City TV foto müsabiqəsi keçirir

City TV foto müsabiqəsi keçirir
26 fevral 2015
# 15:57

Şəhərin əyləncə kanalı City TV (www.citytv.az) “My Photo” adlı fotomüsabiqə elan edir.

Bir ay ərzində müxtəlif iştirakçılar tərəfindən çəkilmiş şəkillər qəbul olunaraq layihənin qaydalarına uyğun olduğu təqdirdə www.citytv.az saytında yerləşdirilərək açıq səs verməyə buraxılacaq.

Ay ərzində ən çox səs toplayan şəkillər müvafiq yer tutmaqla müsabiqənin qalibi hesab olunacaq. Qalib İPhone 6, ikinci və üçüncü yerlər isə həvəsləndirici hədiyyələr qazanacaq.

Müsabiqənin şərtləri:

* Müsabiqə pulsuzdur.

* Müsabiqədə 18 yaşdan yuxarı bütün foto həvəskarları iştirak edə bilərlər.

* Fotolar rəngli, eləcə də ağ-qara ola bilər.

* Fotolar 3 Mb ölçüdə JPEG formatında olmalıdır.

* Hər bir foto müəllifi özü haqda məlumat verməlidir. Başlığı və açıqlaması

* Bir müəllifdən 3-dən artıq şəkil qəbul olunmur.

* Müsabiqədə iştiraka müəllifin özünün mülkiyyət hüququ olan fotolar buraxılır. Başqalarına məxsus şəkillərin mənimsənilməsinə icazə verilmir. Fotolarda loqotiplərdən, brendlərdən istifadəyə icazə verilmir. Əks halda bu cür fotolar müsabiqəyə buraxılmayacaq.

* İctimai, mənəvi və etik normaları pozan fotoların iştirakına icazə verilmir.

* İştirakçı müsabiqəyə göndərdiyi fotoya görə hüquqi məsuliyyət daşıyır.

* Bəyənilən fotolara səs vermək üçün Citytv.az saytında My Photo bölməsinə daxil olaraq səs verə bilərlər.

* Hər istifadəçi yalnız bir dəfə səs verə bilər.

Əlaqə: [email protected]

Mobil: 050- 271-32-99

# 865 dəfə oxunub

Oxşar xəbərlər

Yoxsul tələbələrin bahalı layihəsi - 10 min dollar qazanmağın yolu

Yoxsul tələbələrin bahalı layihəsi - 10 min dollar qazanmağın yolu

12:00 6 may 2024
Türkmənlərə niyə inanmırdılar? - İçkiyə qurşanan Sultan və dini ixtilaf

Türkmənlərə niyə inanmırdılar? - İçkiyə qurşanan Sultan və dini ixtilaf

10:00 4 may 2024
"Kaş mənim anam bir dülgərə ərə gedəydi..." - Stalinin həyat yoldaşı niyə özünəqəsd etmişdi?

"Kaş mənim anam bir dülgərə ərə gedəydi..." - Stalinin həyat yoldaşı niyə özünəqəsd etmişdi?

15:00 3 may 2024
"Ağacın dönər yemək arzusu inandırıcı deyil" - Hekayə müzakirəsi

"Ağacın dönər yemək arzusu inandırıcı deyil" - Hekayə müzakirəsi

12:00 3 may 2024
Mir Cəfər Bağırov kim idi? - Elçin

Mir Cəfər Bağırov kim idi? - Elçin

17:00 2 may 2024
Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə

Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə

15:00 30 aprel 2024
#
#
# # #