Çağdaş romançılıqdan danışıb zəif mətn yazanlar 

Çağdaş romançılıqdan danışıb zəif mətn yazanlar 
14 fevral 2014
# 11:43

Kənan Hacı yazır...

Yusif Səmədoğlunun "Qətl günü" romanı kimin necə düşünməsindən asılı olmayaraq, Azərbaycan nəsrində özünə qədərki bədii mətnləri arxada qoya bildi. Bu, faktdır. Roman çoxqatlı bir əsərdir. Yusif Səmədoğluna qədər Azərbaycan nəsrində bu cür əsər yazılmamışdı. Müəllif ənənəvi janr xüsusiyyətlərini alt-üst edərək zaman və məkan ardıcıllığını pozub bir-birindən məsafəcə uzaq zamanlar arasında mistik və mistik olduğu qədər də gerçək əlaqə yarada bilib. Bu baxımdan, "Qətl günü" misilsiz əsərdir. Sözsüz ki, əsərdə "Master və Marqarita"dan da, “Yüz ilin tənhalığı”ndan da müəyyən təsirlənmələr var. Amma mənə elə bir əsər göstərin ki, sırf təsirdən xali olsun. Bu, mümkün deyil.

Yusif Səmədoğlunun ədəbi reputasiyası bu günə qədər sarsılmazdır. Məhz “Qətl günü”nün hesabına!

Bu roman haqqında kifayət qədər yazılıb, onun bədii dəyərini müzakirəyə çıxarmağın özü gülüncdür. Əsər 1984-cü ildə nəşr edilib. Tarix idarə olunmaz bir mexanizmdir və bu mexanizm yalnız bədii mətnlərdə yazıçı tərəfindən istənilən səmtə yönəldilir. “Qətl günü”ndə pastiş də, dekonstruktiv və postmodern elementlər də, simvolika da var. Hadisələrin arxasında dolğun faktura var, Xeyirlə Şərin əbədi mübarizəsinin izləri zamanın içiylə süzülür. Halbuki bu əsər yazıldığı dövrdə Azərbaycan ədəbiyyatında postmodernizmin, dekonstruksiya anlayışının izi-tozu belə yox idi.

Baba Kaha mağarasından əsən qara yel Şərin nəfəsidi. Yusif Səmədoğlunun bu ədəbi fəndi insana qarşı çıxan sistemin təhlükəli yollarında parlaq paradiqmadır.

Şərif Ağayar yazır ki, ədəbiyyatın köhnəlməkdə olan fəndləri ilə milli romanımız üzərində qələbə çalmaq ədəbiyyatın məğlubiyyətidir. Bəli, ona görə ki, indiyə qədər “Qətl günü” səviyyəsində, hətta təsirlənmə müstəvisində belə yeni fəndlər yaranmadı! Buna görə “Qətl günü” bu gün də Azərbaycan romançılığının hələlik zəfəri olaraq qalır. Yusif Səmədoğlu mifi çoxdan yaranıb və bu mifi “Qətl günü” yaradıb. Bu romandan sonra Azərbaycan romançılığı bir-iki əsər istisna olmaqla (məsələn, Afaq Məsudun “Azadlıq” romanı “Qəlt günü”ndən sonra yazılmış ən yaxşı əsərlərdən biridir) irəliləmək əvəzinə gerilədi.

Çağdaş romançılıqda bu ənənənin ardı gəlmədi. Əvəzində “Qətl günü” öz hakim mövqeyini qoruyub saxladı.

Çağdaş romançılıqdan danışıb ortaya zəif mətn qoymaqla deyil, dostlar. “Qətl günü”nü ötüb keçə bilən əsər yazmaq lazımdır.

# 2334 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #