#bumənimhekayəm-in mükafatları təqdim olundu - FOTOLAR - VİDEO

#bumənimhekayəm-in mükafatları təqdim olundu - <span style="color:red;">FOTOLAR - VİDEO
10 yanvar 2017
# 17:05

Bu gün APA Holdingdə #bumənimhekayəm müsabiqəsinin qaliblərinin təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimini giriş sözü ilə Kulis.Az internet dərgisinin baş redaktoru Qan Turalı müsabiqənin gedişatından danışdı və qəbul olunan hekayələrin özəlliklərindən söz açdı.

Sonra sözü Lent.Az informasiya agentliyinin baş direktoru Qabil Abbasoğluna verdi. Çıxışında hekayə müsabiqəsini bir oxucu kimi maraqla izlədiyini söyləyən Q.Abbasoğlu birinci yerin sahibi Kəramət Böyükçölə əsas mükafatı təqdim etdi.

Yazıçı-jurnalist İlqar Rəsul da Kulis.Azın müsabiqəsini böyük maraqla qarşıladığını söylədi, ayrı-ayrı nümunələr haqqında tənqidi fikirlərini açıqladı. İkinci yerin sahibi Hacıağa Əliyevə mükafatını təqdim etdi.

Şair Qismət #bumənimhekayəm müsabiqəsinin Azərbaycan ədəbiyyat mühiti üçün orijinallığından danışdı və bu cür layihələrin davam etməsini arzuladı. Daha sonra üçüncü yerin sahibi Hüseyn Bağırova mükafatını təqdim etdi.

Xatırladaq ki, #bumənimhekayəm müsabiqəyə 600-dən çox hekayə göndərilmiş, müsabiqə şərtlərinə cavab verən 282 hekayə Kulis.Azın Facebook səhifəsində yerləşdirilib. Ən çox layk toplayan üç hekayə fərqlənib.

# 1341 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #