Qaranlıq - Yeni hekayə

Qaranlıq - Yeni hekayə
18 noyabr 2026
# 14:18

Kulis.az "Poçt qutusu" rubrikasında Azərbaycan Dillər Universiteti Beynəlxalq Jurnalistika fakültəsinin 3 cü kurs tələbəsi Gülbadam Cümşüdovanın "Qaranlıq" hekayəsini təqdim edir.

Evə sükut çökmüşdü. Rəna isə içindəki fırtına ilə savaşırdı. Bəs bu fırtınanın səbəbi nə idi?

Səhər saat 08:30 idi. Rəna yuxudan oyanmışdı. Evdə anası, bacısı və qardaşı var idi. Rəna onlara “Sabahınız xeyir” deyib, əl-üzünü yumaq üçün vanna otağına getdi. Aynada öz əksinə gülümsədi və işlərini bitirdikdən sonra səhər yeməyini yedi.

Rəna tam səhər yeməyini bitirirdi ki, anası gəlib söhbət etməyə başladı. Rəna onu dinlədi. Anası öz dərdlərini Rənaya yükləyirdi. Bir gün əvvəl Rəna ona zəng edib izah etmişdi ki, uşaqlarını atıb getməsin, özünə hakim olsun, dava salıb uşaqları əsəbləşdirməsin və uşaqlara getmək barəsində heç nə deməsin. Axı onlar uşaqdırlar, travma yaşamasınlar. Amma anası bundan heç bir nəticə çıxarmadan uşaqlardan soruşdu ki, anaları getsə, kim onunla gələcək?

Uşaqlar isə içindəki qəmi daşıyıb heç nə demədilər. O qəmi Rəna bacısının və qardaşının gözlərindən hiss etmişdi. Amma anası bunu düşünmürdü, onun tək düşündüyü şey övladlarını anasız qoyub özü üçün tək yaşamaq idi. Rəna anasına o gün o qədər söz dedi, amma əvəzində anası ona “Sən ara qarışdırırsan, sən pisən, sənin içində şeytan var” deyirdi. O gün Rəna demək istəmədiyi, amma ağzından çıxan o sözləri dedi: “Əgər sən cəhənnəmdə yanmasan, mən imanımdan dönəcəm”. Hər kəs Rənanı qınaya bilər, amma onun yaşadığı həyatın bir səhifəsini belə yaşamadan... O da bu həyatı yaşamağı seçməyib, məcbur edilib. Onun tək ümidi Allahıdır, o, hər şeyi Allahından umur.

Onun qəlbi qırıq idi, o, ailəsində problem olmasını istəmirdi. Çünki bu problemlər həm ona, həm də bacı-qardaşına çox təsir edirdi. O, öz anasına və atasına bir çox xəbərdarlıq etmişdi. Anası hər zaman evdə dava salır, Rənanın şəxsiyyətinə toxunacaq sözlər deyir və onun psixologiyasını pozurdu. Axı Rəna 19 yaşında idi, onun ən saf dövrü idi. O, universitet oxuyur və yaxşı qiymətlər alırdı. Onun özünə məxsus yaradıcılığı var idi, yazaraq sakitləşməyə çalışırdı. O, üzərinə yüklənən yüklərdən qaçmaq yerinə, onları dinmədən daşıyırdı. Bu gün isə o başa düşdü ki, hər kəsdən uzaq durmalıdır. Çünki onun evdə bir yeri yoxdur. Anası ona sevgisini hər zaman əsirgədi, ona “yaltaq”, “dəli” deyirdi.

Bu səbəbdən Rəna uşaqlıqdan həyata küsmüş, içindəki dözülməz ağrılardan dolayı intihara meyilli olmuşdu. O, universitetdə, bacı-qardaşı isə məktəbdə digər uşaqların anası ilə münasibətinə həsəd aparırdı. Onlar analarından yemək, ya da təmizlik gözləmirdilər; əksinə, bunu özləri edirdilər. Tək istədikləri sevgi idi. O da bu ailədə yox idi.

Rənanın içindəki fırtınanı o səhər hava belə anlamışdı, leysan bütün şəhəri aparmışdı. O leysan əslində Rənanın göz yaşları idi. Rəna həm də nişanlı idi, amma həmin gün nişanlısından ayrılmaq qərarına gəldi. Çünki ayrılmağın nişanlısının ailəsinə sevinc gətirəcəyini yaxşı bilirdi. “Bəs niyə bu qədər sevilmirəm?” sualını Rəna özünə də verirdi, amma hər dəfə tək cavabı var idi: dürüstlük, dürüstlük və yenə də dürüstlük...

Rəna həmişə doğruları danışır, səhvlərini gizlətmir, əksinə, o səhvlərdən dərs çıxarırdı. O, öz ailəsinə, çevrəsinə də bunu məsləhət bilirdi.

Elə səhvi də bu idi. O, bunu anlayanda artıq gec idi. Hər kəsə kömək etmək istəyən Rənanı artıq heç kim sevmirdi. O, bu həyatda yalnız idi.

Yalnızlıq bir qaranlıq kimi onun işığını söndürmüşdü.

Hər qaranlığa işıq olan Rəna, öz qaranlığına işıq tapa bilmədi. O gecə öz qaranlığında yox olub getdi...

# 49 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə dəmir yolu vağzalları muzey kimi fəaliyyət göstərəcək

Türkiyədə dəmir yolu vağzalları muzey kimi fəaliyyət göstərəcək

13:44 18 noyabr 2026
Alban-Udi icmasının nümayəndələri Amaras monastırını ziyarət etdi

Alban-Udi icmasının nümayəndələri Amaras monastırını ziyarət etdi

13:23 18 noyabr 2026
Rusiyanın "Lenkom" teatrında axtarış aparıldı

Rusiyanın "Lenkom" teatrında axtarış aparıldı

13:19 18 noyabr 2026
Yeraltı küçə mədəniyyətinin 60 illik təkamülünü sənədləşdirən sərgi açıldı

Yeraltı küçə mədəniyyətinin 60 illik təkamülünü sənədləşdirən sərgi açıldı

12:16 18 noyabr 2026
Süni intellekt musiqi kliplərinin də yaradılmasına başlayır – “Suno” yeni alətini təqdim etdi

Süni intellekt musiqi kliplərinin də yaradılmasına başlayır – “Suno” yeni alətini təqdim etdi

11:46 18 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

11:17 18 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər