Ayxan Ayvazın içindəki Üzeyir Mehdizadə

Ayxan Ayvazın içindəki Üzeyir Mehdizadə
8 oktyabr 2019
# 13:40

Ayxanı tanıyırsız yəqin. Bizim məşhur Fellini. Amma Fellini ilə əlaqəsi yoxdu. Elə sadəcə məşhurdu deyə.

Ayxan Ayvaz gənc yazardır. Artıq gənc sözü onun sinəsinə dardır. Yaşı otuzu keçməz. Amma görürəm saçdan-saqqaldan, oturuşdan-duruşdan yaşlı görünür. Son vaxtlar qocaldıqca qocalır.

Saçlarına, saqqalına dən düşübmü? Bilmirəm. Amma bu qocalıqda onun insanları, bəşəriyyəti anlamaq ehtirası aşıb-daşır. Ayxanı tanıyanlar bilir. O, sevgi cocuğudur. Bircə gülüş, bircə atmaca ilə gördün səni yoldan çıxartdı.

Qocalığın öz fəsadları olur. Səfeh müdriklik! Ayxanda gənclik müdrikliyi olduğundan (axı o, hələ rəsmən qocalmayıb), müdrikliyin birinci tərəfi çox yer tutur içində. Amma Ayxana səfeh demək də çətindir. Axı o, gözəldir.

Qoy bir az da açaq.

Son vaxtlar Üzeyir Mehdizadədən, Şəbnəm Tovuzludan yaman yazır “Buri”nin müəllifi. Ayxanı deyirəm. Yazır, öz də nə yazır.

Mən bunları təsadüf saymıram. Ya qocalıqdan gəlir, ya da Ayxanda ancaq səfehlik tərəfini realizə edə bildiyi bir müdriklik var.

Ayxan Üzeyirə məsum, işıqlı təbəssümü ilə qəlbinin bütün qapılarını açır. Onu salamlayır. Amma görürəm, bilirəm axı. Bu otağa, Ayxanın süfrəsinə kimlər gəlməyib. Şəbnəm Tovuzlar, Varis Yolçuyevlər.

Təsadüfə bax ki, hamısı haqda Ayxan təqribi belə bir söz işlədir: “Bayağıdır, amma...”

Bu “amma” Ayxanın qıl körpüsündən ayağı sürüşən məqamdır.

Yazıçı düşünür ki, Üzeyir Mehdizadəni 100 milyon izləyirsə, onda nəsə var. Hətta Ayxan sonuna qədər bilsə də ki, Üzeyirdə heç nə yoxdur sənət adına, yenə də şübhələrindən qurtula bilmir. Deyir, nəsə olmalıdır. Onun ehtirasla istədiyi və şövqlə yüksələ bilmədiyi (heyf!) şöhrətin kabusundan başı gicəllənir.

Ayxanın manıslığa altdan-altdan, intellektuallığa üstdən-üstdən girib bir əlində iki qarpız tutmağını elə iki ehtimala yozdum. Bu oğlan ya Mövlana Cəlaləddin Rumidir, ya da elə Üzeyirin tayı.

Birinci ehtimal azdır. Başa düşürük. Onun qəlbi genişdir və hər kəsi anlaya biliir. Amma manıslara olan xüsusi maraq, ikidə-bir onlardan yazmaq, burda hansısa həqiqətləri faş eləmək... Adamı düşündürür. Niyə anlayışlılıq, humanizm, nə bilim, “həq mənəm həq məndədir”, hamımız birik, bir olan Üzeyir Mehdizadədir, zart-zurt Ayxanda bu istiqamətə yönəlib ancaq? O, niyə ancaq Üzeyiri, Şəbnəmi, Varisi anlayır?

Bu heç. İnanmaq çətindir ki, Ayxan XXI əsrin övliyasıdır.

İkinci fərziyyə daha məntiqli görünür. Ayxan Ayvazla Üzeyir Mehdizadənin ortaq dəyərləri, zövqləri olmasa, onlar iki gündən bir hansısa yazıda qarşımıza çıxmaz.

Hərdən Ayxan intellektual yazıçılardan, lap səviyyəlilərdən danışır. Adamı şübhə basır. Bəlkə bu, o deyil. Amma görürəm yox. Ayxan Ayvaz dərinlərdə bizi də, özünü də aldadır.

# 2937 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #