İtaliyada Azərbaycan film festivalı başa çatıb

İtaliyada Azərbaycan film festivalı başa çatıb
26 iyun 2017
# 13:09

Romanın “Villa Borghese” parkındakı tarixi “Casa del Cinema” kino evində keçirilən İtaliyada birinci Azərbaycan film festivalı başa çatıb.

Azərbaycanın İtaliyadakı Səfirliyindən APA-ya verilən xəbərə görə, festivalın rəsmi açlışında Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, Gürcüstanın İtaliyadakı səfiri Karlo Sikharulidze, məşhur italyan rejissoru və ssenaristi, Oskar və Bafta mükafatları laureatı Cianni Kuaranta və italyan professor, “Əsəd bəy, azərbaycanlı yazıçı Pozitanoda” adlı kitabın müəllifi Romolo Erkolino çıxış ediblər.

Rəsmi açılışdan sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” filmi nümayiş edilib. Festivalın ikinci günü Arzu Əliyevanın baş prodüseri olduğu, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin taleyindən bəhs edən “Əbədi ezamiyyət” sənədli filminin nümayiş ilə başlanılıb.

Həmin gün festival “Pərdə”, “Yarımçıq xatirələr” və “İçəri Şəhər” bədii filmlərinin nümayişi ilə davam etdirilib. “İçəri Şəhər” filminin nümayişindən öncə festivalda iştirak edən həmin filmin ssenari müəllifi və baş rol ifaçılarından biri Təhminə Rafaella çıxış edərək film barədə məlumat verib. Festivalın sonuncu günü Arzu Əliyevanın baş prodüseri olduğu, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan, 2016-cı ildə ölkəmizdə “Multikulturalizm İli” çərçivəsində ərsəyə gəlmiş və Azərbaycanda yaşayan müxtəlif mədəniyyət, adət-ənənə, fərqli dil və dini etiqada sahib olan azsaylı xalqların və etnik qrupların həyatından bəhs edən “Bir günəş altında” sənədli filmi nümayiş olunub.

Həmin gün Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında çəkilmiş “Hökmdarın taleyi” bədii filmi də nümayiş etdirilib. Sonra festival “Nabat” bədii filminin nümayişi ilə davam edib. Festival “Həddən artıq uyğunluq” bədii filminin təqdimatı ilə başa çatıb.

# 843 dəfə oxunub

Oxşar xəbərlər

Yoxsul tələbələrin bahalı layihəsi - 10 min dollar qazanmağın yolu

Yoxsul tələbələrin bahalı layihəsi - 10 min dollar qazanmağın yolu

12:00 6 may 2024
Türkmənlərə niyə inanmırdılar? - İçkiyə qurşanan Sultan və dini ixtilaf

Türkmənlərə niyə inanmırdılar? - İçkiyə qurşanan Sultan və dini ixtilaf

10:00 4 may 2024
"Kaş mənim anam bir dülgərə ərə gedəydi..." - Stalinin həyat yoldaşı niyə özünəqəsd etmişdi?

"Kaş mənim anam bir dülgərə ərə gedəydi..." - Stalinin həyat yoldaşı niyə özünəqəsd etmişdi?

15:00 3 may 2024
"Ağacın dönər yemək arzusu inandırıcı deyil" - Hekayə müzakirəsi

"Ağacın dönər yemək arzusu inandırıcı deyil" - Hekayə müzakirəsi

12:00 3 may 2024
Mir Cəfər Bağırov kim idi? - Elçin

Mir Cəfər Bağırov kim idi? - Elçin

17:00 2 may 2024
Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə

Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə

15:00 30 aprel 2024
#
#
# # #