Qan Turalıya fəlsəfə dərsi

Qan Turalıya fəlsəfə dərsi
14 noyabr 2012
# 08:15

Qan Turalının “Polis qorxusuyla öpüşmək” kitabının təqdimatı bitib. Binanın qarşısında dayanmışıq. Dostların yığışmasını gözləyirik. “Diplomat” Otelin mühafizəçilərindən iki nəfər dayanıb qapıda. Aralarında belə bir dialoq keçir:

- Bu nə kitabdı yazıblar? Kim yazıb bunu?

- Mən kitabın arxasında yazılanı oxudum dəhşətə gəldim.

- Azadlıq budu? Azadlıq budusa, çox təhlükəlidi. Belə azadlıq olmur. Bunlar bizi uçuruma aparır.

- Kim yazıb o kitabı?

Mühafizəçilərdən daha yekəpəri, daha cüssəlisi əlləri cibində cütləşmə qabağı güclərini başqa erkəklərə göstərmək istəyən ayılar kimi çiyinlərini oynadıb müəllifin kimliyini soruşur.

Sonra altı il fəlsəfə oxumuş Qan Turalıya fəlsəfə dərsi keçməyə başlayır: “Nə olsun sənin fikirlərindi? Belə azadlıq olmur. Hamımızın fikri var. Biri var sənin fikrin. Biri də elə bir orta fikirdi ki, o fikrə dəymək, toxunmaq olmaz.”

Bilirsizmi o oğlan kim idi? O oğlan kitabda nəzərdə tutulan həmin “polis” idi. Formasız, poqonsuz.

Sevgilisi ilə məhəllədən keçən oğlanı tinə çəkib döyən cayılı “polis”.

Bulvarda öpüşənləri tutan formalı polis.

Hava qaralandan sonra küçədə gördüyü qızı əxlaqsız bilib söz atan fürsətcil “polis”.

Birlikdə gördüyü oğlanla qız haqqında hər cür cəfəngiyat uyduran qeybətcil “polis”.

Metro qatarında bir-birinə qısılmış sevgililəri bağıraraq hamının gözü qarşısında rüsvay etmək istəyən əxlaq “polis”i.

Kafedə bir-birlərinin əllərindən tutmuş sevgililəri gözümçıxdıya salan namus keşikçisi “polis”.

O həmin “polis” idi ki, qadın rollarını oynadığına görə Ərəblinskini öldürmüşdü.

O qovluğundan başqa qalxanı olmayan Rafiq Tağının sinəsinə bıçaq saplamağı şərəf bilən şərəfsiz “polis”idi.
O...

O yenə də gəlib dayanmışdı qapıya. Əlində imkanı olsaydı... Qan Turalı orda tək olsaydı... Qan Turalının ölümcül arqumentləri qarşısında məhv olmaqdan qurtulmaq üçün qollarına güc verməkdən başqa çarəsi qalmazdı.

“Polis qorxusuyla öpüşmək” deməli təkcə ən dərin insan duyğusunu kədərli bir məhrəmiyyət məzarında boğmaq istəyənlərə qarşı deyil, cəhalətə, cahilliyə, kitaba qarşı qol gücü ilə vuruşanlara qarşı da CAVABDIR .

# 4503 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
# # #