Bir dəstə qaz

Bir dəstə qaz
24 noyabr 2014
# 13:26

Bu gün çox sevdiyim serb rejissoru Əmir Kusturitsanın doğum günüdür. Onun 60 yaşı tamam olur...

Etiraf edim ki, Kusturitsa mənim kino haqqında düşüncələrimi yerindən oynadan rejissor olub.

Xüsusilə “Andeqraund” filminə baxanda bir insanın qafasında bu qədər bədii informasiya yerləşdirə bilməsinə heyrət eləmişəm. Bu qədər çoxsəsli, çoxmesajlı, çoxhadisəli film olar?

Sosialist blokun dağılması ilə Şərqi Avropada yaranan absurd gerçəkləri bu qədər ustacasına vermək hardasa imkansızdır... Kusturitsa bu mədəni-sosial hadisəni törətməyi bacardı.

Çoxu düşünürdü ki, Almaniyanın birləşməsi, Yuqoslaviya kimi böyük sosialist ölkəsinin dağılması, kommunizmin biabırçı məğlubiyyəti yeni bir düzən yaradacaq.

Amma belə olmadı!

Sonsuz müharibələr, milli-dini münaqişələr, böhranlar, çoxsaylı ərazi iddiaları Şərqi Avropanı cəhənnəmə çevirdi.

Kusturitsa İkinci dünya müharibəsi ilə Yuqoslaviya müharibələrinin “dərin köklərini” öz “zirzəmi”sində birləşdirə bildi. Bu qanlı-qadalı tarixin əslində həm də gülməli olduğunu ustalıqla verdi.

Yuqoslaviyanı dağıdan, qəhrəmanın sevgilisinə yiyələn alman zabitini kamera qarşısına keçib həmin rolu oynayan aktyorla eyniləşdirdi... Həyat-səhnə baryerini aradan götürdü.

Həyatın özünün bir oyun olduğunu fərqli keyfiyyətdə nümayiş etdirdi. Əksin orijinaldan maraqlılığı prinsipini öyrəşmədiyimiz aksentdə göstərdi. Həm də film içində film fəndgirliyi ilə.

Qəhrəmanı, düşmənin özüymüş deyə, aktyora atəş açdı. 50 il sonrakı Yuqoslaviya müharibəsində də “faşistlərlə döyüşdü”. Zaman da məkan kimi şərtilik kontekstinə düşdü.

Qadını tankın lüləsində stiriptiz göstərdi...

Kişisi Yuqoslaviya pasportu ilə öz vətəninə qayıda bilmədi.

Çünki belə bir ölkə yoxdur artıq.

Onun qəhrəmanları nə müsbətdir, nə mənfi.

Nə xarakterikdir, nə psixoloji...

Günahkar da yoxdur bu filmlərdə.

Hamı qəribə bir oyunun içindədir.

İt yiyəsini tanımır.

Kusturitsanın filmlərinin əksəriyyətində bir dəstə qaz var.

Qaqqıldaşa-qaqqıldaşa kamera qarşısından o tərəfə-bu tərəfə keçirlər.

Və bir az diqqətli olsan, onun məğdur qəhrəmanlarına ən gözəl metaforanın elə bu qazlar olduğunu görərsən.

Bir az da diqqətli olsan, dünyanın bütün məğdurlarının bu qazlarla təşbeh olunduğunun fərqinə vararsan.

O zaman Kusturitsanı tanımağa başlamısan demək...

# 2104 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #