Adil Şirinlə məhbəsdə görüş

Adil Şirinlə məhbəsdə görüş
18 sentyabr 2017
# 11:33

Şair Adil Şirini ağzıbirdə - təcridxanada ziyarətim ikili hiss yaratdı – bir tərəfdən çoxdan arzulayıb hazırlaşdığım görüşün baş tutmasına görə üstümdən yük götürüldü, necə deyərlər bir az arxayınladım, digər tərəfdən bəlli keçmişi olan bir adamın bu günə düşməsi məni xeyli kədərləndirdi.

Hamının salamını (bəzilərindən adbaad) çatdırdım, o da məndən onu tanıyan qələm adamlarının hamısına salam çatdırmağımı xahiş etdi. Üzünə deməsəm də (hətta, özü məndən “çox dəyişilmişəm? - deyib sual etdi”) şair düşüb, xeyli sınıxıb.

Bir sözlə, Adilin şuxu sınıbdı. Yaddaşımda gülərüz, dolubədən, ağ sifət kişidən əsər-əlamət qalmayıb. Ora düşəndən canının qazancı da var – yüksək təzyiq və şəkər.

Allah heç kəsin yolunu ordan salmasın. “Ağlımın ucundan bura düşdüm!” etirafını eşitmək adamı o dünyaya aparıb qaytarır.

Bəzi adamları adıyla soruşdu ki, sənin mənimlə bağlı xeyriyyə tədbiri keçirməyini, mənim yanıma gələcəyini bildilərmi? Əslində, həmin adamlardan bəzilərinin adlarını dostumuz Mübariz Mənsimoğlu bizə demişdi və biz dolayısıyla o şəxslərə məlumat çatdırmışdıq.

Və o adamların arasında bu gün cəmiyyətdə kifayət qədər yüksək mövqeyə malik olanları da var – deputata qədər. Amma, farslar demiş, çifayda!!!

Deyir kaş, türməyə əvvəl düşüb çıxaydım, onda dost-tanışı tanıyardım, indi gecdi – yəni uduzdum demək istəyirdi.

Haqqında cinayət işi açılandan sonra əlində-ovcunda olanın hamısını fırıldaqçılar “Səni qurtaracağıq” vədiylə aldadıb əlindən alıblar, quru yurdda qalıb.

İnanmazsınız, bu gün Adilin bir uşağı kinoya göndərəndə valideyni tərəfindən veriləcək cib xərcliyinə ehtiyacı var.

Xeyli söhbət etdik.

Məlum oldu ki, pul olsa, hər yerdə yaşamaq olar. Sadəcə ona yanır ki, pulu çöldə bura düşməmək üçün şair sadəlövhlüyündən istifadə edib əlindən alıblar.

Türmədəki sərbəstlik istintaq təcridxanasına yaddır. Burda qaydalar daha ciddidir. Şair kimi azadlıq sevən bir şəxs üçün bunun nə demək olduğunu bilən bilər.

Mənə iki yarpaq şeir oxudu. Çox kövrək şeirlərdi. Türmədən fərqli olaraq burada şəkil çəkdirmək olmaz.

Dərdləşdiyimiz vaxt ərzində nəzarətçi iki dəfə vaxtın bitdiyi xəbərdarlığı etdi. Amma, sözümüz çox idi, şeirdən, naşirlərdən, əsir yurdlardan...

Qaldı sonrakı dəfəyə.

Allah ağzıbirdə olan qardaşların hamısının qapısını açsın, Adil də içində.

# 2213 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #