Üç ordunun zabiti Tərlan Əliyarbəyov - DOĞMA VƏ YAD KÜÇƏLƏR

 

Bəzən hər gün eyni küçə adını eşidirik, deyirik, hətta yazırıq.

Amma fərqinə varmırıq.

Kimdi bu adam?

Adını küçə verilibsə demək xidmətləri var.

Yaddaşlarda yaşamağa layiq olub.

Adı əbədiləşib, düzdü.

Xatirəsi əbədiləşibmi amma...

Tanıyırıqmı onu?

Kulis.Az-ın Doğma və yad küçələr layihəsində Bakı şəhərində olan tanımadığımız küçə adlarından bəhs olunacaq.

 

İlk küçəmiz Tərlan Əliyarbəyov küçəsidir.

Küçə Fəvvarələr meydanından başlayaq Neftçilər prospektində başa çatır.

Bəs Tərlan Əliyarbəyov kimdir?

Əslində o nadir şəxsiyyətlərdəndir.

Üç ordunun zabiti olmaq şərəfi kimə nəsib olur ki?

Ya da İki Dünya Müharibəsində iştirak etmək bu dünyada neçə adamın qismətinə yazılıb ki...

Hekayəmizə əvvəldən başlayaq.

O zaman Şamaxıya tabe olan Ağsu kəndində doğulan Tərlan Əliyarbəyov 1914-cü ildə Tiflisdə hərbi məktəb bitirəndən sonra çar ordusunun zabiti kimi I Dünya müharibəsinə yollanır.

Bu müharibə təkcə hərbi yox eləcə də siyasi iflasla nəticələndi, Çarizm süqut etdi.

Tərlan Əliyarbəyov isə Azərbaydan Demokratik Respublikasının ordu quruculuğuna qoşulur, bu illərdə alay komandiri, Bakı şəhərinin hərbi rəisi vəzifəsini icra edir.

Sovet illərində müxtəlif hərbi məktəblərdə dərs deyir, Frunze adına hərbi akademiyanı bitirir.

Əlyarbəyov Böyük Vətən müharibəsi (1941-45) illərində 416 atıcı diviziyanın komandiri (Taqanroq diviziyası), 402 atıcı diviziyanın komandiri, 58 korpusun komandir müavini olur.

Müharibənin gedişatında-1944-cü ildə general-mayor hərbi rütbəsi olur.

1948-ci ildə Azərbaycan SSR müdafiə nazirinin müavini vəzifəsindən istefaya çıxır.

 

 

Bəli, o küçə bəşəriyyəti faşizm girdabından xilas edənlərin ön sıralarında olan bir generalın küçəsidir.

LENT

17 Dekabr 2017
16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017