“Toya bir gün qalmış”

 “Toya bir gün qalmış”
19 noyabr 2014
# 11:32

Azərbaycan Dövlət Musiqili Teatrında yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasının məşqlərinə başlanılıb. Bu barədə kulis.az-a teatrın mətbuat xidmətindən xəbər veriblər. Tamaşanın quruluşçu-rejissoru, Əməkdar İncəsənət Xadimi Əsgər Əsgərov tamaşa haqqında bunları deyib: “Komediyanın süjetinə görə, qızının toyuna bir gün qalmış nazir evində oturduğu yerdəcə ölür. Arvadı qərarə gəlir ki, bunu hamıdan gizlətsinlər. Düşünür ki, ərinin ölümü toyun təxirə salınması ilə yanaşı onların bir sıra maraqlarına da zərbə vura bilər. Beləliklə, maddi maraqlar mənəvi tərəfi üstələyir. Evdə ölü ola-ola hamı çalıb oynayır. Sonda məlum olur ki, əslində kişi ölməyib, sadəcə kliniki ölüm keçirib. Ən maraqlı hadisələr isə o ayıldıqdan sonra baş verir. Nə baş verdiyini bilmək istəyənləri tamaşaya baxmağa dəvət edirik.”

Qeyd edək ki, tamaşanın quruluşçu-rəssamı Nabat Salamovadır. Premyera dekabrın ortalarına nəzərdə tutulur. Tamaşada xor və balet truppasının artistləri ilə yanaşı əsas obrazları Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər və başqaları ifa edirlər.

# 995 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #