icazəsiz addımına qarşı

10:30 11 mart 2026
İlk sınaq - Orxan İsmayılovun hekayəsi

İlk sınaq - Orxan İsmayılovun hekayəsi

10:30 11 mart 2026
"Bir qadın sizdən imtina etmək istəyirsə..."  - Nadir Yalçın

"Bir qadın sizdən imtina etmək istəyirsə..." - Nadir Yalçın

10:00 11 mart 2026
Dövlət Uşaq Filarmoniyasında Novruz festivalı

Dövlət Uşaq Filarmoniyasında Novruz festivalı

18:00 10 mart 2026
Muğam Mərkəzində Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim olunacaq

Muğam Mərkəzində Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim olunacaq

17:30 10 mart 2026
Medianın İnkişafı Agentliyi bəyanat yaydı

Medianın İnkişafı Agentliyi bəyanat yaydı

17:00 10 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər