Məşhur gürcü tamaşası Bakıda – BU GÜN

Məşhur gürcü tamaşası Bakıda – <span style="color:red;">BU GÜN
14 noyabr 2017
# 15:45

Bu gün dünya şöhrətli, məşhur gürcü rejissoru, SSRİ Xalq artisti Robert Sturuanın səhnələşdirdiyi tamaşa Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq.

Qurumun Mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə, tamaşaların nümayişi Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrının ölkəmizə qastrol səfəri çərçivəsində baş tutacaq.

14 və 15 noyabr tarixlərində saat 19-da Terrens Maknellinin “Mariya Kallas – Dərs” tamaşası azərbaycanlı sənətsevərlərə təqdim olunacaq.

“Robert Sturua dünyada tanınan bir rejissordur. Belə bir məşhur rejissorun hazırladığı tamaşanın azərbaycanlı tamaşaçılara təqdim olunması çox təqdirəlayiq bir haldır. Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrının ölkəmizə qastrol səfəri həm də mədəniyyətlərarası dialoqun çox gözəl bir nümunəsidir. Ümumiyyətlə, bizim teatrla Robert Sturua arasında yaxşı əlaqələr mövcuddur. Musiqili Teatr hər zaman dünyanın öncül teatrları, incəsənət xadimləri ilə əməkdaşlıq etməyə çalışır. Qeyd edim ki, bu qastrol səfəri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq”, - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.

# 1163 dəfə oxunub

Oxşar xəbərlər

Qonorarlarla bağlı qərar ləğv olunacaqmı? - ARKA

Qonorarlarla bağlı qərar ləğv olunacaqmı? - ARKA

09:27 6 may 2024
İsveçli rejissor Naxçıvanda film çəkəcək

İsveçli rejissor Naxçıvanda film çəkəcək

14:00 3 may 2024
Aktyor İlqar Musayev Rusiyada seriala çəkilib

Aktyor İlqar Musayev Rusiyada seriala çəkilib

12:00 3 may 2024
Molla Nəsrəddin haqqında film çəkiləcək

Molla Nəsrəddin haqqında film çəkiləcək

11:35 3 may 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
# # #