Əsərin dünyaya açılması və özünə qapanması

Əsərin dünyaya açılması və özünə qapanması
22 oktyabr 2019
# 13:22

Mənim fikrimcə ədəbi prosesi - hətta əgər söhbət müasir ədəbi prosesdən gedirsə belə! - çağdaş dövrə müncər etmək doğru olmaz.

Ədəbi proses həm sinxron, həm də diaxron planda bütün mövcud ədəbiyyatla bağlı hadisələri ehtiva edir. Eyni zamanda bununla kifayətlənməyib gələcəyə də boylanır. Ədəbi proses ədəbiyyatın özünə qapanması və dünyaya açıqlanmasıdır. Özü də bu açıqlıq və bu qapalılıq hərəkidirlər, dialektik şəkildə bir-birini əvəz edir, bir-birinə nüfuz edir, bir-birini tamamlayırlar.

Ədəbi prosesin birinci mərkəzi fiquru olan sənətkar yazıb-yaratmaq üçün mütləq dünyaya açılmalıdır, ədəbiyyatın ən mərhəm janrının - lirikanın nümunələrini yaradanda belə ən azı virtual təmasa can atmalıdır. Dünya ilə təmas prosesindən sonra sənətkar daxililəşdirib özününküləşdirdiklərini gerçəkləşdirmək üçün özünə qapanmalı, kağızla/kompüterlə baş-başa qalmalıdır.

Bu proses sənətkarın bütün dünyaya ünvanlanmış əsəri ilə yekunlaşır. Əsər də ilk öncə dünyadan təcrid olunur, kitabın içinə qapanır, lakin tədricən oxucu-oxucu dünyaya açıqlanır: əsər sənətkarı gələcəyə açıqlayır.

Ədəbi prosesin üçüncü mərkəzi fiquru olan oxucu yalnız əsərə/özünə qapanmaqla əsəri dərk edə bilir, lakin sonra insanları, dünyanı yeniləşmiş baxışla müşahidə edir, onları yenidən dəyərləndirir - əsərin təsiri ilə oxucu dünyaya yenidən açılır. Ədəbiyyat bütün humanitar fikrə, ilk növbədə əlbəttə ki, müştərək estetik kateqoriyalarla pərçimləndiyi incəsənət növləri ilə bağlıdır.

Ədəbi proses dolayısı ilə təbiət elmlərinə də açıqdır. Əks təqdirdə müasir sinergetika elminin əsas anlayışı olan "xaosmos"un Coysun metaforası əsasında təşəkkül tapmasını heç cür izah etmək mümkün olmazdı.

Ədəbi proses milli və ümumbəşəri ənənələr üzərində təşəkkül tapır, deməli millətin və bəşəriyyətin tarixinə açıqdır.

Ədəbi proses insanın, millətin, bəşəriyyətin taleyi üçün məsuliyyət hissinə söykənir. Deməli, ədəbi proses gələcəyə açıqdır.

# 2978 dəfə oxunub

Oxşar xəbərlər

Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

10:00 26 aprel 2025
Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
# # #