Kəndçi elə siz özünüzsüz

Kəndçi elə siz özünüzsüz
21 iyun 2017
# 11:02

Kulis.az İstanbulda təhsil alan jurnalist Aybəniz Əlizadənin “Şəhər-kənd polemika"sı ilə bağlı yazdığı yazını təqdim edir.

Mövlud Mövlud mənə Qabriel Qarsiya Markesin “Yüz ilin tənhalığı” kitabını oxumaq üçün ödünc verəndə 2012-ci ilin qış ayları idi. O kitabı oxuyandan sonra Makondanın təsirinə o qədər düşmüşdüm ki, getdiyim hər kənddə Makondanın təsvirini axtarırdım və təbii ki, heç bir kənddə hələ də tapmamışam.

Mənimçün kənd-kəndçi olmaq...

Əslən Laçınlıyıq. Atam 9-cu sinifdən kənddən çıxıb Bakı Politexnik Texnikumunu oxumağa gəlib. Anamla evləndikdən sonra da “Gəncə Aqrar Ekologiya” universitetini bitirib. Yəni heç qaçqınçılıq zamanına kimi də təəssüf ki, kənd üzü görməmişəm. Bakıda doğulub böyümüşəm. Əsil-nəslimiz də Laçında adla bilinən Alı bəy nəslidir. Bakıda Nənə-babamın yanında böyüyüb Musiqi-rəqs təhsili almışam. Hazırda da İstanbul kimi dünyanın meqapolis şəhərində ali təhsil alıram. Bunları deməkdə məqsədim qətiyyən özümlə qürrələnib, sizdə ikrah hissi doğurmaq deyil. Biraz da qüvvətləndirsəm, tam əksidir!

Ötən gün gənc, istedadlı şair dostumuz Şəhriyar del Geraninin sosial şəbəkədə millət vəkili Fazil Mustafa ilə söz davasını gördüm. Fazil bəyin nə yazdığına keçmədən, münaqişəyə səbəb olan statusla bağlı bir-iki kəlmə...

Kəndçi olmaq ayıb deyil, amma bundan utanıb özünü güya şəhərli kimi soxuşdurmağa çalışarkən kəndçini əzmək, kəndçi olmağı utanılacaq bir şey kimi göstərmək ayıbdır. Kənardan gülməli görünməkdir.

Ayxan Ayvaz dostumuz da ona dəstək bir yazı yazıb deyir: “Ola bilsin, biz həmişə kəndli qalmışıq deyə şair dostumuzun sözləri bizə toxunur. Biz hələ də kənddə yaşayırıq. Şəhərin nə olduğunu bilə bilməmişik.”

Nə qədər kompleksli insanlarsınız, nə qədər şəhərli olmaq həsrətindəymişsiniz. Üz cizgilərinizə baxan kimi, şəhər, avropa, meqapolis fışqırır. Başına dönərəm elə mərd kəndlinin. Şəhərli sizsinizsə, mən şəhərli olmaqdan utanıram, mən kəndçiyəm.

Ayxan güya söhbəti malalayıb, deyir, Şəhriyar ironiya edib, xalq tutammayıb. İroniya edibsə də, birinin ironiya, digərinin də malalamaq istedadı yetməyib.

Yaxşı ki, bir ara Seymur Baycan “Xalqı qıcıqlandırıram” söhbətinə hamını inandırıb. Yoxsa bunlar söhbətdən çıxa bilməyəndə nə edərdilər?

Deyək ki, ironiya edib. İroniyanı niyə kəndçiliklə edib, kəndlini əzir? Kəndçi olmaq söyüş, təhqirdir bəyəm? O sadalanan şeyləri kəndçi etmir, kəndçidə abır-həya var. Onları Bakıda doğulub-böyüyən məhəllə qaqaşları edir.

Vallahi də, billahi də, bütün toplum bu tənqidlərlə rişxənd etsə haqlıdır, gerçəkdən də niyyəti o ola bilər, sadəcə savadlı hesablama etməyib. Kəndlinin timsalında hansısa problemi göstərəndə kəndçiyə ikinci tip insan kimi yanaşdığının fərqində olmayıb.

Əziyyət çəkən kəndli, balası əsgər gedən kəndli, Şəhriyarın da dediyi kimi uşağını toyuq, cücə, yumurta puluyla oxudan kəndli, balası şəhid olan kəndli. İroniyanı get o siyasətdə yerə tüpürən bığıburmalara təmsil-misal göstər də.

Əmin ol, bizi nə sənin tənqidin, nə də kəndçilərin şəhərə gəlməməsi düzəldə bilər. Qəmişini çək. Kəndlini çapan qayğılar az idi, bir də sən sür, ay Şəhriyar!

Deyir, aydınam, şairəm, yazıçıyam, yəni itirmək qorxum yox, itirə bilməmək lüksüm var. Kibirə bax, ilahi. Qələm xəyanət götürmür. Bir də gördün sənin şeirinə ağlayan nə o kəndli var, nə də klaviyaturan tıkkıldayır. İstedad tükənib.

Səni oxuyan, yazdığına duygulanan elə o kəndli ruhlu, duyğulu hissiyatlı insanlardır. Şəhərlinin nə vecinədi sənin şeirlərin? İntellektual kafelərdə viski içib, cazz dinləyir, ölkə-ölkə gəzir, marka geyim axtarır. Sənin yazdığın da qarşısına çıxsa, baxıb deyir ki, bu kəndçi nə deyir, nə sevgi, nə zad?

Elə adamlar, elə yazılar yazır ki, çoxlu pulum olsa, çıxardıb verərəm ki, sən allah bir də yazma.

Sonda, yazını kəndli diliylə yazmaqdan zövq aldığımı xüsusiylə vurğulamaq istəyirəm. Xeyli əyləndim.

Yazı yazanda bir az da dərin, incə düşünmək lazımdır. Əlləxsus, xalqı hədəf almadan öncə səbəbləri hədəf alın. Çünki kəndçinin sığınacağı aydınlar, yazı-pozu adamlarıdır. Onlar da sizin, əsər qəhrəmanlarınızdır, istedadla personaj ola bilərlər, istedadsız məsxərə obyekti yox.

# 1462 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #