Kinomuzun Müşfiq Hətəmov problemi yoxdur

Kinomuzun Müşfiq Hətəmov problemi yoxdur
7 may 2019
# 10:35

Bir müddət əvvəl dövlət başçısı “Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası”nın hazırlanması barədə sərəncam verdi və film istehsalını, gənc kinematoqrafçıların yaradıcılığını dəstəkləyəcək layihələrin həyata keçirilməsi üçün 5 milyon manat vəsait ayırdı.

Aidiyyəti qurumların təmsilçilərindən ibarət (Mədəniyyət Nazirliyi, Kinematorafçılar İttifaqı) işçi qrup bu günlərdə sərəncama uyğun konsepsiyanı hazırlayır, müzakirə edir. Və axırıncı müzakirəyə, kino siyasətindən narazı olan bir neçə rejissoru, prodüseri dəvət ediblər. Müzakirədə rejissor Çingiz Rəsulzadə səslənən təkliflərlə razılaşmayaraq sərt sözlər deyib. Nəticədə iclasdan çıxarılıb və digər narazılar da zalı tərk edib.

Məlumat facebookda tərəflərin məsələ haqda yazdıqları statuslarına əsaslanır.

Öncəliklə deyim ki, Çingiz Rəsulzadə istedadlı rejissordur, onun “Kuklalar” filmi keyfiyyətlidir, A kateqoriyalı festivalda iştirak edib və s. Yəni kino şöbəsi onun və onun kimi digər istedadlı rejissorlarla əməkdaşlığı davam etdirməli, imkanlar yaratmalıydı.

Əvəzində nə oldu? Daha çox keyfiyyətsiz filmlər çəkildi. Bu haqda Kulis.az-da çox yazmışam. “Axırıncı dayanacaq”, “Dərvişin qeydləri”, “Mən evə qayıdıram”, “Mahmud və Məryəm”, “Üçüncü günün adamı” kimi urvatsız filmlər siyahıda nə qədər desən...

Yadınıza onu da salım ki, dövlət başçısının “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan bəndlərin çoxu yerinə yetirilmədi.

Misal üçün, “dünyanın aparıcı kino şirkətləri ilə müştərək filmlərin istehsalının təşkil edilməsi” bəndinə əsasən bir əhəmiyyətli müştərək film istehsal olunmadı.

Yaxud, “uşaqlar üçün müxtəlif janrlarda filmlərin istehsalı, bədii və tərbiyəvi əhəmiyyətli filmlərin nümayişinin genişləndirilməsi” bəndi... On ildə uşaqlar üçün yalnız bir film çəkildi: “Dərs”.

Nazirliyin müstəqil prodüser şirkətləri ilə əməkdaşlığı demək olar ki, sıfıra endi. Halbuki dövlət proqramındakı bənddə qeyd olunurdu:

- sahə üzrə özəl sektorun, o cümlədən kino istehsalı müəssisələrinin, prodüser mərkəzlərinin, kinoteatrların və kinoprokat şirkətlərinin işləmə mexanizminin qurulmasına şərait yaradılması əsas vəzifələrdir.

Yeganə analitik kinojurnal “Fokus”un nəşri 2013-cü ildə vəsait tapılmadığına görə dayandırıldı. Proqramda isə bununla bağlı ayrıca bənd yer alıb:

“Kinematoqrafiyanın mühüm sahəsi olan kino tənqidinin inkişaf etdirilməsi”.

Bu səbəblərdən kino sahəsinə məsul olan məmurlardan problemlərlə bağlı konseptual həll gözləmirəm. Bir qisim xəyalpərəst rejissor və prodüserdən fərqli olaraq...

Ayrıca, narazı tərəfin tənqid hədəfində əsasən və niyəsə “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovdur. Təsəvvür yaranır ki, M.Hətəmov nağıllarda olduğu kimi suyun qarşısını kəsən əjdahadır və o gedəndən sonra kinomuz inkişaf edəcək.

M.Hətəmovun sərt tənqidçilərindən biri mən olmuşam, onun prodüseri olduğu filmləri, fəaliyyətini tənqid edən yazılar yazmışam. Amma kinomuzun Müşfiq Hətəmov (yəni fərd – S.S.) adlı problemi yoxdur. Çünki ümumən mövcud kino sisteminin özü qüsurludur.

O ki qaldı, narazıların jurnalistləri, saytları baş vermiş hadisə, ümumiyyətlə məsələ ilə bağlı susqunluqda qınağına, konkret kino yazarlarından söhbət gedirsə, mən də daxil olmaqla, kino tənqidçiləri Aygün Aslanlı, Aliyə kino siyasəti ilə bağlı sərt tənqidlər yazanda, narazı kinematoqrafçıların bir qismi, indi tənqid atəşinə tutduqları məmurlarla rahatca əməkdaşlıq edirdilər...

# 3320 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #