"Azərbaycanda Rusiya kinosu günləri" keçiriləcək

"Azərbaycanda Rusiya kinosu günləri" keçiriləcək
23 aprel 2024
# 12:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək.

Kulis.az xəbər verir ki, bu il “Azərbaycanda Rusiya kinosu günləri”nin proqramına dörd yeni tammetrajlı filmin nümayişi, filmlərin müzakirəsi və ekran əsərlərini təmsil edən heyət üzvlərilə yaradıcılıq görüşləri daxil edilib.

24 aprel, saat 18.30-da tədbirin təntənəli açılış mərasimi olacaq. Açılış günü rejissor Nikolay Lebedevin “Nürnberq” filminin nümayişi keçiriləcək. Ekran əsəri 1945-ci ildə Nürnberqdə keçirilən Beynəlxalq Hərbi Tribunalın işə başlamasından əvvəl iki gəncin görüşündən bəhs edir. Onların arasında yaranan sevgi böyük sınaqlarla üzləşəcək.

25 aprel, saat 19.00-da də “Çayka” filmi nümayiş olunacaq. Filmi rejissor və ssenarist, Vladimir Mayakovski adına Teatrın aktrisası Polina Lazareva təqdim edəcək. Filmdə iki gənc qız və orta yaş böhranı keçirən uğurlu bir yazıçı arasındakı sevgi üçbucağından bəhs olunur.

26 aprel, saat 17.00-da tədbirdə iki film – rejissor Qriqori Vojakinin “Çink: Quyruqlu detektiv” cizgi filmi və saat 19.00-da hərbi vətənpərvərlik dramı olan Georgi İlyinin “Partizan meşəsinin xəzinələri” filmi təqdim olunacaq. Filmdə 1941-ci ilin iyununda alman işğalçılarının kiçik sərhəd şəhərlərinə və qəsəbələrinə girərək mülki insanlara divan tutmasından bəhs olunur.

27 aprel, saat 17.00-da “Azərbaycanda Rusiya kinosu günləri”, baş rolun ifaçısı, Arkadi Raykin adına Rusiya Dövlət “Satirikon” Teatrının aktyoru Aleksey Bardukov tərəfindən təqdim ediləcək “Xokkey ataları” filminin (rejissor Andrey Bulanov) nümayişilə başa çatacaq.

Tədbir çərçivəsindəki kinolayihələrin aparıcısı aktrisa Polina Neçitaylodur. Rusiya Xarici İşlər Nazirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi, Bakıdakı Rus Evinin də dəstək verdiyi layihənin prodüseri Rusiyanın Əməkdar mədəniyyət işçisi Yelena Lebedevadır.

# 1753 dəfə oxunub

Oxşar xəbərlər

“Mediada Azərbaycan dili”  mövzusunda təlimlər başlandı

“Mediada Azərbaycan dili” mövzusunda təlimlər başlandı

14:25 10 yanvar 2026
Arxivdə tozlanan opera və yarımçıq qalmış ömür - Elza İbrahimovaya kimlər mane olurdu?

Arxivdə tozlanan opera və yarımçıq qalmış ömür - Elza İbrahimovaya kimlər mane olurdu?

12:00 10 yanvar 2026
Can Yaman narkotikə görə saxlanıldı

Can Yaman narkotikə görə saxlanıldı

11:49 10 yanvar 2026
Barat Vüsal:  "Siyasətin əlində polad qılınc var, ədəbiyyatın isə..."- Müsahibə

Barat Vüsal: "Siyasətin əlində polad qılınc var, ədəbiyyatın isə..."- Müsahibə

11:00 10 yanvar 2026
Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

18:21 9 yanvar 2026
"Qarabağ hadisələrinin qızğın məqamı olsa da..." - Paracanov "Aşıq Qərib"i niyə çəkdi?

"Qarabağ hadisələrinin qızğın məqamı olsa da..." - Paracanov "Aşıq Qərib"i niyə çəkdi?

17:44 9 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər