Tariximizin üç günü - Qan Turalının yazısı

Tariximizin üç günü - <span style="color:red;">Qan Turalının yazısı
6 aprel 2016
# 11:40

Biz, 80-lərdə doğulanlar üçün müharibə qorxulu bir uşaqlıq yuxusuydu.

O müharibə bizi erkən böyütmüşdü.

Uşaqlıq xatirələrimizdə QRAD-lar, Xocalı, qaçqınlar, AzTV-nin kadrları, Şəmistan Əlizamanlı vardı.

Sonra 22 il sürən atəşkəs başladı.

Müharibə dövründə ölkə əhalisinin sayı 7 milyondan bir az çox idisə indi 10 milyona yaxınlaşıb.

Ölkə əhalisinin 28 faizi gənclərdən ibarətdir.

Bəzi insanlar naşı proqnozlar verirdilər ki, dövr keçdikcə insanlar Qarabağı unudacaqlar.

Ölkə əhalisinin üçdə biri Qarabağ müharibəsinin dəhşətlərini ancaq ekranlardan, mətbuatdan, şahidlərin dilindən eşitmişdilər.

Lakin qısamüddətli hərbi əməliyyatlar belə insanların qələbə əzminin nə dərəcədə yüksək olduğunu göstərdi.

Qan verməyə tələsənlər, cəbhə üçün sovqat toplayanlar, könüllü cəbhəyə getmək istəyənlər…

Cəmi bir neçə gün davam edən əməliyyatlar əslində xalqın qələbəni necə arzuladığını və bir yumruq ətrafında necə sıx birləşdiyini göstərdi.

Ard-arda gələn yaxşı xəbərlər xalqı qələbə hissiylə tanış etdi.

Bu hissləri yadırğamışdıq.

Atəşkəs qərarının alınması üçün şübhəsiz ki, zəruri geopolitik səbəblər mövcuddur.

Bu proses daha yaxşı idarə oluna bilərdi, soyuq duş effekti yaxşı alınmadı.

Qısamüddətli əməliyyatlar müharibə üçün yaxşı bir test oldu.

Həm dünya birliyi, həm dünya mətbuatı, həm də regional güclər Azərbaycanın tərəfindəydi.

Millət birgə olduğunu bəyan etdi və kiçik də olsa qələbələr qazandı.

Bunlar qələbə filminin kiçik məşqi kimi daim yaddaşımızda qalacaq.

Və heç şübhəsiz ki, tarix bu günləri də yazacaq.

# 890 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #