Qoy, elə beləcə də çağırsınlar: Ələsgər

Qoy, elə beləcə də çağırsınlar: <span style="color:red;">Ələsgər
22 dekabr 2015
# 12:29

Ələsgər öldü, Ələsgər. “Qatarda” “Narsatan”ı, 150 qramlıq kitabın müəllifi olan “şair”i deyirəm. “Mehmanxana sahibəsi”nın nökərini, doğum evində intizarla gözləyən Ələsgəri.

Kiçik, bəzən özünün də dediyi kimi, üçüncü dərəcəli rolların böyük sənətkarı. Sanki görməzdən gəlirdi bizim rejissorlar. Bu adamın istedadını sona qədər açan olmadı. Sanki candərdi verirdilər ona epizodik rolları da. Amma o, şedevrlər yaradırdı. Adamın “Qərib cinlər diyarı”ndakı “Əsra”sı nəyə deyəsən dəyərdi. Sergey Filippov epizodik rollar oynaya-oynaya, İsmayıl Osmanlı epizodik roluna görə SSRİ xalq artisti adı aldı. Başqa bir epizodik rol nəhəngi Kramarov da eləcə. Məşhurluğu bütün ittifaqa yayılmışdı. Və mən sizə əminliklə deyirəm ki, Ələsgər Məmmədoğlu bu insanlardan geri qalan aktyor deyildi.

“Bəyin oğurlanması” çəkiləndə Vaqif Mustafayev ona deyib ki, gəl gedək Şamaxıya, səni də kinoya çəkəcəm. Ələsgər də soruşub ki, hansı rola? Bir şey fikirləşərəm deyib rejissor. Şamaxıdan ən koloritli obrazlardan birinin ustası kimi qayıdıb Ələsgər Məmmədoğlu.

Çox gözü tox adam idi. Dünəndən internetdə onunu müsahibələrinə baxıram. Bircə dəfə də, bir kimsədən belə şikayətlənmir. “Hələ də xəstəlik nədi bilmirəm. Amma o ki, xəstə olan vaxtı şikayətlənirlər, mənim ondan xoşum gəlmir. O saat nəsə pis-pis şeylər fikirləşirlər ki, bəs, “mənə baxmadılar, hörmət etmədilər və s.”. Mənə elə gəlir ki, əksər aktyorlarımıza hökumət tərəfindən çox yaxşı baxılır. Mən özüm haradasa üç il prezident mükafatı aldım. Təbii ki, sonra dəyişdi, başqasına verildi. Teatrda işləyirəm, maaşım var, təqaüd alıram. Niyə şikayətlənəsən…”.

Hə, bir də deyirdi ki, 190 manat yaş təqaüdümü alıram, 60 manat “əməkdar artist” fəxri adına görə verirlər, 350 manat da teatrdakı maaşımdır. 600 manata yaxın puldur, az deyil ki. Naşükür deyiləm.

Bircə incikliyi, unudulmağındaydı. Deyir, çağırmırlar bizi kinoya. Həm özünü deyirdi, həm də sənət yoldaşı Hacı İsmayılovu. Oynamaq, çəkilmək istəyirdi. Heç xalq artisti adını almaması da umurunda deyildi.

Bizim Çelentano, Şaban ola bilərdi. Amma onu Çelentano, Şaban eləyə biləcək nə bir rejissorumuz oldu, nə bir əsərimiz. Həmişə fəxrlə “Tehran 43”dən danışırdı. Səhv etmirəmsə Qulam Rza roluna çəkilmişdi. Amma kimlərlə. Ehhh, təkcə İqor Kostolevski, Natalya Beloxvostikova, Armen Djiqarxanyan bu tərəfdən, Alen Delon, Kurd Örqens, Klod Jad kimi dünya ulduzalrı bir tərəfdən.

Xaraktercə təvazökar, utancaq, həyalı adam idi. Hətta o qədər utancaq ki… hamının Ələsgər kimi tanıdığı sənətkarın əsil adı sən demə Əsgər imiş. Əsgər Məmmədoğlu… Və illər boyu heç kimin xətrinə dəymirmiş. Ki, qoy, elə beləcə də çağırsınlar – Ələsgər.

# 1685 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #