Putin ana söyüşünə icazə verdi, amma...

Putin ana söyüşünə icazə verdi, amma...
29 yanvar 2015
# 15:16

Rusiya prezidenti Vladimir Putin Ədəbiyyat İlininin təntənəli açılış mərasimində ədəbiyyatda qeyri-rəsmi sözlərdən, söyüşlərdən istifadəyə icazə verib. Onun fikrincə, bu məsələni qanunla tənzimləmək lazım deyil.

Kulis.az-ın Ria Novosti-yə istinadən verdiyi xəbərə görə Putin daha sonra bunları deyib:

“Deyirlər, əsərə ifadəlilik vermək üçün hələ senzuradan kənar sözlərdən də istifadə etmək lazımdır. Tolstoya belə sözlər lazım gəmədi, Çexova da, Buninə də. Nə deməli, siz ədəbiyyatçılar bunu daha yaxşı bilirsiniz. Bəlkə xalqa yaxın olmaq üçün bu sözlərdən istifadəyə icazə vermək lazımdır? Lakin mənə elə gəlir ki, bunu qanun çərçivəsinə salmağa lüzum yoxdur” – deyə Putin şərh verib.

Mədəniyyət naziri Vladimir Medinski elə həmin gün jurnalistlərə bəyan edib ki, qurum senzuradan kənar sözlər barədə qanuna düzəlişləri işləməyə hazırdır.

“İndi biz təcrübəni öyrənirik və elə bir şey təklif etməliyik ki, yararlanmaq mümkün olsun və tələblərin sayı azaldıla bilər, lakin qanuna etinasızlığa da ciddi nəzarət olunacaq” -deyə Medinski söyləyib.

Medinski deyib ki, televiziyaya, teatra, ədəbiyyata, kinoya, geniş nümayişə ana söyüşünün qaytarılması tamamən yolverilməzdir: "Başqa rejimlərə – festival filmləri, “18+” və sairəyə müəllif istisnası var. Bu istisnaların nələrə əsaslanmasını hələ müzakirə edəcəyik”.

Xatırladaq ki, televiziyada, kinoda, ədəbiyyatda və KİV-də ana söyüşünü qadağan edən qanun 2014-cü ilin iyulun 1-dən qüvvəyə minib və elə hazırlıq mərhələsində mədəniyyət xadimlərinin sərt tənqidinə məruz qalıb. Yeni qaydalara görə senzuradan kənar söyüşləri ədəbiyyat, incəsənət əsərlərində, xalq yaradıcılığı nümunələrində, teatr tamaşası və mədəni, maarifləndirici tədbirlərdə istifadə etməyə icazə verilmir. Qaydalara əməl etməyənlər üçün cərimələr nəzərdə tutulub.

# 1213 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #