Fahişәnin evindә intihar ŞEİR

Fahişәnin evindә intihar <span style="color:red;">ŞEİR
26 sentyabr 2014
# 12:21

Kulis.az gənc şair Hikmәt Carçılı Orhunun yeni şeirlərini təqdim edir.

“666”­cı qәbir

(film şeir)

I

...pәncәrәmә düşәn günәş işığı,

bu işığın kölgәsindә

şütüyәn adamlar...

adamların yerişindә

inamsızlıq,

inamsızlığında közәrәn ümid,

ümiddә sevgilәr...

pul, qadın, ehtiras...

***

bahalı kafelәr...

bahalı maşınlar...

bahalı küçәlәr,

bahalı küçәlәrdә

abrını, hayasını itirmiş...

(eh, mәn dәliyәm)

hәyatını itirmiş..

(yox, mәn hәqiqәtәn dәliyәm)

mәnliyini itirmiş

(axır ki...

yox, sәn şair olacaqsan!)

fasonlu fahişәlәr...

pul, qadın, ehtiras...

sonunda altı saniyәlik hәzz...

sonra hamamda yuyunmaq,

sonra oturub pivә içmәk,

darıxmaq...

vә bir siqaret yandırmaq,

tüstüsünü ağır­ağır

ciyәrlәrinә çәkmәk...

nәhayәt, anbardan kәndir,

hamamdan sabun,

mәtbәxdәn stul götürmәk

kәdәrli­kәdәrli...

vә tualetin qapı çәrçivәsindәn

özünü asmaq...

İNTİHAR!!!

pul, qadın, ehtiras, ölüm...

Ekran qaralır. Sәhnә dәyişir.

II

günәş qüruba enәr...

qüruba enәn günәşin arxasınca

qoşan xәbәrçilәr...

soraq çatar әzizlәrinә ki,

ölmüsәn,

daha doğrusu, intihar etmisәn.

atan elә bilәr,

palıd ağacından asmısan özünü,

(o, sәni hәmişә böyük görәrdi...)

anan elә bilәr,

kimsәlәr öldürüb sәni...

sinәnin üstünә qumla dolu,

sulu meşok qoyublar

iz qalmasın deyә...

vә ölәnә kimi döyüblәr,

sonra da asıblar

günahlarını ört­basdır etmәk üçün.

“ah, balaca oğlum,

ah, bәxtikәm oğlum!” - deyib

ağlar

dizinә döyә­döyә...

(o, sәni hәmişә balaca uşaq bilib,

anaların gözündә böyümәz övladlar,

böyümәz)

paxırın açılana kimi

saç yolub,

üz cırar arvadlar...

sәni addı­dәddi

son mәnzilә yola salmağa

bәr­bәzәkli cәnazә dә gәtirәrlәr...

min nәfәrlik çadır qurarlar,

әn bahalı parçadan kәfәn tikәrlәr,

yuyatını güllәrә tutarlar,

yuyatına bir dә qırmızı bantikli

çıraq alarlar..

mollan dasqı kәsәr

meyitin qapıya gәlmәmiş...

vә qәfil xәbәr gәlәr...

o xәbәr...

pul, qadın, ehtiras, ölüm, göz yaşı...

REKLAMLAR!!!

Hardasa bir qoca kişi hövsәlәsini basmaz!

“tfu, sәni lәnәtә gәlәsәn!

sözün yaxşı yerindә bu nәydi?

Bu nәydi – ermәni gәldi... allah saxlasın!” deyәr...

III

...ay doğar,

xәbәrin çoxdan çatmış olar

ata­anana...

bilәndә ki,

bir bahalı kafedәn çıxmısan,

elә bir bahalı maşında da

bahalı küçәlәrdәn

birinә getmisәn,

yatmısan fasonlu fahişәlәrdәn biriylә...

sonra yuyunmusan,

pivә içmisәn,

darıxmısan,

siqaret çәkmisәn...

(әn çox da buna üzülәrlәr)

anbardan kәndir,

hamamdan sabun,

mәtbәxdәn stul götürmüsәn

kәdәrli­kәdәrli...

vә tualetin qapı çәrçivәsindәn

asmısan özünü...

bilәndә ki,

bir fasonlu fahişәnin

evindә asmısan özünü,

tüpürәrlәr sәnә.

­ lәnәt sәnә!

­ әmәyimiz haram olsun!

­ әmdirdiyim südü halal elәmirәm!

...meyitini iki gün

ölüxanada saxlayarlar,

görәndә ki, gәlәnin yox,

gedәnin çoxdan gedib...

görәndә ki, çürüyәcәksәn

belә getsә...

aparıb yiyәsizlәr qәbristanlığında

quylayarlar –

quransız,

kәfәnsiz,

başdaşısız,

sinәdaşısız,

...ınsız, ...ınsız, ınsız ki, ...ınsız.

bir daş qoyarlar

baş daşının yerinә,

sadәcә bir daş...

bir dә bu nömrәni yazarlar – “666”

“başdaşı”na ki, yerin itmәsin...

(kim gәlib gedәcәksә...)

pul, qadın, ehtiras, ölüm, qәzәb...

# 2575 dəfə oxunub

Oxşar xəbərlər

Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
Mehriban Ələkbərzadə nə edib?

Mehriban Ələkbərzadə nə edib?

15:00 7 aprel 2025
Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

12:00 7 aprel 2025
# # #